Nizamiqızı Gülər
“Özümüzünkülər
özümüzə ləkə yaxmağa
çalışırlar”.
Əbülfəs Qarayev:
"Üzeyir Hacıbəyovun heykəli nə mənim,
nə də hansısa partiya
rəhbərinin
deyil ki, kimsə qərəzli mövqeyini bildirsin"
Dünən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev növbəti dəfə jurnalistlərlə görüşdü. Muzey Mərkəzində baş tutan tədbirdə nazir üç əsas məsələyə toxundu. Öncə bir neçə ayda görülən işləri açıqladı. Bildirdi ki, yeni yaradılmış nazirlik mədəni irsin gücləndirilməsi, mədəni əlaqələrin yaradılması, nəşriyyat işinin tənzimlənməsi üçün bir sıra işlər görüb.
Kadrların
işlə təmin olunmasına gəlincə,
nazir əvvəllər
Mədəniyyət və
Turizm Nazirliyində çalışanların 80 faizinə
iş həvalə olunduğunu bildirdi. Qalan 20 faiz işçinin
isə məsuliyyətsizliyinə
görə vəzifədən
uzaqlaşdırıldığını
vurğuladı. Nazir daha sonra Avstriya
səfərinin həm
miisbət, həm də mənfi nəticələrindən söz
açdı: "Avstriyada
Azərbaycanın dahi
bəstəkarı Üzeyir
Hacıbəyovun heykəlinin
qoyulması böyük
tarixi hadisədir. Çünki belə hal ilk dəfədir,
baş verir. Ən azı ona görə ki, heykəlin üstündə sənətkarın
anadan olduğu yer Şuşa göstərilib". Ə.Qarayevi səfərlə bağlı
bədbinləşdirən məqam www.mediaform saytında yayılan xəbərlər olub:
"Mədəniyyətimizi dünyada təbliğ
etmək üçün şərait yaradıldığı
bir vaxtda özümüziinkülər özümüzə
ləkə
yaxmağa çalışırlar. Bir
çox KİV-lər həmin tədbirdə iştirak
edərək,
canlı
şahidi olaraq işıqlandırıb. Amma mediaform saytı tədbirin baş tutmadığını
və
heykəlin mürəkkəblə ləkələndiyi
xəbərini yaydı. Həmin heykəl nə
mənim, nə də
hansısa partiya rəhbərinin
deyil ki, kimsə qərəzli mövqeyini bildirsin". Nazirin iradı daha sonra mətbuata
tuşlandı. Üzünü
qəzet' işçilərinə
tutub, onları qalmaqal yaratmaqda günahlandırdı. Bildirdi
ki, son zamanlar qəzet işçiləri
mədəniyyət xadimləri
haqqında alçaldıcı
məqalələr yazırlar:
"Şou aləmiylə
mədəniyyəti qarışdırmaq
olmaz. Mənim üçün bütün
mədəniyyət xadimləri
eynidir. Onları alçaltmaq və dedi-qodu yaymaqla məşğul olmaq jurnalistin işi deyil".
Olaylar.- 2006. 9 iyun.
S. 8.