20 Yanvar – Qanlı gecə

19.01.2018-ci il tarixində Milli Kitabxananın nəzdində fəaliyyət göstərən Açıq Kitabxanada 20 Yanvar faciəsinin 28-ci il dönümü ilə əlaqədar kitab sərgisi və foto qalereya təşkil edilmişdir. 

Sərgidə Bakı şəhər 7 saylı orta məktəbin 3a və 8 saylı tam orta məktəbin 5b və 5a sinif şagirdləri və müəllimləri iştirak etmişlər. Kitabxananın direktor müavini Ədibə İsmayılova, müəllimələrdən Tünzalə Şirinova, Gülgəz Həsənova, Nigar Əliyeva və Lalə Qurbanova 20 yanvar hadisələri ilə bağlı şagirdlərə geniş məlumat vermişlər, uşaqların vətənpərvərlik ruhunda daha yüksək dərəcədə tərbiyə olunması üçün belə sərgilərin təşkilinin əhəmiyyətli olduğunu qeyd etmişlər. Uşaqlar sərgidə olan nəşrlərlə və foto qalereya ilə yaxından tanış olmuşlar.

Sonda məktəblilər xatirə şəkli çəkdirmişlər.

 

 Azərbaycan Milli Kitabxanası © Bütün hüquqlar qorunur