S. Samirə

 

 

Həmyerlimizin filmi beynəlxalq təqdimatda

...Rusiyam təmsil edərək

 

Rusiyan Dövlət Kinematoqrafiya İnstitutunun məzunu, həmyerlimiz Çingiz F.RəsuIzadə artıq HK beynəlxalq uğurları qazanmaqdadır. Çingiz Rəsulzadə A.Eşpay S.Miroşniçenkonun kursunu bitirib.

"Yaddaş və gələcək" Fondunun dayağı sayəsində Höte İnstitutunun təşkilatçıhğı ilə ötən il dünyanın 11 ölkəsində baş tutan kinomüsabiqədə onun çəkdiyi sənədli fılm yaxşıların yaxşısı seçilib. "Barışıq jestləri" fılmi 2005-ci ilin noyabrında Münhendə keçirilən kino məktəblərinin festivalında qalib gələrək mükafata layiq görülüb. Çingiz F.Rəsulzadə Rusiya kinematoqrafını təmsil edərək həmin ölkədə keçirilən müsabiqənin qalibi olsa da, onun əslən Azərbaycandan olduğu qeyd edilib. Çingiz F.Rəsulzadənin fılmi bu ilin fevralında Beynəlxalq Berlin kinofestivalının da proqramına daxil edilmiş yeganə ekran əsəri olub. Filminin adının kinomüsabiqəsi ilə eynilik təşkil etməsini Ç.Rəsulzadə belə izah edir: "Müsabiqənin adı, şərtləri və iimumi cizgiləri ilə tanış olanda məhz jestlər anlayışı diqqətimi özünə çəkdi. Dərhal flkrimdə qətiləşdirdim ki, filmimi jestlər, hərəkətlər üzərində qurmalı, onların gücünü əsas götürməliyəm. Başqa sözlə, insanlar bir-birinə əl uzatmaqda mənəvi və maddi yardımlarını əsirgəməməkdə nə dərəcədə ürəklidirlər." Birinci mükafatı ilə təltif edilən Ç.Rəsulzadə üç min avro məbləğinə sahib olub. Münsiflər heyəti onun "banşıq jestleri" fılmi barəsindəki qərarını belə formalaşdırıb: mövzunun tam açılması və orijinal vizual həllə görə.

Qeyd edək ki, bir neçə il öncə Ç.Rəsulzadə Peşəkar Kinorejissorlar Gildiyasının təşkil etdiyi "Gənc peşəkar" Beynəlxalq Audiovizual Festivalının iştirakçısı olmuşdu.

 Qalibləri salamlama mərasimi Moskvanın "Ev" klubunda keçirilib. Çoxlu sayda intellektual kino həvəskarlarının, Almaniya və Rusiya səfırlərinin, Höte İnstitutunun rəhbərliyinin iştirak etdiyi tədbirin aparıcısı "Sənədli ekran" televerlişinin müəllifı və aparıcısı, müsabiqənin Rusiya münsiflər heyətinin üzvü Andrey Şemyakin idi.

Kinomüsabiqə Almaniya ilə Rusiya arasında münasibətlərə həsr olunub, bu münasibətlərin hər iki ölkəni narahat edən tərəflərini çözməkdən bəhs edir. Almaniyanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Valter Yurgen Şmid çıxışında bu mövzunun özlüyündə son dərəcə böyük maraq kəsb etdiyini deyib. Höte İnstitutunun Moskva şöbəsinin direktoru isə vurğulayıb ki, elə dəqiqələr var, susmaq ən yaxşı taktika rolunu oynayır. "Məhz bu fikir qalib fılmi ən düzgün şəkildə " səciyyələndirə bilər."

"Barışıq jestləri" fılmi Rusiyanın bütün böyük şəhərlərində nümayişlənməkdədir. Rostov, Perm, Novosibirsk, Krasnoyarsk və digər şəhərlərdəki kino nümayişlərinin də təşkilatçısı Höte İnstitutudur. Çingiz F.Rəsulzadənin fılmi iyun ayında növbəti dəfə keçiriləcək "Kinotavr" festivalında da iştirak edəcək.

 

Həftə içi.- 2006.-  3-5 iyun.- S. 8.