“Dan ulduzu” III Beynəlxalq uşaq bədii yaradıcılıq festivalının qala konsertu

 

İyunun 1-də Heydər Əliyev adına Sarayda uşaq evlərində tərbiyə alan uşaqların və internat məktəbləri şagirdlərinin mayın 26-dan başlamış "Dan ulduzu" III beynəlxalq uşaq bədii yaradıcılıq festivalının qala konserti olmusdur.

Əvvəlcə, 7 gün ərzində uşaqların iştirak etdikləri tədbirlərə, keçirilmiş görüşlərə həsr olunmuş fılm göstərilmişdir. Qeyd dək ki, Azərbaycan, Gürcüstan, Ukrayna və Qazaxıstandan valideyn himayəsindən məhrum olmuş 250-ə yaxın uşağın iştirakı ilə keçən festivalın açılışından əvvəl, iştirakçılar Fəxri Xiyabanı ziyarət etmiş, ümummilli lider Heydər Əliyevin məzarı və abidəsi önünə əklil qoymuş, görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarı üzərinə gül dəstələri düzmüşlər. Onlar daha sonra Şəhidlər Xiyabanında olmuş, "Əbədi məşəl" abidəsinin önünə gül qoymuşlar. Festival çərçivəsində bir çox tədbirlər - "Mən bu dünyanı sevirəm" və "Şanlı vətənim" mövzularında rəsm, eləcə də teatr tamaşaları müsabiqələri, əl işlərindən ibarət  xeyriyyə   sərgisi,   bayram karnavalı   keçirilmiş,   uşaqlar üçün   İçərişəhərə, muzeylərə ekskursiyalar, dəniz gəzintisi təşkil olunmuş, onlar Azərbaycan Dövlət Opera və Balet Teatrında Fikrət Əmirovun "Min bir gecə" baletinə baxmış və müxtəlif növ idman yarışlarında iştirak etmişlər.

Festivalın təşkilat komitəsinin   sədri   Gülarə   Teymurova Heydər Əliyev Fondunun, Azərbaycan Mədəniyyətinin Dostları Fondunun prezidenti YUNESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın tədbirin iştirakçılarına ünvanlanmış məktubunu oxumuşdur. O, gələn il keçiriləcək festivalda daha çox ölkədən uşaqların iştirak edəcəyinə əminliyini bildirmişdir.

Təhsil naziri Misir Mərdanov, gənclər və idman naziri Azad Rəhimov 1 iyun Uşaqları Beynəlxalq Müdafıə Günü münasibətilə iştirakçıları təbrik etmiş, ümummilli lider, ulu öndər Heydər Əliyevin uşaqlara və gənclərə daim diqqət və qayğı ilə yanaşdığını, bu siyasətin Prezident İlham Əliyev tərəfmdən uğurla davam etdirildiyini diqqətə çatdırmışlar. Hazırda ölkədə təhsil üzrə bir çox Dövlət Proqramının həyata keçirildiyi, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə "Yeniləşən Azərbaycana yeni məktəb" proqramı çərçivəsində 2005-ci ildə respublikamızda 132 məktəbin tikildiyi və avadanlıqla təchiz edildiyi, həmçınm Fondun dəstəyi ilə bir çox uşaq evlərinin müasir üslubda təmir olunduğu vurğulanmışdır. Festival günlərində uşaqlar arasında yaramnış dostluq əlaqələrinin və bayram əhval-ruhiyyəsinin onların gələcək yaradıcılıqlarına müsbət təsir göstərəcəyi qeyd edilmişdir. Festivala sponsorluq etmiş təşkilatlardan birinin - "Qarasu" əməliyyat şirkətinin prezidenti Mayk Palmer festivalın iştirakçılannı təbrik etmiş, laureat adı qazamnış uşaq musiqi kollektivlərinə şirkət tərəfmdən diplom, sertifıkat və hədiyyələr təqdim olunmuşdur.

Tamaşaçılar tərəfindən alqışlarla qarşılanan festival iştirakçılan milli mahnı və rəqslərdən ibarət maraqlı konsert proqramı ilə çıxış etmişlər.

Tədbir festivalın himninin sədaları altında başa çatmışdır.

 

Azərbaycan.- 2006.- 2 iyun.- s. 5.