Aslanlı Aygün

 

Cənubi Qafqazın Müstəqil Kino Xadimləri Assosiasiyası fəaliyyətə başlayıb

 

   İyunun 19-da "Yuğ" Dövlət Teatrında yeni bir beynəlxalq təşkilatın - Cənubi Qafqazın Müstəqil Kino Xadimləri Assosiasiyasının təqdimat mərasimi keçirilib.

Cənubi Qafqazın Müstəqil Kino Xadimləri Assosiasiyası 2005-ci ildə Azərbaycan, Ermənistan Gürcüstanın kino təşkilatlarının fəaliyyətlərinə yardım etmək məqsədilə yaradılıb. İsveçrənin Əməkdaşlıq İnkişaf Agentliyinin (SDC) Kinoda Audiovizual Sahədə Peşəkar Təhsil Fondunun (FOCAL) maliyyə dəstəyi məsləhətləri əsasında işləyən təşkilat həm Cənubi Qafqaz ölkələrində kino istehsalının keyfıyyətinin daha yüksək səviyyəyə qaldırılmasına, istehsal olunmuş fılmlərin dünya kino bazarına çıxa bilməsinə kömək edəcək. Təşkilatın baş ofısi Gürcüstanda yerləşir. Azərbaycan Ermənistanda isə milli ofıslər fəaliyyət göstərəcək.

Assosiasiyanın rəhbərlərindən kinorejissor Şamil Nəcəfzadənin sözlərinə görə, "bu layihə kinoda inkişafa doğru bir addım olacaq".

İyulun 10-dan etibarən Cənubi Qafqazın Müstəqil Kino Xadimləri Assosiasiyası ssenarist prodüsserlər üçün ilk treninqlerini gerçəkləşdirəcək. Layihə çərçivəsində iştirakçılar, kinofestivalların beynəlxalq kinobazarlarının sistemi, strukturu, Cənubi Qafqazın kino xadimləri üçün vacib sayılan hadisələr, hazır fılmin festivallara kinobazarına çıxarılması yolları, bunun üçün lazım olan sənədlər başqa materiallar haqqında ətraflı məlumat alacaqlar. Çünki gərəkli işgüzar əlaqələrin yaradılması üçün ilkin məlumatlar olmadan festivallarda kinobazarında iştirak hədər vaxt itkisindən başqa bir şey deyil. Əgər kimsə dünya kino şəbəkəsinin bir hissəsinə çevrilmək istəyirsə, onun uyğun sahələr üzrə bir çox informasiyaları bilməsi çox vacibdir. Bütün bu məlumatları iştirakçılara beynəlxalq kino aləmində məşhur olan, satış üzrə agent Krista Saredi verəcək.

Treninq iştirakçıları təşkilata təqdim etdikləri layihələr əsasında seçiləcəklər. Birinci mərhələdə iştirakçıların sayının səkkiz olması nəzərdə tutulub. Onlar, bir ssenarist bir prodüsser daxil olmaqla, komanda halında işləyəcəklər. Bakıdakı treninqlər başa çatdıqdan sonra iştirakçılar bu ilin payızında Tbilisidə keçirilməsi planlaşdırılan seminarlara dəvət olunacaqlar. Mühazirələri London Parisdən çağırılmış peşəkar ssenarist prodüsserlər oxuyacaqlar. Seminarların sonunda iştirakçıların təqdim etdikləri layihələrdən biri seçilərək beynəlxalq bazara çıxarılacaq. Treninqlərdə iştirak etmək istəyənlər məqsədlərini layihədən özləri üçün hansı nəticələri gözlədiklərini açıqlayan məktubdan (ingilis dilində bir səhifə həcmində) əlavə, həm 2005-ci il yanvarın 1-dən sonra çəkilmiş fılm layihə təqdim etməli, ingilis, alman ya fransız dillərindən birində danışmağı bacarmalıdırlar. Həmçinin təqdim etdikləri fılmin ya layihənin sinopsisi ingilis dilində olmalıdır. Treninqlər ödənişlidir. İlk treninq üçün ödəniləcək vəsait 50 ABŞ dolları məbləğindədir. Layihə distribüsiya, prodüsserlik, sərgilərin təşkili, televiziya sahəsində müəyyən təcrübəyə malik olan gənc peşəkarlar, öz filmlərinin həm prodüsserliyini həyata keçirən gənc rejissorlar, incəsənətin digər sahələrində çalışan menecerlər satış üzre agentlər üçün nəzərdə tutulub.

 

525-ci qəzet.- 21 iyun.- S. 7.