Azərbaycanda ilk qlobal kitabxana yaradıldı

 

"Qloballaşan Azərbaycan" Sivil İnkişaf Mərkəzi-nin (QASİM) həyata keçirdiyi "Qlobal kitabxana" adlı yeni layihə çərçivəsində 4 kitab işıq üzü görüb.

Bunlar "Qloballaşmaya doğru" və "Yeni dünyada yeniləşən Azərbaycan iqtisadiyyatı" adlı məqalələr toplusundan ibarət olan kitablardır. Eyni zamanda adı çəkilən layihə üzrə İstanbul Universitetinin doktorantları Natiq Sabiroğlunun "Qloballaşma və xarici investisiyalar" və İlkin Sabiroğlunun müəllifliyi ilə "Kapitalizm kapitalizmə bənzəməz" adlı kitablar da ictimaiyyətə təqdim edilib.

Bu kitablardan iqtisadçılar, analitiklər və müxtəlif sahələrdə təhsil alan tələbələr istifadə edə bilərlər. Qeyd edək ki, QASİM sözügedən layihə çərçivəsində hər il müxtəlif sahələri, mövzu və problemləri əhatə edən kitablan nəşr etməyi nəzərdə tutur. Məqsəd mütəxəssislərin ən yeni araşdırmalarını, Azərbaycan problemlərinə müxtəlif və yeni baxış tərzlərini ictimaiyyətə təqdim etmək, çağdaş dünyada mövcud olan ən yeni və elmi, kulturoloji yanaşmaları Azərbaycana gətirməklə ciddi elmi-konseptual müzakirələrə nail olmaqdır.

 

Şərq.- 2006.- 28 iyun. S. 14.