Gültəkin

 

İctimai Televiziya yenidən nıonitorinq olunacaq

 

Nəcəf Nəcəfov Fondu araşdırmalarınm ikinci mərhələsinə başlayıb

 

Nəcəf Nəcəfov Fondu iyunun 1-dən "İctimai Televiziyanın monitorinqi" layihəsinin ikinci mərhələsinin icrasına başlayıb. "Soros" Fondunun maliyyə, Avrasiya Fondunun texniki dəstəyi ilə həyata keçirilən layihənin birinci mərhələsi ötən ilin sentyabrından başlamış bu ilin yanvarına qədər davam etmişdi.

Layihonin məqsədi İctimai Televiziyanın ölkə həyatının bütün sahələrini, ilk növbədə ictimai-siyasi sahəni obyektiv işıqlandırıb-işıqlandırmamasının monitorinqini aparmaq, hökumətin yə ya başqa qurumların İTV-nin işinə müdaxiləsi və ictimai şüuru öz xeyrinə formalaşdırrnaq istəyinin səviyyəsini müəyyənləşdirmək və bu barədə ictimaiyyətə məlumat verməkdir. Layihənin vəzifələri isə İctimai Televiziya efırinin müntəzəra monitorinqini həyata keçirib onun nəticələrini elan etməklə telekanalın "İctimai televiziya haqqında" qanuna, tarazlaşdırmaya, obyektivliyə, plüralizmə, şəffaflığa və məsuliyyətliliyə necə əməl etdiyini dəyərləndirməkdir. Monitorinqin  aylıq nəticələri   fondun www.najafovfund.org internet səhifəsində yerləşdiriləcək. Həmçinin kütləvi informasiya vasitələrinə, QHT-lərə, Milli Məclisə, Prezident Aparatına, siyasi partiyalara, Avropa Şurası və ATƏT-in Bakı ofıslərinə çatdırılacaq. Monitorinqin nəticələri ilə bağlı mətbuat konfransları təşkil ediləcək. KİV-ə bu televiziyanın fəaliyyətindəki nailiyyətlər və çatışmazlıqlar barədə müsahibələr veriləcək. Bundan başqa, ali məktəblərdə tələbələr arasında İctimai Televiziyanın populyarhğına dair sorğu keçiriləcək.

Məlumat üçün qeyd edək ki, Necəf Nəcəfov Fondu azadlıq və demokratiya carçısı, ölməz jurnalist Nəcof Nəcəfovun adını daşıyır. Fond 9 avqust 2002-ci ildə Ədliyyə Nazirliyində qeydiyyatdan keçib. Qurumun əsas məqsədi vətəndaş cəmiyyətinin formalaşdırılmasına, həmçinin, hüquqi və demokratik dövlət quruculuğu prosesinə yardım etmək, bu istiqamətlərdə maarifçilik fəaliyyətini həyata keçirmək və xeyriyyəçiliklə məşğul olmaqdır. Fondıın əsas vəzifələri isə maarifçilik istiqamətində diskussiya, seminar və konfransların təşkili, bu sahənin problemlərinin tohlili, onların həllinə dair proqram və layihələrin hazırlanması, bu sahədəki problemlərin həllində beynəlxalq təcrübənin tətbiq edilməsidir. Xatırladaq ki, Nəcəf Nəcəfov Fondu bıından əvvəl Avrasiya Fondunun maliyyə dəstəyi ilo "Parlament Seçkilori KİV güzgüsündə: monitorinq və müzakirələr" layihəsini həyata keçirib.

 

Azadlıq.- 2006.-  4-5 iyun.- S. 15