"Ər va arvad" operettası uzun illərdən sonra yenidən səhnədə

oynadıldı

 

Azərbaycan Mədəniyyət Fondu "Sönməyən ulduzlar" teatrı tamaşanı Məmmədkamal Kazımovun xatirəsinə həsr etmişdir.

Dünya şöhrətli bəstəkar Üzeyir Hacıbəyovun ötən il 120 illik yubileyi dövlət səviyyəsində qeyd olundu. Yubiley çərçivəsində bəstəkarın həyat yaradıcılığını, fəaliyyətini əks etdirən tədbirlər keçirildi, əsərləri səhnədə oynanıldı. Bəstəkarın 120 illik yubileyi ötən il qeyd olunsa da, Üzeyir Hacıbəyov kimi sənətkara həsr olunmuş tadbirlər hələ davam etməkdədir.

Azərbaycan Şərq dünyasında operanın əsasını qoyan bəstəkar 1909-cu ildə operetta janrında da əsərlər yaradaraq milli musiqimizə yenilik gətirərək, onu zənginləşdirmişdir. 1908-ci ildə ona şöhrət gətirən "Leyli Məcnun" operasından sonra 1909-cu ildə "Ər arvad", 1910-cu ildə "O olmasın, bu olsun" kimi operettalarını yaratmışdır. Üzeyir Hacıbəyov irsinə biganə qalmayan rejissorlar sənətkarın yaradıcılığına ardıcıl olaraq müraciət etmiş, əsərlərinə səhnə həyatı bəxş etmişdilər. Onun operaları ilə yanaşı, operettaları da uzunömürlü olmuş, tamaşaçılar tərəfindən sevilmişdir.

Azərbaycan Mədəniyyət Fondu da bəstəkarın 120 illik yubileyi münasibəti ilə onun "Ər arvad" operattasına müraciət edərək, əsəri səhnələşdirməyi planlaşdırmışdır. Qeyd edim ki, bu tamaşa sonuncu dəfə 1910-cu ildə Musiqili Komediya Teatrında oynanılmış həmin zamandan sonra, bir əsrə yaxın dövr ərzində tamaşaçılara təqdim olunmamışdır. Üzeyir bəyin sevilən seçilən əsərlərindən olan "Ər arvad" tamaşasını səhnələşdirməyi üzərinə götürən Azərbaycan Mədəniyyət Fondunun nəzdində fəaliyyət göstərən "Sönməyən ulduzlar" teatrı, demək olar ki, bir il yarım davam edən məşqlərdən sonra səhnədə göründü. Tamaşanın bir qədər gec təhvil verilməsinə səbəb respublikanın əməkdar incəsənət işçisi, rejissor Məmmədkamal Kazımovun dünyasını dəyişməsi olmuşdur. Xatırladım ki, elə tamaşa Məmmədkamal Kazımovun xatirəsinə ithaf edilmişdir.

 "Ər arvad"a səhnə həyatı bəxş etmək rejissor Hafiz Fətullayevə həvalə olunmuş çətinliklə olsa, o, üzərinə düşən məsuliyyətin öhdəsindən gəlmişdir. Axı, Üzeyir bəy kimi nəhəng, korifey sənətkarın dünyasına müraciət etmək məsuliyyət tələb edir. Nəhayət ki, uzun sürən gərgin məşqlərdən sonra 26 iyun - Milli Ordunun yaranma günü Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında böyük bir bayram yaşandı. "Sönməyən ulduzlar" teatrının yaradıcı kollektivi "Ər arvad"ı sənətsevərlərə təqdim etdi. Tamaşada məsuliyyət, gərginlik rejissorun -Hafiz Fətullayevin üzərinə düşsə , komponentlərdən sonuncusu - aktyorların da əməyi xüsusi idi. Rejissorun yozumunu duyaraq, onu səhnədə canlandıran aktyorlar "Ər arvad" tamaşasını dramaturqun ideyası çərçivəsində oynamağa çalışmışdılar.

