Elçin

 

“Biz ve karikatura»

 

Bayram Hacızadə: ““Molla Nəsrəddin” ənənələrini yaşatmağı, onu gələcək nəsillərə çatdırmağı özümüzə borc bilirik”

 

Bu yaxınlarda "Bız və karikatura" satira-karikatura jurnalının növbəti sayı işıq üzü görüb. "Molla Nəsrəddin" jurnalının 100 illik yubileyinə həsr olunmuş sayda Azərbaycan Karikaturaçılar Cəmiyyətinin sədri, jurnalın baş redaktoru Bayram Hacızadə yazır: "100 il əvvəl görkəmli yazıçı Cəlil Məmmədquluzadənin yaratdığı "Molla Nəs-rəddin" satirik jurnalı nəinki Azərbaycanda, eləcə də Şərqdə böyük inqilab etdi. Zaman-zaman bu jurnal bir çox ölkələrin ədəbiyyatına bilavasitə təsir göstərir. Bu gün biz "Molla Nəs-rəddin" ədəbi məktəbini yaşatmaq, qoruyub saxlamaq, ondan bəhrələnmək, inkişaf etdirib gələcək nəsillərə çatdırmağı özümüzə borc bilirik". Azərbaycan    Karikaturaçılar Cəmiyyətinin   İdarə   Heyətinin üzvu Vəfa İbrahimqızının fikrincə, "Molla Nəsrəddin" jurnalı satira, yumor, felyetonun, eləcə də karikatura janrının inkişafında əvəzolunmaz rol oynayıb: "Bizə qalan bu sərvəti qoruyub saxlamaq, inkişaf etdirmək hər bir karikaturaçı rəssam üçün şərəfdir, qürurdur.

Jurnalın baş redaktor müavini, tanmmış karikaturaçı-rəssam Soltan Soltanlı bu qənaətdədir ki, "Molla Nəsrəddin"i yaradarkən böyük Mirzə Cəlil xaiqımızın əyintilərdən, balacalıqlardan, geriliklərdən, cəhalətdən, xof-qorxudan, biganəlikdən qurtulmasını düşünürdü: "Önun ətrafında birləşən "Molla Nəsrəddin"çilərin ardıcıl və gərgin səyləri nəticəsində bu yöndə böyük işlər görüldü, dərgi çıxdığı 25 il ərzində öz əqidəsinə sadiq qaldı. Bu sadiqliyin əsasında Mirzə Cəlil ucalığı, cəsarəti, uzaqgörənliyi, müdrikliyi dururdu. Təəssüf ki, "Molla Nəsrəddin" hələ də təsviri sənət nümunəsi kimi sənətşünaslar tərəfindən araşdırılmayıb".

 Jurnalda maraq doğuran, oxucunu düşündürən ciddi məqamlar kifayət qədərdir. "Molla Nəsrəddin" jurnalında çap olunmuş rəsmlərlə yanaşı müasir Azərbaycan karikaturaçı rəssamlarının müqayisəli şəkildə əsərləri təqdim edilib. Məsələn, bir tərəfdə Oskar Şmerlinqin, digər tərəfdə isə Bayram Hacızadənin əsəri dərc edilib. Hər ikisini birləşdirən bir fikir budur: "Molla Nəsrəddin" deyir: "Niyə bu xalq başına özgə papaqlar qoyur?"

Həmçinin "Geyimlərimiz 100 il əvvəl və bu gün", "Qarabağ mahalmda məktəblər 100 il əvvəl və bu gün", "Tiflisdə Şeytan bazarında 100 il əvvəl və bu gün", "Pirlərimiz 100 il əvvəl və bu gün" və başqa əsərlər "Molla Nəsrəddin"in dövründə Azərbaycanın mənəvi, psixoloji durumunu, həmçinin bu gün mahiyyətcə əvvəlki halı ilə indiki arasında demək olar ki, fərq olmadığını acı bir təəssüflə çatdırır. Yəni əgər adamlar yenə də avamlığa, mövhumata, yalnız özlərini düşünməyə can atırlarsa, karikatura bu cəhətləri görməli, göstərməli, güidürməli, həmçinin düşündürməlidir.

Jurnalda həmçinin müasir Azərbaycan karikaturaçı- rəssamlarının əsərləri yer alıb. Jurnalın arxa səhifəsində rəssam Hafiz Nəsiroğlunun çəkdiyi yazıçı Xeyrəddin Qocanın, xalq artistləri Muxtar Manıyevin, Hacıbaba Bağırovun, Yaşar Nurinin, əməkdar artistlər Ramiz Əzizbəyli, Çingiz Əhmədovun, Səməd Səmədovun və başqalarının dostluq şarjları yer alıb.

 

Xalq cəbhəsi.- 2006.- 1 iyun.- s.- 14.