H.Saminə
Azərbaycan musiqi mədəniyyəti
dünya musiqi mədəniyyətinin şahıdır
Ölkəyə müəyyən
məbləğdə valyuta da gətirdik Konservatoriyanın tələbələri
xeyriyyə tədbirlərində
də çox aktiv iştirak edərək uşaq evlərinə, qocalar evlərinə gedib vaxtaşırı
konsertlər verirlər...
- Üzeyir
Hacıbəyov, Bülbül
öz zamanlarında myonlara gedib istedadlı uşaqları
mıısiqi məktəblərinə
cəlb edirdilər. Sizdə də belə bir istək
varmı?
- Belə bir istək var. Amma onları gedib arayıb gətirəndə, burada yerləşdırmək lazımdır, bunun üçün şəraitimiz yoxdur. İstedadlara qapı açılsm deyə, əlimizdən gələni edırik. Allah tərəfındən yaxşı səsi olan uşaqların yaxşı musiqi savadı olmasa da, qiymət verib onları keçiririk. Bir problemimiz də tələbə qəbulu komissiyasmın işi ilə bağlıdır. Bu gün incəsənətlə məşğul olan ali məktəblər üçün dəqiq mexanizm olmalıdır. Tutaq ki, uşaq coğrafıyanı bilmədiyindən qəbul edə bilmiriksə bu səbəbdən çox istedadları itiririk. Bəzən də hansısa musiqi məktəbinin yükünü öz üzərimizə götürüb uşaqları musiqinin əlifbası ilə tanış edirik.
- "SPACE" kanalı ilə yayımlanan muğam müsabiqəsində sizin Konservatoriyanın tələbələrindən iştirak edən vardı?
-Muğam
müsabiqəsində iştirak
edənlərin əksəriyyəti
bizim qurumumuzun və bizim Konservatoriyanın
tələbələridir. Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım belə
bir nüfuzlu addımı hesab edirəm ki, Azərbaycan Milli Konservatoriyasına çox böyük dəstək oldu.
İndi Konservatoriyaya qəbul olunmaq istəyənlərm sayı
birə
on artıb. Amma başqa ali məktəblərdən fərqli olaraq bura daxil
olanların musiqi savadı olması mütləq lazımdır.
-Binanız musiqinin spesifik qaydalarına
ııygun gəlir?
-Bu sahədə də problemlərimiz var. Bir neçə il əvvəl
ümummilli liderimiz Heydər Əliyev bu barədə sərəncam vermişdi.
Milli Konservatoriya üçün
hələ ki, lazımi bma yoxdur. Musiqiyə xidmət edən
bu binanın özünəməxsus tikilişi
olmalı və Milli Konservatoriya olaraq sözsüz ki, şəhərin ən görkəmli yerlərindən birində
yerləşdirilməlidir. Konsertlər vermək üçün
də zalımız yoxdur. Şəxsi münasibətlərin sayəsində çalışırıq
ki, özümüzə
hansısa bir şərait yaradaq. Müəllimlərin məvacibi çox
aşağı səviyyədədir.
Bu da işimizə
hansısa əngəllər
törədir. Yataqxana
problemimiz var. Hər bir valideyn istəyər
ki, övladı çox səviyyəli ali məktəblərdə
- Oksfordda, Kembircdə,
Berklayn univrsitetlərində
təhsil alsınlar. Bizim universitetimiz dünyada məşhur olan həmin universitetlərdən
(əgər şəraitimiz
də təmin olunsa) heç də geri qalmaz
və hətta deyərdim ki, qat-qat artıq səviyyədə olar.
Qoy onlar gəlib bizdən öyrənsinlər,
çünki bizim deyə biləcək sözlərimiz çoxdur.
Mən bunu azərbaycanh olduğuma görə demirəm. Azərbaycan mədəniyyəti, ələlxüsus Azərbaycan
musiqi mədəniyyəti
dünya musiqi mədəniyyətinin şahıdır.
- Bu gün Konservatoriyada tshsil alan gənclər
nə istəyirlər?
- Sözsüz ki, keyfiyyətli təhsil. Keyfiyyətlı təhsil üçün
də keyfıyyətli
şərait lazımdır.
Cəmi
186 tələbəmiz var. Son zamanların marağını
nəzərə alsaq
bu sayın tez bir zamanda
sürətlə artacağını
deyə bilərəm.
Burada tədris edən müəllimlər isə
tanınmış, musiqi
aləmində özünü
təsdiq etmiş insanlardır.
