Hacızadə İdris.

 

125 yaşlı teatn yeni tamaşası

 

C.Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrı 125 illik tarixə malikdir. Bu tarixə qısa ekskurs edək. Xatırladaq ki, XIX əsrin əvvəllərində qədim İrəvan mahalmda həvəskar aktyorlar tərəfindən əsası qoyulur bu teatrın. Amma bu sənət ocağı zaman-zaman təzyiqlərə, məkrli ermənilərin hə-də təqiblərinə məruz qalır uzun müddət qapanır.

Nəhayət 1967-ci ildə yenidən fəaliyyətə başlayır. Görkəmli teatr xadimi pedaqoq Nəsir Sadıqzadənin rəhbərlik etdiyi qrupu təyinatla teatrın aktyor bazasını möhkəmləndirmək üçün bu teatra göndərirlər. Daha sonra uzun müddət teatra rəhbərlik edən Hidayət Orucovun dövrün teatr çiçəklənmə dövrünü yaşayır xeyli uğur qazanır. Lakin məlum deportasiya zamanı teatr da qaçqın həyatı yaşayası olur. Bir müddət teatr studiya kimi fəaliyyət göstərir, yalnız 1994-cü ildən teatra dövlət statusu verilir. Amma bu yaxınlara kimi binasız olan teatr axır ki, bina ilə təmin olundu. Lakin bina teatr tələblərinə heç cür uyğun olmadığı üçün təmir olunduğuna görə teatr köhnə məkanda fəaliyyət göstərir.

Bu günlərdə isə teatr yeni tamaşasının primyerasını keçirtdi. Bu, şair-dramaturq İftixar Pirverdiyevin "Dan yeri söküləndə" pyesidir. Müəllifin əsərdə qaldırdığı problem gündəlik, bu günün, elə ola bilsin ki, gələcəyin problemidir. Söhbət pyesdə torpaq məsələsindən gedir. Belə ki, söhbət Gürcüstanda yaşayan azərbaycanlıların torpaq problemidir. Kənd əhalisinin bütün torpaqları əlindən alınıb.Ölülərini basdırmaq üçün torpaq tapmayan kəndlilər, kənd ağsaqqalı, baş biləni Cəlil Əfəndini irəli verirlər ki, bu problemi həll etsin. Amma ağsaqqala cavab verirlər ki, kəndin kənarında bir torpaq sahəsi var, di gəl ki, sahibi türmədədir. O, türmədən gələn kimi bir ölü tapıb basdırmaq lazımdır ki, sahibi türmədən çıxıb gələndə görsün ki, torpaq sahəsi boş deyil, orada qəbir var. Kəndin rəhbərləri gürcü Givi Baduladze erməni Rafiq Barbaryan çıxılmaz vəziyyətdə qalan əhaliyə məsləhət görürlər ki, bir eşşək öldürüb, həmin torpağa basdırın, sonra oranı qəbirstanlıq edərsiniz...Sonrakı hadisələr başqa bir problemə toxunur. Yəni əsərdə əsasən torpaq probleminə toxunulsa da, eyni zamanda Xıdır obrazı timsalında ailəsini qoyub qazanc ardınca Rusiyaya gedən, orada rus qızları ilə ailə quraraq, həmin qızları kəndə gətirənlərin, Xıdırın gətirdiyi Nataşanın timsalında torpaqlarımıza göz dikən, hətta bulaqların suyunu butulkalara doldurub satmaq istəyənlərin siması, xarakterləri açılır.

Əsərdə maraqlı istedadlı aktyor ansamblı iştirak edir. Xüsusən Süleyman Nəcəfov (Muncuq Mahmud), Yasin Qarayev (Dul Alı), Vüsal Mehrəliyev (Xıdır), Qurban İsmayılov (Sülə Süleyman), Arif Quliyev (Dambut Dursun), Tünzalə Əliyeva (Manı kişi) başqaları yaratdıqları dolğun obrazlarla tamaşaçı alqışı qazanırlar. Xatırladaq ki, tamaşanın proqramında bu layihə İrəvan Teatrı ilə Gənc Tamaşaçılar Teatrının müştərək layihəsi kimi qeyd olunsa da, tamaşada 7 teatrın aktyorları cəlb olunmuşlar.

Layihə görkəmli rejissor Hüseynağa Atakişiyevin işıqlı xatirəsinə həsr olunub. Gənc rejissor Gümrah Ömər çətin bir işi üzərinə götürmüş öhdəsindən bacarıqla gəlmişdir. Teatrın birgə işi uğurlu alınmışdır. Bunu tamaşaçı alqışları da sübut edir.

 

 

Vətəndaş həmrəyliyi.- 2006.-  28- iyun - 2 iyul.- S. 16.