Bakı şəhər 23 saylı tam orta məktəbin 5a sinif şagirdləri Milli Kitabxanada ekskursiyada olmuşlar.

11 iyun 2017 -ci il tarixində Bakı şəhər 23 saylı tam orta məktəbin 5a sinif şagirdləri Milli Kitabxanada ekskursiyada olmuşlar. Şagirdlər Milli Kitabxananın binası ilə tanış olmuş,  iş prosesini izləmişlər. Kitabxananın sərgi zalında yer almış Qarabağ sərgisnə daha cox maraq göstərmiş və onlara maraqlı olan suallara cavab almışlar. Milli Kitabxananın Nadir kitablar və kitabxana muzeyi şöbəsində olarkən muzeydə qorunan ən qədim kitablarla tanışlıq onlarda böyük maraq hissi oyatmışdır.

Milli Kitabxananın hazırladığı uşaq ədəbiyyatı ilə bağlı olan elektron kitablardan istifadə edərək ekskursiyalarını daha da maraqlı keçirmişlər.

Sonda şagirdlər Milli Kitabxananın nəzdində fəaliyyət göstərən Açıq Kitabxana ilə tanış olmuşlar. Burada yerləşdirilmiş Uşaq guşəsinə daha çox maraq göstərərək istifadə qaydaları ilə tanış olmuslar. 

Şagirdlər Milli Kitabxanadan unudulmaz xoş hisslərlə ayrılıqlarını xüsusi vurğulamış, gələcəkdə tələbə olaraq kitabxananın oxucusu olmalarını arzulamışlar.

 
 

 Azərbaycan Milli Kitabxanası © Bütün hüquqlar qorunur