02 may 2019-cu il tarixində Qafqaz Müsəlmanları
İdarəsi Zaqatala rayon Əliabad İslam Kollecinin tələbələri
Azərbaycan Milli Kitabxanasında ekskursiyada olmuşlar. Qonaqlar
Milli Kitabxananın binası ilə tanış olmuş, iş prosesini
izləmişlər.
Tələbələrə
Azərbaycan Milli Kitabxanasının saytı və yaşadıqları ərazidən birbaşa Milli
Kitabxananın fondunda olan ədəbiyyatlardan onlayn olaraq istifadə qaydaları
haqqında məlumat verilmişdir.
Qonaqlar
kitabxananın sərgi zalında yer almış “İmadəddin Nəsimi-650”, “Zərifə
Əliyeva – qaranlığa nur saçan zəka”, “Yaddan çıxmaz Qarabağ” və “İsi
Məlikzadə-85” sərgiləri ilə tanış olmuşlar.
Milli
Kitabxananın Nadir kitablar və kitabxana muzeyi şöbəsində olarkən muzeydə
qorunan qədim, unikal və miniatür kitablarla tanışlıq onlarda böyük maraq hissi
oyatmışdır.
Tələbələri
maraqlandıran suallar Milli Kitabxananın əməkdaşları tərəfindən
cavablandırılmışdır.
Tələbələr Milli
Kitabxananın nəzdində fəaliyyət göstərən həftənin bütün günləri fasiləsiz 24
saat ərzində gənclərin və bütün vətəndaşların sərbəst şəkildə kitab mütaliə
etməsinə şərait yaradan “Açıq Kitabxana” ilə tanış olmuşlar. Həmçinin onlara
“Açıq Kitabxana” nın fondundan internet vasitəsilə istifadə qaydaları haqqında,
sosial şəbəkələrdə“Açıq Kitabxana”nı izləmək imkanları haqqında məlumat
verilmişdir.
Tələbələrə
rəhbərlik edən təşkilatçı Qarayev Anar müəllim tələbələrin Milli Kitabxanadan
unudulmaz xoş hisslərlə ayrılıqlarını xüsusi vurğulamış və öz təşəkkürünü
bildirmişdir.
Sonda xatirə
şəkli cəkdirmişlər.