Göyüşov
İslant
Gəmiqaya abidəsi.
Bir az əvvəlin söhbətidir. "525ci qəzet-də. Əjdər Fərzəli "Təkrarolunmaz abidələr diyarı" sərlöfhəli məqalə vermişdir. Ə.Fərzəlinin fikrincə guya Gəmiqayada Nuh peyğəmbərin qəbri tapılmışdır.
Bu haqda ıızun müddət Naxçıvan Muxtar Respublikasının Gəmiqaya abidəsində aparılmış arxeoloji və elmi-tədqiqat işlərinə rəhbərlik etmiş Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, tarix elmləri doktoru, professor Vəli Əliyev "Gəıniqaya abidəsi" məqaləsində qeyd edir ki, Ə.Fərzəlinin bıı məqaləsində yazılanlar: "Gəıniqaya ərazisində Nııh Peyğəmbərin məzarının aşkar edilməsi" məniın fikrimcə sensasiya xarakterli uydurmadır. Vəli Əliyevin fikrincə, Ə.Fərzəlinin məqaləsində heç bir həqiqi elmi faktlara əsaslanmayan subyektiv şəxsi mülahizələr irəli sürülmüşdür.
Şübhəsiz ki, Azərbaycanın Naxçıvan Muxtar Respııblikası qədim mədəniyyət diyarıdır.
Naxçıvan Qapıcıq zirvəsi (3906 m) xalq arasında Gəmiqaya zirvəsi adlanan yer (V.Əliyevin dediyinə görə) dördüncü geoloji dövrdə yaranmışdır. Qədim Şumer mənşəli yazılı məlumata görə, Nuh Peyğəmbərin vaxtında ümumi dünya daşqını baş vermiş, Nuh Peyğəmbər öz gəmisi ilə üzüb Qapıcıq zirvəsi üzərindən keçərək Naxçıvana çatmışdır. Rəvayətə görə Nuhun gəmisi Ağrıdağda deyil, Gəmiqayada dayanmışdır. Nuh gəmidən quruya çıxıb Naxçıvanda məskən salmış və burada yeni insan "nəsilləri" yaranmışdır. Naxçıvan şəhərinin əsası da bu dövrdə qoyulmuşdur. Qədim Şumer dünyası ilə bağh, e.ə. IV-III minilliklərə aid edilən "Ümumdünya daşqını" haqqındakı əfsanənin Naxçıvanda yayılması tarixi həqiqətləri əks edir.
Gəmiqaya ərazisindəki abidələrdə və bu dağla bağlı əfsanədə tarixi həqiqətlər hələlik araşdırılır. Professor Vəli Əliyevin yazdıqlarından aydın olur ki, Gəmiqaya hələlik dəqiq tədqiq edilməmişdir. Orada hələlik tədqiqatlar davam edir. Mənim zənnimcə isə ümıımi dünya daşqını yazılanlarda olduğu kimi, əfsanə deyil, tamamilə həqiqətdir. Bıınu bir çox tarixi faktlar sübut edir. Dünyanın bir çox yerlərində aparılmış arxeoloji qazmtılar zamanı tapılmış dəlillər bunu sübuta yetirmişdir. Bu bir həqiqətdir ki, bütün dünya alimləri belə qənaətə gəlmişlər ki, Qurani-Kərimdə yazılanlar həqiqətən Göydən endirilmiş və Allaha məxsus kəlamlardır. Onlar dəyişdirilməmiş, ümumiyyətlə onları dəyişdirmək və onlara əlavələr etmək qeyri-mümkündür. Qurani-Kərimin 11 -ci Surəsində (Hud surəsində) buyurıılur ki, Nuh Peyğəmbərin vaxtında Rəş əhli Allahı təkzib edir. Nuh Peyğəmbərin dediklərinə inanmırlar. Onda Nuh peyğəmbərə Allahdan vəhy gəlir ki, "Özünə gəmi düzəlt. Dünyanı su basacaq". Nuh Peyğəmbər özünə gəmi düzəldir. Quranda "biz onu (gəmini) ibrət üçün saxladıq" sözləri yazılmışdır. Bir çox yazılı mənbələrə görə həmin gəmi indiki Türkiyə dövlətinin sərhədlərindən 15 km məsafədədir. 1990-cı illərin axırlarında Rusiya Federasiyası qezetlərinin birində həmin gəminin foto şəkli verilmiş və Nuh Peyğəmbər haqqında məlumatlar dərc olunmuşdıır. Orada olan məlumata görə həmin gəmi həqiqətən də Türkiyə sərhədlərində olan Ağrı dağının zirvəsindədir. Foto şəkildən görünürdü ki, gəminin bir hissəsi buz qatının altmda, bir hissəsi isə açıqdadır. Buradan aydın görünür ki, Qurani-Kərimdə yazılmış "Biz onu ibrət üçün saxladıq" kəlamı həqiqətdir. İnsanların dünya daşqınına inanması üçün həmin gəmi indiyə qədər saxlanmışdır. Nuh Peyğəmbərin gəmisi indiyə qədər qalmışsa, dünyanı su basmasına necə əfsanə demək olar.
