 |
|
|
|
|
|
 |
|
|
|
|
|
 |
|
|
 |
|
|
 |
|
|
 |
|
|
|
 |
|
|
|
 |
|
|
|
|
|
|
|

|
|
Kitabxananın
Sorğu
informasiya
xidməti
şöbəsində
yaradılan
hüquqi
informasiya
guşəsində
oxucuların
istifadəsinə
hüquqa dair
ədəbiyyat və
”Rusiya
Federasiyasının
Qanunvericilik
Bazası”
təqdim
olunur. |
|
|
 |
|
|
|
|
|
|
 |
|
|
OXUCULARIN
NƏZƏRİNƏ!
|
Milli Kitabxananın 2-ci
mərtəbəsində (oxu zalının
nəzdində) "Elektron
İnformasiya xidməti və KAA
(kitabxanalararası
abonement) " şöbəsi
açılmışdır. Bu şöbədə
virtual sifariş, elektron
kitabxana, elektron kataloq,
internet xidmətindən
istifadə edə bilərsiniz.
Milli Kitabxanada olmayan
kitabların,
dissertasiyaların Rusiya
Dövlət Kitabxanasından
elektron variantını
(sifariş
pulludur)
da sifariş verə bilərsiniz.
|
*
* *
|
Milli
Kitabxananın Humanitar
elmlər zalında (III mərtəbə)
Azərbaycan və rus dillərində
Azərbaycan Respublikasının
qanunvericiliyi üzrə onlayn
məlumat bazası təqdim
olunur.
Bu bazanı
www.qanun.info
– (Azərbaycan
dilində) və www.consulting.minimax.az
– (rus dilində) internet səhifəsinə
daxil olmaqla əldə etmək olar. |
|

|
.
27 avqust 2010-cu
il tarixində
Milli Kitabxanada
Ə.Hacızadənin 75
illik yubileyinə
həsr olunmuş kitab
sərgisi açılmışdır.
Görkəmli yazıçının
öz əsərləri və onun
haqqında dövri
mətbuatda çap olunan
materiallar
sərgilənmişdir. |

|
25 avqust 2010-cu il tarixində
Xalq şairi F.Qocanın 75 illik
yubileyinə həsr olunmuş geniş sərgi
təşkil olunmuşdur. Şairin
əsərlərindən və şeirlərindən ibarət
40-a yaxın kitab və 48 dövri
mətbuat materialları bir həftə
ərzində sərgilənmişdir.
|

|
16 avqust 2010-cu il tarixində
Xalq şairi B.Vahabzadənin 85 illik
yubileyinə həsr olunmuş geniş sərgi
təşkil olunmuşdur. Şairin
əsərlərindən ibarət geniş sərgi
şairin həyat və fəaliyyətini əks
etdirmiş, oxucuların marağına səbəb
olmuşdur.
|

|
İyul
ayının 13-də saat 1100-da
M.F.Axundov adına Azərbaycan Milli
Kitabxanasında tanınmış şair-dramaturq, prezident təqaüdçüsü
Ramiq Muxtarın yaradıcılığına həsr edilmiş ədəbi məclis keçirilmişdir.
Tədbirdə şairin şeirləri və
sözlərinə yazılmış mahnılar da
səsləndirilmişdir.
|

|
10 iyul 2010-cu il tarixində
görkəmli Azərbaycan şairi, ictimai
xadim S.Ə.Şirvaninin 175 illik
yubileyinə həsr olunmuş sərgi təşkil
olunmuşdur. Bir həftə davam edən
sərgidə şairin əsərlərindən ibarət
kitab və dövri mətbuat materialları
nümayiş olunmuşdur.
|