Dramaturq rejissor ideyaları içində, təbii ki, aktyorların da öz obrazları ətrafında müəyyən ideyaları vardır. Hər qəhrəman öz mənəvi dəyərləri, cizgiləri, fərdi keyfiyyətləri baxamından maraqlı obrazdır akytorlar da onlara həvalə olunan rolun cəmiyyətdəki, həyatdakı ideyasını müxtəlif üsullarla real bir tərzdə səhnədə canlandırmağa borcludur. Tamaşadakı baş qəhrəmanları - Minnəti Raziyyə Şirinova, Mərcan bəyi Əli Cəfərov, Kəblə Qubadı Firuz Xudaverdiyev, xanandəni Töhvə Əliyeva, yengəni Xalidə Rüstəmova, qulluqçu Gülpərini Rəna Məlikova başqaları ifa edirdilər. Tamaşa boyu yüksək professionallıq nümayiş etdirən yaradıcı kollektiv səhnədə Üzeyir bəyin ruhunu yaşatdılar. Qeyd edim ki, "Ər arvad" operasında - Üzeyir bəyin musiqisi üzərində pianoçu Gülşən Mirzəbəyova işləmişdir. Tamaşada qocaman, yaşlı nəslin nümayəndələri ilə yanaşı gənc nəsli təmsil edən aktyorlar da iştirak edirdilər. Yaşlı nəslin yaradıcı kollektivi ilə gənc aktyorların təmasda olması, onların tərəf-müqabili kimi çıxış etmələri təqdirəlayiq haldır. Təbii ki, uzun illər səhnədə olmuş, səhnə həyatı yaşamış aktyorların tərəf-müqabili qismində iştirak etmək, onların məktəbindən bəhrələnməkdir.

"Ər arvad" tamaşasının ideya məzmunu sırf Azərbaycan həyatı, ailə-məişət problemləri ilə bağlıdır. Dramaturq bu əsəri öz xalqının milli dəyərləri üzərində yaratmış, rejissor da Üzeyir bəyin dəsti-xəttinə hörmətlə yanaşaraq, onun qabartdığı problemləri incə ştrixlərlə tamaşaçıya çatdırmağa çalışmışdır. Tamaşa boyu görünən yüksək aktyorluq məharəti nümayiş etdirən Kəblə Qubad rolunu yaradan Firuz Xudaverdiyevin aktyorluq qabiliyyətini xüsusi qeyd etmək lazımdır. Aktyor qəhrəmanını sevərək, onun həyat tərzini özününküləşdirərək, Kəblə Qubadı çılpaqlığı ilə əks etdirirdi. Neçə-neçə obrazlara səhnə həyatı bəxş edən Firuz Xudaverdiyev obrazına sənətkarlıq prinsipləri əsasında yanaşaraq tamaşaçıda qəhrəmanına qarşı fikir formalaşdırdı.

"Ər arvatfda aktyorlar - tərəf-müqabilləri biri-digərini tamamlayaraq cərəyan edən hadisələri tamaşaçıya demək olar ki, yüksək səviyyədə təqdim etdilər.

"Ər arvad" sevgi, məhəbbətlə tamaşaçılar tərəfindən qarşılandı. uğuru "Sönməyən ulduzlar" bir neçə dəfə belə səhnədə yaşamışlar. "Solğun çiçəklər", "Vaqif tamaşalarından sonrc eşidilən tamaşaçı alqışları da vaxtik onların sənətkarlığına, aktyorluq məharətinə ünvanlanmışdır. Bildiyimiz kimi yaradıcı kollektiv təkcə paytaxtımızda deyil, ondan kənarda, Azərbaycanın biı çox rayonlarında qastrol səfərlərində olmuş, repertuara daxil edilən adlarını qeyd etdiyim tamaşaları teatrsevərlərə təqdim etmişdilər.

Bu gün "Ər arvad" tamaşasının belə uğurla təhvil verən, sənətsevərlərə təqdim edən "Sönməyən ulduzlar"ın yaradıcı kollektivi təbii ki, bu tamaşa il; qastrol səfərlərinə çıxacaq. Üzeyir Hacıbəyovun yüz ilə yaxın bir dövr ərzində oynanılmayan bir tamaşası, təbii ki, bütün teatrsevərlərin marağına səbəb olacaq bu əsər teatrın repertuarında uzunömürlü olacaqdır. Belə tamaşaların, istedadlı aktyorların ifasını nəinki Azərbaycan səhnəsində, hətta dünyanın müxtəlif məkanlarındakı səhnələrdə nümayiş olunması məqsəc yönlüdür.

"Sönməyən ulduzların yaradıcı kolektivinin - ömürlərini sənətə həsr edən peşəkar aktyorların bacarıq istedadlı ifa tərzi, qəhrəmanlarını təqdim etməsi tarixi dövrün ab-havasını səhnədə yaşatması onların teatra olan məhəbbətinin təzahürüdür.

 

Səs qəzeti.- 2006.- 28 iyun.- S. 12.