1918-ci il Azərbaycanlıların soyqırımının 100-cü ildönümünə həsr olunmuş “31 mart – Azərbaycanlıların soyqırımı günüdür” adlı kitab sərgisinin açılış mərasimi

30 mart 2018-ci il tarixində Milli Kitabxananın nəzdində fəaliyyət göstərən Açıq Kitabxanada Bakı Dövlət Universitetinin Kitabxanaçılıq-informasiya fakültəsinin IV kurs tələbələrinin iştirakı ilə 1918-ci il azərbaycanlıların soyqırımının 100-cü ildönümünə həsr olunmuş “31 mart – Azərbaycanlıların soyqırımı günüdür” adlı tədbir keçirilmişdir.
Açıq Kitabxananın əməkdaşları tərəfindən tələbələrə 1918-ci ilin 30 mart və 3 aprel tarixləri arasında Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Səlyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə Bakı Soveti və Daşnaksütundan olan erməni silahlı dəstələrinin azərbaycanlılara qarşı törətdikləri qırğın haqqında, dünyada misli görünməyən, insanlığa sığmayan soyqırım haqqında məlumat verilmişdir. BDU-nun tələbəsi Manaf Talıbov tədbirdə çıxış etmişdir.

 
 

 Azərbaycan Milli Kitabxanası © Bütün hüquqlar qorunur