- Gənclər və İdman, yaxud Mədəniyyət və Turizm Nazirlikləri ilə əlaqələriniz necədir?
- Əbülfəs
müəllim 12 il İdman və Gənclər naziri olduğu müddətdə özünü
gözəl təşkilatçı,
çox gözəl idarə rəhbəri kimi təqdim edib. Əminəm ki, bu sahədə də çoxlu yaxşı nəticə əldə edə biləcək.
Bizim məktəbimiz Təhsil Nazirliyinə baxsa da, gördüyümüz
işlər bilavasitə
Mədəniyyət və
Turizm Nazirliyi ilə əlaqəlidir.
Nə vaxt onlara lazım
olsam, böyük məmnuniyyətlə kömək
etməyə hazıram.
- Səyavuş müəllim, Milli Konservatoriya milli musiqi alətlərinin hazırlanmasının tədrisi
qeydinə qalırmı?
- Belə ixtisas ümumiyyətlə
yoxdur. Milli Konservatoriyada milli
musiqi alətlərinin
kompleks təkmilləşdirilməsi
laboratoriyası fəaliyyət
göstərir. Belə bir
tapşırıq vermişəm
ki, məktəbdə
əmək dərsinin
səmti dəyişsin
və milli musiqi alətlərinin hazırlanmasının öyrənilməsinə
yönəlsin. Bakıda musiqi
alətləri fabrikləri
fəaliyyət göstərirdi.
Artıq
bu gün o fabriklər yoxdur. Bu alətlərin buraxılışı üçün
hansısa bir qurum lazımdır. Biz istəyərdik ki, onları hazırlayan ustaları dəvət edək.
Düzdür, işlərimiz istənilən
səviyyədə getmir.
İndiyə kimi tarı
dədə - baba üsulu ilə düzəldirlər. Halbuki bu
saat dünyada o qədər modern kəsici
alətlər var ki, onlar ustaların
işini birə on yüngülləşdirir. Biz çalışırıq bu problemləri bir-bir həll edə bilək.
Ermənilər balabanı dünyaya erməni musiqi aləti kimi təqdim edirlər.
Bunların qarşısını almaq
məqsədi ilə nəzəri tədbir görürsünüz?
Milli nəfəs alətləri
şöbəsini yaratdıq. Balaban, zurna, tütək, ney... İmkan daxilində
dünyanın hər
yerində bunların bizim milli musiqi
alətlərimiz olduğunu
sübut etmək lazımdır. Və mən
bunu edəcəyəm.
Hazırda bizdə amerikalı tə-ləbə
var, balaban çalmağı öyrənir...
- Son zamanlar Azərbaycan mddəniyydtini
ölkə hüdudlanndan kənarda özbaşına
təmsil
edən adamlar peyda olub. Bıına necə
baxırsınız?
- Buna onların ixtiyarı çatmır.
Bəziləri Azərbaycan mədəniyyətini
xaricdə çox səviyyəsiz təqdim edirlər. Bu olmamalıdır. Onlara
baxıb bizim haqqımızda hansısa
bir fıkir yürüdülür axı...
- Dövlətimizin bu sahəyə qayğısı
baradə... Bu gün Azərbaycan mədəniyyəti, incəsənətinin
qorunmasında dövlət
qayğısı vacibdir.
Özünüz də görürsünüz,
Azərbaycan musiqisinə
nə böyük təcavüzlər olur.
Bizim tələbələr müsabiqələrdə,
festivallarda çıxış
etməklə Azərbaycan
mədəniyyətini təmsil
edirlər. İdman olimpiadalarına
lıəmin ölkənin
mədəniyyət işçiləri
gəlib öz sənətləri ilə
idmançılarını rahlandırırlar. Amma biz getmirik.
Niyə?
Vəsaitimiz yoxdur. Dövlətin bayrağını isə
bir idman, bir də mədəniyyət
qaldıra bilər.
Görürsünüz, Hindistanın,
Çinin, Ərəbistanın
mədəniyyəti bütün
dünyaya yayımlanır.
Bizim mədəniyyətimiz onlardan
heç də əskik olmadığı
halda, biz onları yaya bilmirik. Amma əminəm ki, bu gün
olmasa da, sabah bütün
bunlara nail olacağıq.
Dövlətimizin bu sahədə atdığı
uğurlu addımlar bunu bir daha
sübut edir.
Yaddaş.- 2006.- 10 iyun.- S. 1;3.