Efirdə "Azadlıq" radiosudur...

Natiq Zeynalov:"Operativlik önəmlidir, amma bundan

daha önəmlisi obyektiv olmaqdir"

 

Mediamızda problemlərin çox olmasına baxmayaraq, həm də bir inkişaf nəzərə çarpır. Əgər belə olmasaydı, yəqin ki, nə yeni-yeni qəzetlər, nə də telekanal və radiolar yaranmazdı. Fəqət çeşidli mətbu orqanlar, telekanal və radioların yaranmasına baxmayaraq, ölkəmizdə alternativi olmayan KİV-lər də var. Obyektivliyi ilə seçilən, daim zamanın nəbzini tutan, kifayət qədər dinləyici auditoriyasına malik "Azadlıq" radiosu da məhz belə KİV-dəndir. Burada son zamanlar görülən işlər və yeniliklərlə bağlı radionun 2003-cü ildən Bakı bürosunun rəhbəri kimi çalışan Natiq Zeynalovla söhbətimiz də elə bu yöndə oldu.

- Yaxın zamanlarda "Azadlıq" radiosunda hansısa yeniliklər gözlənilirmi?

- Xatırladım ki, ildə iki dəfə Amerikanınnter Media" şirkəti radiomuzun reytinqini yoxlamaq üçün sorğu keçirir. Bu il də may ayında keçirilən sorğunun nəticələri yaxın zamanlarda açıqlanacaq.  Demək  istərdim  ki,  bu gün əsas məqsədimiz FM dalğalarında mümkün qədər çox yayımlanmaqdır. Eyni zamanda, ölkənin bütün regionlarında problemsiz efirə çıxmaqdır. Planlarımız çoxdur. Nəzərdə tutulub ki, digər radiolarla əməkdaşlıq edək və yeni layihələrimizi geniş ictimaiyyətə çatdıraq.  Yaxın  gələcəkdə  telekanallarla  da əməkdaşlıq etmək fikrimiz var. Bu layihəyə əsasən, telekanallarla birgə

veriliş  hazırlamağı   düşünürük. Düzdür,   hazırda  bu  layihələrin reallaşdırılması üçün maliyyə imkanlarımız yetərincə deyil. Ona görə də, bu işlərin nə vaxt başlanacağını deyə bilmərəm.

- Maliyyə problemlərinə toxundunuz.  "Azadlıq" radiosu efirdə yayımlanması üçün maliyyə dəstəyini haradan alır?

- Azad Avropa Azadlıq Radiosu (RFERL) ABŞ-ın Konqresi tərəfindən  maliyyələşir.  Şərqi və Cənub  Şərqi  Avropa,   Rusiya, Qafqaz, Orta Asiya, Yaxın Şərq və Cənub-Qərbi Asiya ölkələrinə yayımlanan özəl, beynəlxalq informasiya xidmətidir. Dinləyicilər hər gün öz ölkələrində və dünyada baş verən hadisələr barədə hərtərəfli və obyektiv xəbərləri, analizləri və tematik verilişləri RFERL-dən almağa öyräşiblər, 28 dildə yayımlanan radionun Azərbaycan xidməti də gördüyünüz kimi daim fəaliyyətdədir.

- "Azadlıq" radiosunun gərək ki, bölgələrdə də müxbir məntəqələri fəaliyyət göstərir, deyilmi?

- Əvvəllər xidmət fəaliyyətimizin coğrafiyası geniş idi. Təəssüf ki, maliyyə problemləri bizi məhdudlaşdırmalar aparmağa məcbur etdi. Hazırda Gəncədə,

Naxçıvanda bölgə müxbirlərimiz var.  Verilişlərimiz Azərbaycandan kənarda   yalnız İsraildə və Türkiyədə yayımlanır.  Eyni  zamanda, Bakıdakı müxbirlərimizi bölgələrə,  kəndlərə  göndəririk.

Bu yaxınlarda yeni bir veriliş də açmışıq.  "Azərbaycan  şəkilləri" adlı həftəlik radio icmalda həftə ərzində olan yenilikləri efirə veririk.

