Arzu Abdulla

 

Filarmoniyada qeyri-adi axşam

 

«Kermur» şirkətlər qrupunun təşkilatçılığı ilə keçirilən klassik musiqi gecəsi bakılılara gözəl hədiyyə idi

 

Ötən həftənin sonunda Bakı musiqisevərləri gözləmədikləri halda gözəl bir hədiyyə aldılar. 5 il öncə təsis edilmiş "Kermur Consulting" hüquq şirkəti özünün 5 yaşını M.Maqomayev adına Dövlət Filarmoniyasında yüksək səviyyəli konsertlə qeyd etdi. "Kermur" şirkətlər qrupunun prezidenti Fuad Kərimov şirkət barədə qısa bilgi verəndən sonra konsertin məqsədini açıqladı.

Qeyd edək ki, bu şirkət Azərbaycanda özünü yüksək səviyyəli, peşəkar və etibarlı məsləhətçilərin birliyi kimi tanıdıb. Qurumun xidmətlərindən nəinki yerli, hətta xarici şirkətlərdə istifadə edir. "Kermur Consulting" hər bir işgüzar şəxsi - həm iri şirkətlərin, həm də yenicə qeydiyyatdan keçmiş müəssisələrin hüquqlarını qorumaq baxımından artıq cəmiyyətdə öz yerini tutub. Hazırda "Kermur" şirkələr qrupuna yalnız hüquqi şirkət deyil, həmçinin "Kermur Audit" auditor şirkəti, "Studio İnter Dizayn" dizayner şirkəti, "Kermur Engineering" inşaat şirkəti, "Bakı Standartı" istehsalat kombinatı və çoxprofilli "Kermur Plaza" biznes mərkəzi də daxildir.

Etibarlılıq, peşəkarlıq və saf biznes prinsiplərini özünə şüar seçən şirkətlər qrupu bakılılara bu dəfə tamam başqa yöndən xidmət göstərdi. Şirkət meydanı yerli və Rusiyadan dəvət etdiyi sənətçilərə vermişdi. Şövkət Məmmədova adına Opera və Balet Teatnın solisti, vokalistlərin Qlinka adına beynəlxalq müsabiqəsinin laureatı, sevimli vokalistimiz Dinarə Əliyeva, pianoçulan Parisdə keçirilən beynəlxalq müsabiqəsinin qalibi, Qran-pri mükafatçısı, dünya şöhrətli pianoçu Denis Matsev, yaşının az olmasına baxmayaraq, artıq bütün dünyada istedadlı skripkçıg kimi tanınan Arslan Sayfi, məşhur violençel ifaçısı, beynəlxalq müsabiqələr laureatı Borislav Strulev, Brüsseldə keçirilən Avropa Caz Müsabiqəsinin Qran-pri mükafatını qazanan kontrabasçı Andrey İvanov və dünya və Rusiya cazının korifeylərindən sayılan məşhur zərb ustası Dmitri Sevastyanovun çıxışlan tamaşaçılan zövqünü oxşadı. O gün filarmoniyaya yığışanlar əsl peşəkarla dinlədilər.

İştirakçılar D.Şostakoviçin, C.Verdinin, P.Çaykovskinin və başqa bəstəkarlan əsərlərini ifa etdilər. Onlan xalq artisti, dirijor Rauf Abdullayevin rəhbərliyi ilə Ü.Hacıbəyov adına Dövlət Simfonik Orkestri müşayiət edirdi. İştirakçılann yüksək səviyyəli ifası eyni zamanda təşkilatçıların dünyagörüşündən, yüksək bədii zövqündən xəbər verirdi.

 

Gündəlik Azərbaycan.- 2006.- 28 iyun.- S. 14.