Azərbaycanda yasayan rus rəssamlarının sərgisi
35 təsviri sənət ustasının
70-dən çox əsəri təqdim olunub
Xatırladaq ki, bu il Azərbaycanda Rusiya ili kimi qeyd olunur. Vəcihə Səmədova adına sərgi salonunda Azərbaycanda yaşayan rus rəssamlarının əsərlərindən ibarət sərginin açılışı da bu məqsədlə təşkil olunub.
Nümayiş
olunan rəsm əsərlərində Azərbaycanın
mədəniyyəti, folkloru,
adət-ənənələri,
tarixi məkanları,
təbiəti öz əksini tapıb. Sərgiyə 35 rəssamın
tətbiqi sənət,
dekorativ və rəngkarlıq janrlarında
yaratdığı 70-dən
çox əsər çıxarılıb. Rusiyanın
ölkəmizdəki səfırliyinin
və Azərbaycan Rəssamlar İttifaqının təşkilatçılığı
ilə keçirilən
sərgi iyunun 13-nə kimi davam
etdiriləcək. İttifaqın sədri, xalq
rəssamı Fərhad Xəlilov Azərbaycan-Rusiya
mədəni əlaqələrinin inkişafmdan
damşarkən bunları qeyd etdi: "Ölkələrimiz
arasındakı bu əlaqələrin daha da
genişlənməsi üçün belə
tədbirlərin davamlı keçirilməsi zəruridir.
Mən bu cür sərgilərin təşkilini çox
əhəmiyyətli hadisə hesab edir və yüksək qiymətləndirirəm.
Sərgiyə qatılmış rəssamların əsərlərində
ölkəmizin ən dəyərli cəhətləri,
görməli yerlərinin əks olunması onların
dəyərini bir qədər də artırır.
İnanıram ki, təşkil olunan bu sərgi maraqla
qarşılanacaq".
Qeyd edək ki, sərgidə Pavel
Kuzmenko, İnna Kostina, Lyubov Buxarova, Tatyana Ağababayeva kimi
rəssamların əsərləri
tamaşaçıların ixtiyarına verilib.
Azərbaycanda Rusiya ili
çerçivəsində növbəti sərgi sabah
baş tulacaq. "Rusiya bu gün" adlı sərgidə
rus fotoqraflarının işləri nümayiş
etdiriləcək.
Kaspi 2006.- 13 iyun.- S. 8.