Onu da qeyd etmək lazımdır ki, Nuh Peyğəmbərin vaxtında Ona inananların çoxu gəmi düzəltmişlər və özlərini xilas etmişler. Belə gəmi düzəldib özlərini daşqından xilas edən əməli salehlərdən bir qisminin gəmisinin qırıqları indiki Tacikistan Respublikasının ərazisində olan Pamir dağlarından tapılmışdır.
Tədqiqatçı alim,
Milli Elmlər
Akademiyasının keçmiş işçisi
rəhmətlik Əbilfəzil Hüseyninin apardığı
tədqiqatların
nəticəsində məlum olmuşdur ki,
Naxçıvan Muxtar
Respublikasının ərazisində yerləşən
Gəmiqayada da belə gəmi
qırıqları
qalmış və orada olan mağaranın birində
saxlanılmışdır. Qaya üstündə mağaraya tərəf bir ox
işarəsi qoyulmuş və onun
üzərində
qədim əlifba ilə "Nuh uludur" sözləri
yazılmışdır. Buradan aydın olur ki, orada olan
gəminin qırıqları Nuh
Peyğəmbərin gəmisinin qırıqları
deyildir. Nuh
Peyğəmbərin
sözünə baxıb
gəmi düzəldərək özlərini xilas etmiş
möminlərin bir qisminin
gəmisinin qırıqlarıdır. Onlar Nuh Peyğəmbərin sözünə baxıb gəmi
düzəldərək, daşqından xilas olduqları üçün Nuh Peyğəmbəri ulu
adlandırmışlar. Burada maraq doğuran odur ki, onlar
o vaxt (Nuh Peyğəmbərin vaxtında) bizim dilimizdə-türk
dilində
danışmışlar.
Buradan belə çıxır ki, bu gün
Naxçıvanda yaşayanlar, eləcə də bütün azerbaycanlılar Nuh Peyğəmbərin
dövründə yaşamış
möminlərin nəslindəndirlər. Odur
ki, azərbaycanlılar
yaşayan bir çox yerlər mübarək yerlərdir. Bu barədə
bir az sonra...
O zaman 39 gün gecə-gündüz yağış yağmış, yer kürəsi öz
quruluşunu, formasını dəyişdirmiş, dağlar öz
yerlərini, çaylar da öz istiqəmətini dəyişərək başqa istiqamətə axmış, dünyanı su basmışdır... Müəyyən vaxtdan sonra dünyanı basmış su
tədricən
çəkilmiş,
suyun
üzərində olan gəmiləri quru
yer görüb oraya üzmüş, su tam
çəkildikdən sonra
dağların
zirvələrində qalmışdır. Müxtəlif
məkanlarda qalmış gəmilərdən insanların quru
yerlerə enərək düzənlik yerlərdə
məskunlaşmışlar. Belə yerlərdən biri də
indiki Özbəkistan Respublikasının Səmərqənd
şəhərinin yerində olmuş Qalım şəhəri
olmuşdur. Orada da arxeoloji qazıntılar zamanı
tapılmış gil lövhələrinin üzərində
qədim yazılarla yazılmışdır: - "Biz
Qalımda qalmalı olduq".
