Turanə

 

"Dan Ulduzu" beynəlxalq festivalma yekun vunıldu

 

May ayının 26-dan vüsət alan "Dan Ulduzu" III Beynəlxalq Bədii Yaradıcılıq Festivalına iyun ayının 1-də Uşaqların Müdafiə Günündə yekun vuruldu. Heydər Əliyev adına Respublika Sarayında düzənlənən konsert proqramında Festivalda iştirak edən uşaqlarla yanaşı, bir çox ziyalılar, dövlət məmurları, eləcə , seyirçi qismində qatılan körpələr var idi. Xatırladaq ki, "Azərbaycan Mədəniyyətinin Dostları Xeyriyyə" Fondu, Mədəniyyət Turizm, Gənclər İdman, Təhsil nazirliklərinin, Ailə Uşaq problemləri üzrə Dövlət Komitəsi Bakı şəhər İcra Hakimiyyətinin birgə dəstəyi ilə reallaşan Festival uşaq evləri internat məktəblərində tərbiyə alan kimsəsiz uşaqlar üçün təşkil olunmuşdu.

Əvvəlcə tamaşaçılara bu səkkiz gün ərzində layihədə baş verən hadisələri işıqlandıran videoxülasə nümayiş olundu. Sonra konsert proqramına start verildi səhnəyə aparıcılar Kamilə Babayeva Azər Axşam çıxaraq Festival iştirakçılarmı dost evinə gedən yol uzun olmur, deyib ölkəmizə təşrif buyuran qonaqları salamlayaraq bütün körpələri bayram münasibəti ilə təbrik etdilər. Dörd ölkənin - Azərbaycan, Gürcüstan, Qazaxıstan Ukraynanın nümayəndələri əllərində vətənlərinin dövlət rəmzi olan bayraqlarla öz dillərində "Odlar yurdu" olan Bakını salamladılar. Çıxış üçün söz Təhsil, Gənclər idman nazirlərinə verildi. Təhsil naziri Misir Mərdanov Azərbaycanın çoxsaylı təhsil işçiləri tərəfindən Körpələri müdafiə günü münasibəti ilə təbrik edərək, balalara - sülh, aydın səma altmda xoşbəxt böyüyərək Azərbaycanın layiqli övladları kimi yetişməyi arzu etdi. O, ulu öndər Heydər Əliyevin hər zaman uşaqlara gənclərə xüsusi diqqət qayğısından danışaraq, indi bu siyəsətin ölkə başçısı İlham Əliyev ölkəmizin birinci xanımı Mehriban Əliyeva tərəfindən davam etdirildiyini söylədi. "Heydər Əliyev Fondu təhsil sahəsinə xüsusi diqqət ayırır. Təkcə ötən il fondun hesabına ümumilikdə 132 məktəb tikilib, bərpa olunub təmir etdirilib". Gənclər idman naziri Azad Rəhimov isə öz çıxışında bildirdi ki," mən şadam ki, üç iI reallaşan bu layihə bu il beynəlxalq festivala çevrilib. Uşaqlara qayğının dövlət siyasəti olduğunu bildirən nazir bunun təməlinin qoyulmasını Heydər Əliyevin adı ilə bağladı. Sonra konsert proqramı başladı. Üzeyir Hacıbəyovun "O, olmasın bu olsun" kinofilmindən bir rəqs ilə çıxış etdilər. Ərəb musiqisinə müraciət edən qızlarımızdan ibarət rəqs qrupunu Polad Bülbüloğluya aid olan "Zəng elə" mahnısı solo ifada əvəzlədi.

Festivalın baş sponsorlarından olan KARASU şirkətinin prezidenti Maykl Palmrs çıxış edərək söylədi ki "mən şadam ki, belə bir layihəni yarandığı gündən dəstəkləmişəm inanıram ki, bu uşaqlardan hər biri gələcəkdə Azərbaycanın inkişafında cəmiyyətində layiqli mövqe tutacaqlar".

"Dan" Beynəlmiləlçi Gənclər Birliyinin sədri Festivalın prezidenti Gülarə Teymurova dörd ölkəni birləşdirən bu bayramın hər bir iştjrakçının xatirəsində xoş anlar kimi həkk olacağını söylədi. Sonra isə Mehriban Əliyevanın tədbir iştirakçılarına ünvanladığı məktubunu çatdırdı.

Beləcə hər yaxşı günün sona çatdığı kimi körpələrin sevinci qayğısı üçün təşkil olunan nəğmə rəqslərdən ibarət bayram sovqatı gurultulu alqışlar ilə yekunlaşdı.

 

Yeni Azərbaycan.- 2006.- 3 iyun.- S. 8.