Samirə Behbudqızı

 

"Salam, gəncliyimin səhəri!''

Alla Puqaçova Bakı səhnəsində

 

"Biz gəldik!" Rusiya estradasının primadonnası, SSRİ Rusiya Federasiyasımn xalq artisti AIla Puqaçova respublikamızın ən böyük konsert sarayında çoxdan bəri gözlənilən konsertinə bu mahn ilə başladı.

Mahnının ümumi məzmunu "bütün çətinliklərə, təbii qeyri-təbii maneələrə baxmayaraq cazibə qüvvəsinin gücü sayəsində görüşün, nəhayət ki, baş tutmasından" bəhs edir. Konsertdə səslənən mahnıların əksəriyyəti milyonların sevimlisi olan müğənninin dinləyiciləri ilə münasibətlərinin müxtəlif çalarlarını, sənətkar xanımın taleyinin özəlliklərini xırdalayırdı sanki. Hər bir mahnı məhz bu konsertə, məhz Bakı pərəstişkarlarına ünyanlanmışdı elə bil. Alla Puqaçovanın repertuar proqramı "Seçilmişlər" adlandırılaraq yeni bəzi köhnə bəstələrdən təşkil edilmişdi - ayrılıq, məhəbbət, ötüb-keçən ömür (""Na bis" hələ oxuya bilərəm, "na bis" yaşamağım isə mümkünsüzdür"), ölən məhəbbət digər çalarlı mahnılar, müğənninin ünvanı tez-tez səhv salan, onu gözləyənləri, ona əsl məhəbbətin atəşini tanıtmağı bacaranları görməyib qədirbilməzlərə üz tutmasını, "məhəbbət" adlı duyğuya iradlarını mənsur şer şəklində ifadə etməsi baxımlı eşidimli idi. "Alış, yan, mənim ulduzum" əsəri isə rnaraqlı bir rok-n-rolls üslubunda təqdim olundu.

Puqaçova səhnədəki hər bir hərəkətində estrada səhnəsinə xas bütün qatları aça bildiyini, qədərində həzin, lirik, ritmik çevik olmağı bacardığını, "Alla Puqaçova" fenomeninin hələ canlı ifadəçisi, necə deyərlər, tam formada olduğunu sübuta yetirdi.

Non-stop rejimində ifa etdiyi dörd mahnıdan sonar primadonna, nəhayət ki, zala müraciət etdi: "Salam, mənim gənclıyimin şəhəri!  Bakı ilə məni qanadlarımın hələ çox cavan möhkəm olduğu vaxtların xatirələri bağlayır. İndi o qanadlar, yəqin ki, zəifləyib, kövrəkləşib. Amma mən çox xoşbəxtəm ki, onlar sizə çatmaqda mənə kömək elədilər..."

Bu sözlərin raümkün olan maksimum səmimiliklə söyləndiyinə inanmaq çətin deyildi. Ən azı o səbəbdən ki, konsert boyunca Alla Puqaçova əsl peşəkar olduğunu, dinləyici tamaşaçı anlamına hörmətlə yanaşdığını, əsl "ulduz", primadonna, bir mahnısmda dediyi kimi, "ölkəsinin bircəciyi" olmasına baxmayaraq, səhnədə hər hansı özündənmüştəbehliyi şəxsiyyətinə rəva görməməsinin şahidi olduq. Tam 2 saat ərzində... Alla Puqaçova tamaşaçının, onun məhəbbətinin qədrini bildiyini təkcə ifasında nüınayiş etdirmədi. Gül dəstələrini sevimli sənətkarına bağışlamaq istəyində olanları zəhmət çəkib yerlərindən tərpənməyə qoymadı - 2500 nəfərlik zalın ta sonuncu sıralarınadək qalxıb çiçəkləri qəbul etdi. Arada zarafatyana narazıhq da dilə gətirdi ki, gül dəstələri ilə onun görüşünə gələnlərin əksəriyyəti qadınlardır.

Bəli, Alla Puqaçova ilk növbədə qadın dinləyicilərin qolblərinin kraliçasıdır. Amma unutmaq olmaz ki, onun nəğmələrinin oksəriyyətinin müəliifı kişi şair bəstəkarlardır. Dinləyici üçün bundan əsrarəngiz tandem fıkirləşib tapmaq mümkün deyil - qadın təbiətinə yaxşı bələd olan kişi mahnı yaradıcıları həmin mahnılara əbədi həyat nəfəsi verən müğənni xanım. Puqaçovanın sənət ömrünü yaşan edən, təbii ki, onun yalnız qulağayatışlı səsə, səhnə mədəniyyətinə, sənətə ciddi münasibət kimi keyfıyyətlərə malik olması deyil, ilk növbədə, özünə, öz duyğularına, baxışlarına sadiq qalıb. zatən fərqli ifa tərzi meydana qoymağıdır.

Alla Puqaçovanın Bakı ilə, bizim musiqi mədəniyyəti mühitimiz ilə ünsiyyəti hələ 1970-1980-ci illərdən başlamışdı. O zamanlar Dənizkənarı Parkda mərhum Çingiz Mustafayevin həmkarları ilə birlikdə yaratdığı disko-klub, müasir musiqinin ən yaxşı mənada at oynatması, müxtəlif janrların - disko, rok, rok-n-roll, caz, klassik estrada s. nin - ən keyfıyyətli nümunə ifalarının köməyi ilə gənclərin zövqünü oxşamaq mıssiyasından xəbər tutub özü gənclərə baş çəkmiş, disko-klubun geniş fəaliyyəti ilə tanış olubmuş. Qeyd etməyə bilmərəm ki, bu, Alla Puqaçovanın təkrarsız rok ifaçısı Vladimir Kuzminlə duetinin ən parlaq dövrünə təsadüf edirdi. Təsəvvür edirəm, o vaxtın gənc musiqisevərlərindən ötrü bu iki sənətkarla ünsiyyətdə olmaq necə sonsuz təəssüratlar mənbəyi olub...

Maym 31-də ölkənin baş konsert saraymda baş tutan konsertin sonunda tamaşaçıların ayağa qalxıb konserti davam etdirməsini təkid etdiyini görüncə, Alla Puqaçova "bağışla, ölkəm, mən sənin bircəciyinəm, qalan hər şey kölgədədir..." mahnısını ifa etdi gələcək görüşün ümidi ilə səhnəmizi tərk etdi. Tamaşaçılar isə buna etiraz etməkdə idilər...

Səhnədəki zaldakı əhval elə idi ki, sanki Alla Puqaçova Bakıda sonuncu dəfə cəmi dörd il öncə yox, bir neçə on il qabaq konsert verib.

 

Həftə içi.- 2006.- 2 iyun.- S. 8.