Zeynalqızı Sevil
Ən qədim abidə Böyük Kəsikdə aşkarlanıb.
Azərbaycan, Gürcüstan
və Türkiyənin
ərazisindən keçən
Bakı-Tiflis-Ceyhan (BTC) neft
ixrac boru kəməri dəhlizi boyunca aparılan arxeoloji qazıntılar zamanı ən qədim abidə Ağstafa rayonunun Böyük Kəsik kəndində aşkarlanıb.
Eramızdan əvvəl
IV minilliyə aid olan yaşayış məskəninin
təxminən 6500 yaşı
var. Eneolit (Mis) dövrünü əks etdirən yaşayış
məskəni Azərbaycanla
Mesopotamiya arasında sıx mədəni bağların olduğunu göstərir.
BTC və
Cənubi Qafqaz boru kəmərləri boyunca Azərbaycanda həyata keçirilən
arxeoloji proqramın koordinatoru Kris Polqleis ötən gün keçirdiyi mətbuat konfransında bildirdi ki, həmin rayonun Soyuq Bulaq
kəndindən bir neçə kilometr aralıda isə Mis dövrünə aid çoxlu sayda kurqan tapılıb ki, onlardan bəziləri
Qafqaz ərazisində
aşkarlanan ən qədim kurqanlardır. Proqramın həyata keçirildiyi
2001-2005-ci illər ərzində
aparılan qazıntı
işlori zamanı Qobustanda olan mədəni irsə təsir göstərilməyib.
Kəmərin qoruqdan keçən
900 metrlik ərazidə
heç bir arxeoloji tapmtı yoxdur. Goranboyun Borsıınlu kəndində
tapılmış kurqandan
müxtəlif mədəniyyət
dövrlərinə aid olan
bir neçə məzar aşkarlanıb, Onlar Tunc dövründən
Antik dövrə qədər olan müddəti əhatə
edir. Məzarlarda at bədəninin hissələri də basdırılıb.
K.Polqleisin sözlərinə
görə, kəmərin
tikintisi üçün
aparılan ilkin tədqiqatlar zamanı Şəmkirin Zəyəmçay
ərazisindən son Tunc
dövründən ilk Dəmir
dövrünə (təxminən
3500-2800 il əvvəl) təsadüf
edən nekrepollar tapılıb. Boru kəmərinin marşrutu
boyunca tapılan
140-dək qədim qəbirləri
köçürmək üçün
2003-cü ildə geniş
qazma işləri aparılıb. Bu işlər zamanı yüzlərlə bütöv
keramik vazalar, tunc daş-qaş və silahlar aşkarlanıb. Şəmkir çayının qərb
hissəsindən Eneolit
və Tunc dövrünə aid olan bir neçə kurqan var. Oradakı məzarların birinin mərkəzində yerləşən
sərdabəsindən bir
neçə qızıl
muncuq tapılıb.
Ağstafanın Həsənsu ərazisinin
yaxınlığında Tunc
dövrünə aid olan
kurqanda da 60-dək bütöv keramik vaza olub. İlk orta əsrə aid olan mədəni mədəniyyət nümunələri
isə həmin rayondakı Poylu ərazisində üzə
çıxarılıb. Layihə koordinatoru bildirdi ki, kəmər dəhlizinin Yevlaxdan Gəncəyədək olan
hissəsi antik dövrə aid olan küp məzarlarla zəngindir. Orada ölülər küpə
bənzər böyük
keramik vazada dəfn edilib vo
sonra məzara dofn mərasimi ilu bağiı hədiyyələr qoyulub.
Hədiyyələr region boyunca ekzotik
material və əşyalann
ticarətinin aparılmasından
xəbər verir.
Kəmərin tikintisi üçün ilkin tədqiqatlar aparılan zaman Şəmkirin Seyidlər kəndində də arxeoloji sahə aşkarlanıb. Bu sahədə antik dövrə aid olan dəfn və yaşayış məskəni, həmçinin
müsəlman qəbiristanlığı
var. K.Polqleis qeyd etdi ki, müsəlmanlıq
dövrünə aid olan
qəbirlər qazmtı
zamanı ehtiyatla çıxarılaraq dini
adət-ənənəyə uyğun olaraq başqa yerə köçürülüb. Şəmkir
çayının qərbində
yerləşən arxeoloji
sahədə isə antik dövrə aid emalatxana, qədim kiçik xristian kilsəsi və müsəlmanlıq dövrünə
aid qəbiristanlıq tapılıb:
"Bu, Azərbaycanda aşkarlanan
ən qədim kilsə sahələrindən
biridir və antik dövrdən Orta əsrə keçid haqqında çox nühüm məlumatlar verir. Tikinti işləri davam etməzdən əvvəl
layihənin təsirinə
məruz qalan ərazilərdən 80-dən çox
qəbir köçürülüb.
Bu qəbiristanlıq və kilsə sahəsi Cənubi Qafqaz Boru Kəmərinin
tikintisi zamanı aşkarlanıb. Kəmərin təsirinə məruz qala bilən sahələrdən bütün
arxeoloji qalıqları
müvəffəqiyyətlə çıxara bilmək üçün arxeoloji heyətə şərait
yaratmaq məqsədilə
kəmərin inşası
bir ay ləngidilib."
Layihə koordinatorunun dediyinə görə, Şəmkir rayonunun Daşbulaq ərazisində isə orta əsrə aid olan kənd müoyyənləşdirilib. Oradan tikinti
qalıqları, ərzaq
və məmulatlar saxlamaq üçün çoxlu xəndək və təndirlər üzə çıxıb.
Bu sahə İslam
intibah dövründo yaşayışı əks
etdirən bir nümunədir. Çünki ordakı məzarlıqda müsəlman və xristian qəbirləri olub. K.Polqleis bildirdi ki, qazıntı zanıanı
aşkarlanan maddi-mədəniyyət
qalıqlarının hamısı
Arxeologiya İnstitutunun
Bakıdakı ofısinə
göndərilib. Orada qalıqların
saxlanılması üçün
müasir material və
texniki üsullardan istifadə edilir.
Həftə içi.- 2006.-
13 iyun.- s. 8