Zəhra

 

II Respublika Kitab Satış Sərgisinə yekun vurulub

 

 

Kitab klubu "Azərbaycan nəşrləri" jurnalının dəstəyi ilə gerçəkləşən II Respublika Kitab Satış Sərgisinə yekun vurulub. Vəcihə Səmədova adına sərgi salonunda baş tutan mərasimdə gənc yazarların kitabları nümayiş olunub. Sərgidə dörd nominasiya üzrə qaliblərin adları açıqlanıb. Xatırladaq ki, respublikamızda ilk belə müsabiqə ötən il təşkil olunub böyük maraqla qarşılanıb. Müsabiqə qaliblərinə müxtəlif mükafatlar dipiomlar təqdim edilib. İştirakçıların kitabları ən yaxşı nəşriyyat işinə, poliqrafik icraya, oxucu seçiminə sərgi zamanı ən çox satılmasına görə seçilib. Müsabiqədə əsasən 2005 2006-cı illərdə Azərbaycan nəşriyyat poliqrafiya müəssisələrində çap olunan kitablar iştirak edib. Müsabiqənin təşkil edilməsinin əsas məqsədi gənclərin yaradıcılıq qabiliyyətini, onların məntiqi təfəkkürlərini ortaya çıxarmaq onları insanlara tanıtmaqdır. Mərasimdə həmçinin digər bölgələrdən dəvət olunan nəşriyyat redaktorları da iştirak edib.

Tərkibinə tanınmış elm, mədəniyyət, incəsənət, mətbuat kitab işi mütəxəssislərinin daxil olduğu münsiflər heyətinin rəyinə əsasən ən yaxşı nəşriyyat işinə, mövzunun aktuallığı dizaynına görə Sara Aşurbəylinin "Əbilov, Zeynalov oğulları" nəşriyyatında çap olunan "Şirvanşahlar dövləti" adlı kitabı a!ıb. "Qobusnamə" ("Altun kitab") "Qurani-Kərim" ("Beynəlxalq Əl-Huda") ikinci yerə layiq görülüb. Poliqrafiya icrasına görə isə "Mizanul-hikmət" ("Nurlar") birinci, Məmməd Əlizadənin "Milii müdrikliyin Heydər Əliyev zirvəsi" ("Adiloğlu") S.Aşurbəylinin "Şirvanşahlar döviəti" ikinci olublar. Oxucu seçimi nominasiyasında isə Əli Abbasov, Mətləb Əlizadə, Etibar Seyidzadə Mahilə Salmanova "İnformasiya kompyuterləşmənin əsasları" ("Xəzər Universiteti" nəşriyyatı) birinci, "Qobusnamə" Sara Aşurbəylinin "Bakı şəhərinin tarixi" adlı əsərləri isə ikinci yerl tutub.

Sərgi zamanı ən çox satılan kitab "Qanun" nəşriyyatında çap edilən "Ya Əli" olub. "Azərbaycan nəşrləri" jurnalının redaktoru Elxan Rzayev sərgi işində fəaf iştirakına görə Naxçıvan Respublikasının Kitab Cəmiyyətinin sədri Gülçöhrə Məmmədovaya, "Şirvanşahlar" nəşriyyatının direktoru Qəşərh İsabəyliyə fəxri diplomlar təqdim edib.

Tədbirdə eyni zamanda püşkatma yolu i!ə seçilən 15 tamaşaçıya İsmayıl Şıxlmın "Dəli Kiir", "İnternet. Azərbaycanın internet resursları", "Məşədi İbad" (ingilis dilində) kitabları verilib. Onu da qeyd edək ki, qalib seçilən gənc yazarların kitablarının Kitab Klubu tərəfindən satılmasına da imkan yaradılacaq. Sərgi çərçivəsində müxtəlif  tədbirlər, müəlliflərin iştirakı ilə  kitab imzalama mərasimləri baş tutub.

 

525- ci qəzet.- 2006.- 3 iyun.- S. 35.