Azərbaycan Respublikası Prezidentinin fərdi

təqaüdlərinin verilməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

"Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün təsis edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 11 iyun 2002-ci il tarixli 715 nömrəli fərmanına (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, N6, maddə 329, N10, maddə 587; 2004-cü il, N12, maddə 1006; 2005-ci il, N3, maddə 167) uyğun olaraq qərara alıram:

1.   Azərbaycan mədəniyyətinin inkişafındakı xidmətlərinə görə Azərbaycan  Respublikası Silahlı Qüvvələrinin aşağıdakı hərbi qulluqçularına Azərbaycan Respublikası

Prezidentinin fərdi təqaüdləri verilsin:

Məmmədov Böyükağa Şükür oğlu, Məmmədova Zümrüd Mövlud qızı

2.   Azərbaycan Respublikasının Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll etsin.

3.   Bu sərəncam dərc edildiyi gündən qüvvəyə minir.

 

İlham ƏLİYEV, Azərbaycan Respublikasının Prezidenti

 

       Bakı şəhəri, 22 iyun 2006-cı il

 

Azərbaycan. -2006.- 23 iyun.- S. 3.