Tahirə

 

Fərhad Xəlilov nikbindir

 

"Rəssamlarımızın gələcəyi çox parlaqdır"

 

Dünən V.Səmədova adına sərgi salonunda "Üzeyir Hacıbəyovun 120", "Rəşid Behbudovun 90", "Arşın mal alan"ın 60 illiklərinə həsr olunan sərginin açılışı oldu.

Sərgi Mədəniyyət Turizm Nazirliyinin, Azərbayjan Rəssamlar İttifaqının, Rəşid Behbudov Fondunun təşkilatçılığı "Tatoil" şirkətinin maliyyə dəstəyi ilə həyata keçirilir. Sərgidə ilk olaraq, Rəssamlar İttifaqının sədri, xalq rəssamı Fərhad Xəlilov çıxış edərək "Bugünkü sərgi bir daha sübut etdi ki, Azərbaycan rəssamlarının gələcəyi çox parlaqdır. Sərgidə gənc rəssamların əsərləri nümayiş olunur. Bu əsərlərin müəllifləri yaratdıqları rəsm əsərləri ilə potensial imkanlarını bir daha sübut etdilər. Azərbaycanda rəssamlıq sənəti bu qədər peşəkarca inkişaf edib. Sərginin peşəkarlarına minnətdarlığımızı göstəririk"- söylədi. Mərasimdə həmçinin Rəşid Behbudovun həyat yol-daşı Ceyran xanım çıxış edərək tədbir təşkilatçılarına minnətdarlığını çatdırdı: "Mən sevinirəm ki, Rəşid Behbudov bu gün unudulmayıb. Onun sənətinə verilən yüksək qiymətə görə, mən tədbirdə əməyi olan hər bir insana hörmətlə minnətdarlığımı çatdırıram". Rəşidə Behbudova da öz çıxışında atasının sənətinə olan hörmətə görə sərgi təşkilatçılarına çox sağ ol söylədi: "Bu gün sərgilənən əsərlərə baxanda çox sevinirəm. Belə gənclər Azərbaycanın gələcəyinə inanmağa vadar edir. Çünki bu əsərlər Azərbaycan rəssamlıq sənətinin inkişafından xəbər verir. Yaşasın Azərbaycan deyirəm!" - söyləyib. Sonda sərgilənən əsərlərdən ibarət kataloqda mərasim iştirakçılarına təqdim olundu.

 

 

Şərq.- 2006.- 2 iyun.- S. 14.