Binəqədi rayon Qamət Abbasov adına 284 saylı tam orta məktəbin 7 c sinif şagirdləri Milli Kitabxanada olmuşlar.

Binəqədi rayon Qamət Abbasov adına 284 saylı tam orta məktəbin 7 c sinif şagirdləri Milli Kitabxanasında ekskursiyada olmuşlar. Şagirdlər Milli Kitabxananın binası ilə tanış olmuş, elektron kataloq və elektron kitabxanadan istifadə qaydaları haqqında məlumat almış, iş prosesini izləmişlər.

Kitabxananın sərgi zalında yer almış  “İmadəddin Nəsimi-650”,  “Yaddan çıxmaz Qarabağ”  və “Hikmət Ziya - 90” sərgiləri ilə tanış olmuşlar.

Milli Kitabxananın Nadir kitablar və kitabxana muzeyi şöbəsində olarkən muzeydə qorunan qədim, unikal və miniatür kitablarla tanışlıq onlarda böyük maraq hissi oyatmışdır.

Kitabxananın Not nəşrləri və səsyazmaları söbəsi ilə tanışlıqdan böyük həzz almış, Azərbaycanın ölməz sənətkarı Rəşid Behbudovun repertuarından – bəstəkar  Elza İbrahimovanın  “Sən bir nəğmə, mən bir nəğmə”  musiqisini və Tofiq Quliyevin “Azərbaycan” musiqisini dinləmişlər.

Uşaqları maraqlandıran suallar Milli Kitabxananın əməkdaşları tərəfindən cavablandırılmışdır.

Şagirdlər  Milli Kitabxananın nəzdində fəaliyyət göstərən  həftənin bütün günləri fasiləsiz 24 saat ərzində gənclərin və bütün vətəndaşların sərbəst şəkildə kitab mütaliə etməsinə şərait yaradan “Açıq Kitabxana” ilə tanış olmuşlar. Uşaqlara Açıq Kitabxanada “Mən oxudum, sən də oxu” kitabı kitaba dəyişmə guşəsi,   “Dövri mətbuat” və “Uşaq guşəsi” haqqında məlumat verilmişdir.

Uşaqlara rəhbərlik edən  sinif rəhbəri Daşdıyeva Şəfayət müəllimə və tərbiyə işləri üzrə direktor müavini Rüstəmova Gülnarə xanım şagirdlərin Milli Kitabxanadan unudulmaz xoş hisslərlə ayrıldıqlarını xüsusi vurğulamış, gələcəkdə tələbə olaraq kitabxananın oxucusu olmalarını arzulamışdır. 

Sonda xatirə şəkli cəkdirmişlər.

 
 

 Azərbaycan Milli Kitabxanası © Bütün hüquqlar qorunur