Emin Əliyev adına 234 saylı tam orta məktəbin şagirdləri Azərbaycan Milli Kitabxanasında ekskursiyada olmuşlar.

25 may 2019-ci il tarixində Emin Əliyev adına 234 saylı tam orta məktəbin III ç sinf şagirdləri Azərbaycan Milli Kitabxanasında ekskursiyada olmuşlar.

Şagirdlər Milli Kitabxananın binası ilə tanış olmuş, iş prosesini izləmişlər.
Kitabxananın sərgi zalında yer almış “Hikmət Ziya - 80“, “Abbas Səhhət - 145”, “Yaddan çıxmaz Qarabağ” sərgisi ilə tanış olmuş və onlara maraqlı olan suallara cavab almışlar. Milli Kitabxananın Nadir kitablar və kitabxana muzeyi şöbəsində olarkən muzeydə qorunan ən qədim kitablarla tanışlıq onlarda böyük maraq hissi oyatmışdır.

Kitabxananın Not nəşrləri və səsyazmalari söbəsi ilə tanışlıqdan böyük həzz almış, Azərbaycan uşaq bəstəkarlarının - Qənbər Hüseynlinin “Cücələrim” uşaq mahnısını, Tofiq Quliyev , Fikrət Əmirovun mahnılarını dinləmişlər.

Sonda şagirdlər Milli Kitabxananın nəzdində fəaliyyət göstərən Açıq Kitabxana ilə tanış olmuşlar.

Sinif rəhbəri - Abdullayeva Elnarə xanım şagirdlərin Milli Kitabxanadan unudulmaz xoş hisslərlə ayrılıqlarını xüsusi vurğulamış, gələcəkdə tələbə olaraq kitabxananın oxucusu olmalarını arzulamışdır.

 
 

 Azərbaycan Milli Kitabxanası © Bütün hüquqlar qorunur