“Xocalı soyqırımı”

23.02.2018-ci il tarixində Xocalı soyqırımının 26–cı ildönümü münasibətilə Milli Kitabxananın nəzdində fəaliyyət göstərən Açıq Kitabxanada “Xocalı soyqırımı” adlı kitab sərgisi və foto qalereya təşkil edilmişdir.

Sərgidə Bakı şəhər 23 saylı orta məktəbin 5 a sinif şagirdləri iştirak etmişlər.  Açıq Kitabxananın əməkdaşları tərəfindən şagirdlərə  Xocalı faciəsi haqqında məlumat verilmişdir.

Müəllimə Qurbanova Pərvin Xocalıda baş verən qətliamın  dünyada misli görünməyən, insanlığa sığmayan, olduqca dəhşətli faciələrdən biri olan soyqırım olduğunu qeyd etmişdir. O,  belə tədbirlərin keçirilməsinin uşaqların vətənpərvərlik ruhunda böyüməsi və tariximizi daha dərindən bilmələri üçün əhəmiyyətli olduğunu qeyd etmişdir. Məktəblilər sərgidə nümayiş olunan kitab və dövri mətbuatla yaxından tanış olmuşlar.

 

 

 Azərbaycan Milli Kitabxanası © Bütün hüquqlar qorunur