Beynəlxalq turizm marşrutunun hazırlanması

ilə əlaqədar tədbirlər planı

hazırlanıb

Türkiyə Mədəniyyət Turizm Nazirliyinin nümayəndəsi doktor Şeyda Odabaşı Gəncəyə səfər edib (APA). İcra hakimiyyətinin başçısı Eldar Əzizov Türkiyədən gələn qonağı qəbul edib.

Görüşdə Şeyda Odabaşı bildirib ki, Azərbaycan və Türkiyo dövlətləri arasında "Babalarımızın tarixi zəfər vo şəhadət yolu" adlı beynəlxalq turizm marşrutunun hazırlanması ilə əlaqədar layihənin koordinasiya şurası tədbirlər planı hazırlayıb.

Mədəniyyət Turizm Nazirliyinin şöbə müdiri Elçin Qafarlı beynəlxalq turizm marşrutunun hər iki dövlət üçün əhəmiyyətindən danışıb. Daha sonra şəhər icra hakimiyyətinin başçısı Eldar Əzizov Türkiyədən olan qonaqlara Gəncənin tarixi, mədəniyyəti incəsənəti barəsindo geniş məlumat verib qonağa üzərində Gəncə şəhərinin gerbi olan xalça hədiyyə edib. Bundan sonra Şeyda Odabaşı "Gəncə" mehmanxanasında Gəncə şəhər turizm mədəniyyət idarəsinin, gənclər idman idarəsinin QHT-lərin nümayəndələri ilə görüşüb. Bundan sonra Türkiyəli qonaqlar Şah Abbas məscidində, Cavad xan məqbərəsində AKTA-nın tarix muzcyində olublar. Muzeydə onlara Qafqaz İslam Ordusunun komandanı Nuru Paşanın Azərbaycanın bütövlüyü uğrunda göstərdiyi şücaətləri əks etdirən eksponatlar barədə məlumat verilib.

 

Azadlıq. 2006. 4-5 iyun. S. 13.