O dövrdə dünyanı su
basmasını isbata yetirən başqa bir dəlil də
məlumdur. Tacikistan Respublikasının ərazisindəki
Pamir dağlarının uca bir yerindən böyük bir
Balina balığının sümükləri (skeleti)
tapılmışdır. Bu da əyani olaraq isbata yetirir ki,
dünyanı su basmışdır. Sözsüz ki,
dünyanı su basmasaydı o boyda balina balığı
dünyada ən uca dağlardan biri olan Pamir dağlarına
çıxa bilməzdi...
O ki, qaldı Naxçıvan Muxtar
Respublikasının ərazisinin çox yerlərinin
müqəddəs yerlər olmasına, bu haqda onu deyə
bilərəm ki, Qurani-Kərimdə deyilir ki, Nuh
Peyğəmbər belə demişdir: -
"Pərvərdigara" məni mübarək bir yerə endir."
Buradan belə aydın olur ki, Nuh Peyğəmbərin ya da Ona
inam gətirmiş möminlərin gəmisinin Gəmiqayada
dayanması artıq sübut edir ki, oralar mübarək
yerlərdir. Ona görə də insanlar oranı ziyarət
edərək, öz niyyətlərinə çatırlar,
şəfa tapırlar. Qurani-Kərimdə buyrulduğu kimi
Peyğəmbərlər Nuh və onların
nəslindəndirlər. Ona görə də Gəmiqayada
dayanan gəminin sahibləri əsl mömindürlər. Onlar,
əlbəttə, xilas olaraq mübarək yerdə
dayanmışlar. Sonralar (su çəkildikdən sonra)
indiki Gəmiqayada (Qapıçıq zirvəsindən)
aşağı enərək düzənliklərdə
məskunlaşmışlar. Şübhəsiz
ki o insanlar (möminlər) həmin dağın ətraf
ərazilərinə yayılaraq, oralarda yaşamışlar.
Allahın mömin bəndələri
olduqlarına görə onlar üçün
müqəddəs yerlər seçilmişdir. Yəqin ki, Əshabi-Kəhfdə uyanlar da həmin
möminlərin nəsillərindən olmuşlar. Ona görə də Onlar Allahdan başqa heç bir
inam yerinə inanmamışlar və Allahın təkliyini
inkar edənlər tərəfındən təqib olunaraq,
qaçıb Naxçıvanın Əshabi-Kəhf
mağarasında gizlənmişlər. Allahtaala
onları yuxuya verərək sağ-salamat
saxlamışdır. Qurani-Kərimdə
buyrulur ki, "Onlar ölməmişlər, diridirlər".
İnsanları Qiyamət gününün
mütləq olacağına inandırmaq məqsədilə
Allahtaala onları 309 ildən sonra dirildib (ayıldıb) yenidən
yuxuya vermişdir. Yəni Allahtaala msanları
inandırmaq istəyirdi ki, onlar öldükdən sonra
Qiyamət günü İsrafıl mələyin birinci
surundan sonra mütləq diriləcəklər və onlara
nəzarət edən mələklər vasitəsilə
əməl dəftərləri sağ, yaxud da sol əlinə
verilmiş şəkildə Allahtaalanın hüzuruna gətiriləcəklər.
Onların bü müvəqqəti dünyadan fərqli olaraq
daimi həyata Cənnətə, yaxud da Cəhənnəmə
göndərilməsi həll olunacaqdır... Bu
yerlərdən başqa, əlbəttə ki,
Naxçıvanın mübarək yerləri çoxdur...
Adı çəkilən bu
ziyarətgahlar Gəmiqaya və Əshabi-Kəhf abidə kimi
dövlət tərəfindən qorunurlar.