- "Azadlıq" radiosunda çalışan jurnalistlər hansı kriteriyalara cavab verməlidir?

- Hər bir normal KİV kimi biz də jurnalistlərimizə təlimlər keçirik. Ən əsası isə müxbirlərimiz konsepsiyanı diqqətlə oxumalıdır. Bu istiqamətdə bizim öz meyarlarımız və kodeksimiz var. Obyektivlik, tərəfsizlik, doğruluq - bunu hər bir jurnalist bilməlidir. Ola bilər ki, operativlik baxımından digərlərindən bir az geridəyik. Düzdür, operativlik önəmlidir, amma bundan daha önəmlisi obyektiv olmaqdır. Çalışırıq ki, heç bir halda kiminsə şərəf və ləyaqətinə toxunan bir şeyə yol verməyək.

- Bu yaxınlarda "Azadlıq" radiosunun yeni saytı işıq üzü gördü...

- Bizim əvvəllər də saytımız var idi. Azərbaycanda informasiya texnologiyalarının sürətlə inkişaf etdiyi bir zamanda buna geniş ehtiyac duyuldu. Bildiyiniz kimi, Azərbaycanm internet istifadəçiləri artmaqdadır. Buna görə də, baş ofisimiz yeni saytı açmaqla, auditoriyamızın sayını və imkanlarını   artırmaq   qərarına gəldi.

- Saytın "Pod Castinq" sistemi ölkəmizdə ilk dəfədir ki, tətbiq edilir. Bəlkə bu barədə

məlumat verəsiniz?

- Əlbəttə, bu sistem Azərbaycanda yenidir. Bizim sayt yeniişə düşdüyündən çalışırıq ki, ölkəmizdə On Line jurnalistikası ilə bağlı bir çox addımlar ataq. Çünki Azərbaycanda internet qəzetləri demək olar ki, yoxdur. Və siz orada elə informasiyalar görəcəksiniz ki, ola bilsin ki, radionun efirində getməyəcək. Bunlar bir-birindən ayrıdır. Hərçənd həm saytdakı, həm də efirds informasiyaları bizim jurnalistlər hazırlayırlar. Bu elə bir sistemdir ki, biz ona qoşulandan sonra və ya hər hansı istifadəçimiz buna qoşulandan sonra efirdə gedən proqramları avtomatik olaraq kompüterlərinə köçürmək imkanı əldə edəcəklər. Və istədiyin vaxt radioda gedən verilişi dinləmək imkanın olacaq. Bundan əlavə, ay əvvəl yayımlanan verilişə də qulaq asmaq olar.

- On Llne- canlı müsahibinin qonağı kimlər olacaq?

- Efirdə olduğu kimi, burada mövzu məhdudiyyəti yoxdur. Ən əsası auditoriyanın marağında olan şəxslər canlı olaraq foıma dəvət olunacaq, mövzu ətrafında insanların suallarını cavalandıracaqlar.

- FM dalğaları çox olduğu dan "Azadlıq" radiosu narahtlıq keçirmir ki?

- Təəssüf ki, bizim o qədər geniş əlaqələrimiz yoxdur. Amma çalışırıq ki, bu sahədə imkanlarımızı genişləndirək,  KİV-lə əməkdaşlığı davam etdirək.

 - Mətbuatda söz-söhbətlər yayılıb ki, Mirzə Xəzərin gedişindən sonra "Azadlıq" radiosu xeyli zəifləyib...

- "İnter Media" şirkətinin açıqladığı nəticələr bunun tam əksıni göstərir...   Qaldı   ki,   mətbuatı gəzən bu söz-söhbətlərə, bunun haradan  qaynaqlandığını  deyə bilmərəm. Amma maraqlandıdan sonra məlum oldu ki, həmin söz-söhbətləri yayan şəxslər heç son zmanlar bizim radioya qulaq asmırmışlar.

 

Üç nöqtə.- 2006.- 3 iyun.- S. 8.