|
09 iyul 2010-cu il
tarixində
Mədəniyyət və Turizm
Nazirliyinin təşkilatçılığı
ilə M.F.Axundov adına Milli
Kitabxanada Azərbaycan milli
mətbuatının 135 illiyinə
həsr olunmuş tədbir
keçirilmişdir. Tədbirdə
Azərbaycan Mədəniyyət və
Turizm Naziri Əbülfəs
Qarayev mətbuat işçilərini
təbrik etmiş və bir qrup
jurnalistə Mədəniyyət və
Turizm Nazirliyi ilə fəal
əməkdaşlığa görə nazirliyin
fəxri fərmanlarını və
mükafatlarını təqdim
etmişdir.
Tədbirdə həmçinin “Mədəniyyət”
qəzetinin bu ilin mart-iyun
aylarında keçirdiyi “Mədəniyyət
mövzusunda ən yaxşı jurnalist işi”
müsabiqəsinin nəticələri
açıqlanmışdır. Qaliblərə diplomlar
və mükafatlar təqdim edilmişdir.
Tədbirin sonunda iştirakçılar
“Azərbaycan Mətbuatı - 135” adlı
geniş kitab sərgisi və eyni adda
məlumat bazası ilə tanış oldular. |

|
İyun ayının 12-də saat 1200-da
M.F.Axundov adına Milli Kitabxanada
15 iyun Milli Qurtuluş Günü
münasibətilə geniş kitab sərgisi
keçirilmişdir. Sərgidə 300-ə yaxın
ulu öndərin həyat və yaradıcılığını,
siyasi fəaliyyətini əks etdirən
kitablar sərgilənmişdir. |

|
21 may 2010-cu
il tarixində Milli
Kitabxanada
Milli Kitabxana və
Azərbaycan Respublikası
Mədəniyyət və Turizm
Nazirliyi ilə birgə
BDU-nun nəşri olan,
əməkdar elm xadimi,
tarix elmləri doktoru,
professor Abuzər
Xələfovun baş
redaktorluğu ilə çap
olunan
“Kitabxanaşünaslıq və
informasiya” elmi-nəzəri
və təcrübi jurnalının
təqdimat mərasimi
keçirilmişdir.
 |

|
20
may 2010-cu il
tarixində saat 1200-da
M.F.Axundov adına
Milli Kitabxanada
M.F.Axundov adına
Milli Kitabxana və
Türkmənistanın
Azərbaycandakı
səfirliyi ilə birgə
görkəmli türkmən
şairi Məxtumqulunun
həyat və
yaradıcılığına həsr
olunmuş kitab
sərgisinin açılışı
və türkmən
şairlərinin iştirakı
ilə dəyirmi masa
keçirilmişdir.
 |

|
2010-cu
il mayın 8-də saat 1200-da
M.F.Axundov adına Milli Kitabxanada
Şuşanın işğalının anım gününə həsr
edilmiş “Şuşa həsrəti” adlı
kitab sərgisinin açılışı və “Şuşa
Azərbaycanın mədəniyyət və tarix
incisidir” adlı elmi konfrans
keçirilmişdir.
 |

|
07
may 2010-cu il tarixində
saat 1200-da
Ümummilli lider Heydər
Əliyevin anadan olmasının
87-ci ildönümünə həsr olunmuş “Ulu öndər Heydər
Əliyev - 87” adlı kitab
sərgisinin açılışı və
“Heydər Əliyev. Azərbaycan
Mədəniyyətinin Hamisi”
filminin nümayiş mərasimi
keçirilmişdir. |

|
6
may 2010-cu
il tarixində M.F.Axundov
adına Milli Kitabxanada
Azərbaycan Birliyinin Tənqid
və publisistika seksiyası
Yeni Yazarlar və Sənətçilər
Qurumu ilə birgə “Rəsul
Rza ənənələri və çağdaş
ədəbi proses”
elmi-nəzəri konfransı
keçirildi. |

|
6
may 2010-cu il tarixində
saat 1200-da
M.F.Axundov adına Milli
Kitabxanada Böyük Vətən
müharibəsinin 65 illiyinə
həsr edilmiş “Qələbə -
65” adlı kitab
sərgisinin açılışı və
M.F.Axundov adına Milli
Kitabxananın əməkdaşları
tərəfindən tərtib edilmiş
“Azərbaycan aviatorları
Böyük Vətən müharibəsi
illərində” adlı
biblioqrafik göstəricinin
təqdimat mərasimi
keçiriləcəkdir. |

|

Arxiv |
Səhifənin son yenilənmə
tarixi:
02.09.10 |
|
|
|
|
|
|