18 sentyabr 2017-ci il tarixi saat 17:00-da Milli Kitabxananın nəzdində fəaliyyət göstərən Açıq Kitabxanada Üzeyir Hacıbəyli IX Beynəlxalq Musiqi Festivalı çərçivəsində Milli Musiqi Gününə həsr olunmuş kitab sərgisinin təqdimatı olmuşdur.

Tədbiri Milli Kitabxanın direktoru prof. Kərim Tahirov açaraq qonaqları salamlamış, Azərbaycan xalqının dahi oğlu, musiqi mədəniyyətimizin korifeyi Üzeyir bəy Hacıbəyovun doğum günündə qeyd edilən bu günün əhəmiyyətindən danışmış, bu günün ənənə halında musiqi tariximizin ən əlamətdar hadisəsi kimi anılmasının vacibliyini və 10 ilə yaxındır ki, Milli Kitabxananın da bu işdə fəal iştirakını qeyd etmişdir. 

Söz Azərbaycan Respublikasının Mədəniyyət və Turizm nazirinin müavini Ədalət Vəliyevə verilmişdir. O, Azərbaycan musiqi mədəniyyətinin inkişafında misilsiz xidmətləri olan dahi şəxsiyyətin milli musiqi xəzinəmizə verdiyi çoxlu sayda töhfələrdən danışmış, bu gün müxtəlif mədəniyyət, təhsil müəssisələrində keçirilmiş və musiqi ilə bağlı keçiriləcək tədbirlər haqqında məlumat vermişdir.

Sonda sərgi ilə tanışlıq olmuşdur.

 
 

 Azərbaycan Milli Kitabxanası © Bütün hüquqlar qorunur