Əbülfəs Qarayev təkzib edir: “Üzeyir
Hacıbəyovun heykəlinə qatı maddə tökməyiblər”
“Vyanada ümumiyyətlə ermənilərin izi-tozu da
yoxdur”
Dünən jurnalistləri Muzey Mərkəzinə dəvət edən mədəniyyət turizm naziri Əbülfəs Qarayev mətbuat konfransı keçirdi. Müntəzəm olaraq tədbirlərdə media mənsublarının suallarını cavablandıran nazir bizlərlə düz 10 gündür görüşmədiyini dilə gətirdi. Odur ki, nazir son günlər gördüyü işlər barədə məlumat verdi. Ə.Qarayev öncə Mədəniyyət və Turizm Nazirliyində aparılan kadr islahatlarından danışdı. Dedi ki, nazirlikdə 12 şöbə fəaliyy göstərir. Onlardan 3-ü yeni yaradılıb. Bunlar musiqi məsələləri, təsviri incəsənət və gənclərlə iş üzrə bölmələrdir. Bütün şöbələrə təcrübəli insanlar cəlb olunublar.
Ümumilikdə, nazirliyin
əvvəlki əməkdaşlarından 80%-i öz vəzifələrini
icra edirlər. 20 faiz əməkdaşlar isə zəif
əmək qabiliyyətlərinə görə işdən
uzaqlaşdırılıblar. Bundan başqa, sovet ideologiyasından qalma
şöbələrin adları
dəyişdirilib.
Məsələn, mədəni-maarif
şöbəsi indi mədəniyyət siyasəti
şöbəsi adlanır.
İnformasiya və
reklam
şöbəsinə mütəxəssislər dəvət olunublar.
Nazir kadr islahatlarının hələ
davam etdirildiyini söylədi.
Daha sonra Ə.Qarayev Avstriya səfəri barədə
məlumat verdi.
O, Vyananın ən böyük parkında dahi bəstəkar Üzeyir Hacıbəyovun
heykəlinin qoyulduğunu
dedi. Bunu tarixi hadisə adlandıran nazir həmin ərəfədə
"Media forumda yayılan
xəbərə də
münasibətini bildirdi:
"Yazıblar ki, guya ermənilər Üzeyir bəyin heykəlini qatı maddə ilə ləkələyiblər. Və bu
üzdən də açılış mərasimi
baş tutmayıb.
Mən özüm orada olmuşam, bütün telekanallar çəkiliş
aparıb. Belə bir
şey baş verməyib. Başa düşmürəm, belə şayiəni niyə yayıblar? Axı Vyanada mənim və yaxud hansısa
siyasi xadimin heykəli ucaldılmayıb.
Azərbayacan xalqının böyük
şəxsiyyəti Üzeyir
bəyin abidəsi qoyulub. Orada ümumiyyətlə, ermənilərin izi-tozu da yoxuydu. Bəlkə də belə bir iş
görmək ermənilərin
ağlına da gəlmirdi, amma indi bizimkilər onlara yaxşı ideya verdilər".
Xatırladaq ki, Ü.Hacıbəyovun Vyanada abidəsinin açılış mərasimi
mayın 30-da olub. "Almaniya-Maynz Azərbaycan"
Dostluq Cəmiyyətinin
sədri Yusif Abulov "Media forum"a deyib ki, açılış
mərasimindən əvvəl,
mayın 29-da gecə vaxtı ermənilər heykəlin üzərinə
qatı maddə töküblər. Ona görə
də bələdiyyə
işçiləri abidənin
təmizlənməsinə cəlb edilib. Açılış mərasiminə bir
neçə saat qalmış abidə yuyulub. Bunu Azərbaycanın Avstriyadakı səfirliyinin
mədəniyyət attaşesi
Ramil Fərzəliyev də təsdiqləyib.
R.Fərzəliyev bildirib ki, abidənin quraşdırılması
zamanı bir sıra maddələrdən,
mayelərdən istifadə
edilib, ona görə də abidənin təmizlənməsi
zəruri olub. Eyni zamanda, R.Fərzəliyev vurğulayıb ki, Vyanada bir neçə
gün yağış
yağdığından toz-torpağı
ləmizləmək üçün
də abidənin yuyulmasına ehtiyac yaranıb. Məsələylə əlaqədar olaraq
"Media forum" saytı bir daha abidəni
hazırlamış heykəltaraş
Ömər Eldarova müraciət edib. Ö.Eldarov heykəli quraşdırmaq
üçün hər
hansı mayedən istifadə edilmədiyini deyib.
Qeyd edək
ki, Ə.Qarayev Avstriyada olarkən teatr və muzeylərin
iş mexanizmi ilə yaxmdan
Mətbuat konfransında Əbülfi
Qarayev mətbuat səhifələrində haqqında
yazılan məqalələrə
də toxundu. Tənqiddən
çəkinməyən nazir
böhtan və ittihamları qəbul etmədiyini söylədi:
"Mən ölkə
prezidentinin təyinatına
əsasən vəzifəyə
gəlmişəm və
Azərbaycanda mədəniyyət
və turizm sahəsini dirçəltmək
üçün əlimdən
gələni edirəm.
4 ay ərzində mədəniyyət və
incəsənət xadimləri
ilə görüşmüşəm,
istər yaşlı,
istərsə də gənc nəsl problemləri ilə maraqlanmışam. Eyni istiqamətdə
işlərimi davam etdirirəm. Əslində mənim haqqımda yazılan böhtan xarakterli yazılara əhəiyyət vermirəm.
Amma görkəmli sənət
adamları, korifey insanlar barədə qəzet və televiziya kanallarında dedi-qoduların əleyhinəyəm.
Həmin
məqalələrdən belə
çıxır ki, Azərbaycanda mədəniyyət
aləmində hamı
savaşır".
Ə.Qarayev mətbuat konfransında kinoda görülən işlərdən
də söz açdı. Artıq 4 filmin istehsalata buraxıldığını dedi.
"Azərbaycan Dövlət
Film Fondu"nun bina ilə təmin olunduğunu söylədi.
Rusiyanın analoq qurumunda saxlanılan Azərbaycan filmlərinin lent yazıları
alınaraq Film Fonduna təhvil veriləcək. Kinoteatrların vəziyyətinə
gəlincə, bununla bağlı ciddi marketinq tədbirləri görülür. Fəaliyyəti vacib hesab olunan bir neçə kinoteatrın təmiri nəzərdə tutulub.
Konkret olaraqc "Nizami" kinoteatrıyla bağlı
layihə artıq hazırdır.
Xalq qəzeti.- 2006.- 9 iyun.- S. 15.