O ki, qaldı Nuh Peyğəmbərin
qəbrinin Gəmiqayanın zirvəsində olmasına,
zənnimcə, bu şübhəli bir məsələdir. Ona görə ki, həmin dövrdən indiyə
qədər Gəmiqayadakı insanlar müxtəlif
yerlərdə məskunlaşmışlar və hazırda da
oraya yaylağa çıxırlar. Gəmiqayada
tarixən (Nuh Peyğəmbərin dövründən)
yaşayış olmuşdursa və hazırda oradan insanlar bir
yaylaq kimi istifadə edirlərsə, orada mövcud olan
qəbirlərin kimə məxsus olmasını demək
çətindir. Bu haqda bir onu demək olar
ki, dini kitablarda göstərilir ki, Nuh
Peyğəmbərlə bərabər 98 Peyğəmbərin
qəbri Məkkə şəhərindədir. Çox güman ki, Nııh Peyğəmbərin
qəbri də orada, o mübarək şəhərdədir.
Qurani-Kərimdə qeyd edildiyi kimi, Məkkə
şəhəri dünyada ən mübarək bir yerdir.
Bütün Peyğəmbərlər orada
olmuşlar.
Bundan başqa, onu demək
olar ki, Azərbaycanın mübarək yerləri çoxdur. Deyilənlərə
görə Zərdüşt Peyğəmbər Bakıda
doğulmuşdur. Bəzi məlumatlara
görə Məhəmməd Peyğəmbərin
nəslinə təsadüf edilən Mir Mövsüm ağa
(Ətağa), Hökümə xanım Bakılı olmuşlar.
Qurani-Kərimdə buyrulur ki, "Ya Peyğəmbər, sənin
nəslin qiyamət
gününə qədər yaşayacaq və
həmişə sənə rəhmət
diləyəcəklər". Bir çox ziyarətgahların hər birinin
sahibi Allahın birliyini təbliğ edən və
tərkivətən olanlardır.
Bundan başqa,
Dəvəçi rayonunun ərazisində olan Xızır
Zinda ziyarəti yəqin ki, Xızır peyğəmbərin
olduğu yer olmuşdur.
Qurani-Kərimdə buyrulur
ki, Musa peyğəmbərlə Xızır
peyğəmbər iki dənizin qovuşduğu yerdə
görüşmüşlər.
Keçmişdə
Xəzər dənizi ilə Qara dəniz bir-biri ilə
qovuşaraq Pont dənizi adlandırılmışdır. Yəqin ki,
Nuh Peyğəmbərin vaxtındakı daşqın
zamanı onlar ayrılmışlar.
Xızır
peyğəmbərə çox güclü möcüzə
verilmişdir.
Belə möcüzə Xızır
peyğəmbərdən başqa dünyada yalnız
Süleyman peyğəmbərin vəziri Asəf ibn
Bərxiyaya verilmişdir. Onlar göyün
ən uca qatında yerləşən Lövhiməfuzda
yazılanlardan xəbərdar idilər. Dünyada
nə hadisə baş verəcəyi, kimə hansı
bəlanın, var-dövlətin verilməsi və s.
Lövhiməfuzda yazılmışdır. Bu yazıları mələklərin içindən
ancaq Cəbrail bilirdi. Yerə
göndərilmiş İlahi Kitablarda (Tövrat, Zəbur,
İncil və Quranda) yazılanlar Lövhiməfuzda
yazılmışdır. Bu kitabların
içərisində ancaq Qurani-Kərim dəyişilmədən
qalmışdır. Bundan başqa,
Xızır Peyğəmbərə Qeybə aid bəzi
elmləri bilmək möcüzəsi verilmişdir. Bu elmi öyrənmək üçün Musa
Peyğəmber Onun görüşünə gəlmişdir.
Zərdüşt
Peyğəmbər gələcəkdə dünyada nə
baş verəcəyini bilirdi. Əshabi-Kəhf
və Gəmiqaya abidələri də möcüzə
ilə doludur. Zənnimcə, bunları lazımınca
öyrənərək, təbliğ etsək, dünyanın
bir çox yerlərindən respublikamıza küllü
miqdarda turist cəlb etmək mümkündür ki, bu da maddi
cəhətdən çox səmərəli olar.
Yaddaş.- 2006.- 17 iyun.- S. 3