Rita

Aşıq sənətinin inciləri "Rekordlar" kitabına salınmalıdır

 

Olaylar" qəzeti Aşıqlar Birliyi ilə birgə aşıq sənətində olan ədəbi incilərimizin UNESKO-nun Mədəni İrsin Qorunması siyahısına Ginnesin "Rekordlar" kitabına salınmasına nail olunması məqsədilə dünən Beynəlxalq Mətbuat Mərkəzində tədbir keçirib. Bu məqsədlə təşəbbüskarlar UNESKO-nun Azərbaycandakı xoşməramlı səfiri Mehriban Əliyevaya müraciət ediblər. Aşıqlar Birliyinin sədri Zümrüd xanım bildirib ki, aşıq sənətinin gənclər arasında sevilməsi məqsədilə bir çox tədbirlər keçiriblər. Bu yaxınlarda gənc aşıqların müsabiqəsinin keçirilməsi planlaşdırılır.

"Olaylar" qəzetinin baş redaktoru Yunus Oğuz vurğulayıb ki, aşıq sənətinin gənclər tərəfindən sevilməməsində KİV-in rolu böyükdür. Belə ki, televiziya qəzetlərdə aşıq sənətinin təbliği getmir.

 

İmpuls.- 2006.- 30 iyun.- S. 2.