Azərbaycanda Prodüsserlər Assosiasiyası

 

Müğənnilər peşəkarlarla çalışacaqlar.

 

"N brothers" qrupunun bədii rəhbəri Namiq Qafarov Türkiyədə, Rusiyada olduğu kimi Azərbaycanda da Prodüsserlər Assosiasiyası yaratmaq iddiasına düşüb. Qrup rəhbərinin sözlərindən belə aydın oldu ki, artıq Asif Kərimi və Vüqar Camalzadənin bu assosiasiyada təmsil olunacağı qətidir. N.Qafarov eyni zamanda, Zülfıyyə Xanbabayeva və Manananın prodüsserlərinin bu qurumda çalışacağını qeyd etdi. İlk aylarda 10 yaradıcı insanın təmsil olunacağı assosiasiyanın sıralarının sonradan genişləndirilərək 100-ə çatdınlacağı nəzərdə tutulub. N.Qafarov hazırda Aygün Kazımova, Samir Bağırov və digər məşhurların prodüsserleri ilə danışıqlar aparıldığını qeyd etdi. Qrap rəhbərinin sözlərinə görə, gələcəkdə bu qurumda

ixtisaslaşmış kursların keçirilməsi də gözlənilir. Hazırda Rusiya və Türkiyənin prodüsserlər mərkəzi ilə əlaqələr yaratdığını deyən N.Qafarov onların iş təcrübəsindən yararlanır. Assosiasiyanın fəaliyyətindən sonra müğənnilərin peşəkar prodüsserlərlə çalışacağını deyən həmsöhbətim xaricdən bir sıra mütəxəssisləri ölkəmizə dəvət etmək fıkrində olduğunu söylədi: "Onu da qeyd edim ki, bu qurumda prodüsserlərlə yanaşı, menecerlər də yetişdiriləcək. Azərbaycan Prodüsserlər Assosiasiyasında əsas rneyar peşəkarlıq və yüksək iş qabiliyyətindən ibarət olacaq. Yəni özünə güvənən hər bir prodüsserin, menecerin bu qurumda yeri var".

Assosiasiyanın ilk fealiyyət planından söz açan N.Qafarov dedi ki, qurum yaradılan kimi "Eurovision" beynəlxalq mahnı müsabiqəsində Azərbaycanın da iştirakını təmin etməyə çalışacaq: "Bu cür irimiqyaslı müsabiqəyə müğənnini öncə prodüsseri hazırlaya bilər. Əsl prodüsser müğənninin səhnə davraşı, tamaşaçılarla ünsiyyəti, bu ya digər tələb olunan şərtləri bilməlidir. Türkiyədə Tarkan, khan Özen, Sibel Can bu kimi məşhurların prodüsserləri məhz bu şərtlərlə çalışırlar.

Azərbaycanda isə prodüsser dedikdə, müğənnilərin fonoqramlarını daşıyan, şou-proqramlarda onların çıxışlarının vaxtını tənzimləyən şəxslər nəzərdə tutulur. Bu adda məktəbi yaratmaqla, Azərbaycanda da peşəkar prodüsserlər yetişdirməyi qarşımıza məqsəd qoymuşuq".

N.Qafarov assosiasiyanın gələn aydan etibarən fəaliyyətə başlayacağı qeyd etdi. Bundan öncə isə mətbuat işçilərinə bu istiqamətdə bir sıra açıqlamalar veriləcək. Tədbirdə xaricdən dəvət olunacaq mütəxəssislərin iştirakı da nəzərdə tutulur.

 

Kaspi.- 2006.- 1 iyun. S. 6.