Xətai rayon 17 saylı tam otra məktəbin 4 e sinif şagirdləri Milli Kitabxanada olmuşlar.

May ayının 8-də Xətai rayon 17 saylı tam otra məktəbin  4e sinif şagirdləri Azərbaycan Milli Kitabxanasında ekskursiyada olmuşlar.

Şagirdlər Milli Kitabxanada keçirilən Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 96 illiyinə həsr edilmiş tədbirdə və “Azərbaycanın özü qədər əbədi olan şəxsiyyəti - Heydər Əliyev” adlı sərginin açılış mərasimində yaxından iştirak etmişlər. Eyni zamanda kitabxananın sərgi zalında nümayiş olunan  “İmadəddin Nəsimi – 650”, “9 may – Faşizm üzərində qələbə günü”, “Qarabağın tacı Şuşa”“Yaddan çıxmaz Qarabağ” sərgiləri ilə də tanış olmuşlar.

17 saylı tam orta məktəbin şagirdləri Milli Kitabxananın Nadir kitablar və kitabxana muzeyi şöbəsində olarkən muzeydə qorunan unikal və miniatür kitablarla tanışlıq onlarda böyük maraq hissi oyatmışdır. Not nəşrləri və səsyazmaları söbəsi ilə tanışlıqdan böyük zövq alan şagirdlər Azərbaycan bəstəkarlarından – Faiq Sücəddinovun, Qənbər Hüseynlinin və s. bəstələrini dinləmişlər.

Sonda şagirdlər Milli Kitabxananın nəzdində fəaliyyət göstərən Açıq Kitabxana ilə tanış olmuşlar.

Uşaqlara rəhbərlik edən müəllimə Saniyeva Bəturəxanım şagirdlərin Milli Kitabxanadan unudulmaz xoş hisslərlə ayrıldıqlarını xüsusi vurğulamış, gələcəkdə tələbə olaraq kitabxananın oxucusu olmalarını arzulamışdır. 

 
 

 Azərbaycan Milli Kitabxanası © Bütün hüquqlar qorunur