Qasımova R., Ələkbərova İ.

 

İnformasiya cəmiyyəti və təhsil

 

Qloballaşma insan fəaliyyətinin bütün sferalarına təsir edir. Bu konsepsiya müxtəlif sosial-iqtisadi proseslərin analizində geniş istifadə olunur. Məhz qloballaşma müxtəlif ölkələrin başladıqları qarşılıqlı iqtisadi, siyasi, informasiya və mədəni proseslər yığımının müasir mərhələsidir. İnformasiyalaşdırma isə qloballaşma prosesinin bir hissəsidir.

İqtisadiyyatının sürətlə inkişaf etdiyi bir dövrdə Azərbaycan Respublikası da qloballaşma prasesindən kənarda deyildir. Son illərdə ölkədə informasiya cəmiyyətinin (İC) təşəkkül tapması, onun sosial-iqtisadi, siyasi və hüquqi bazasının yaradılması və inkişaf etdirilməsi istiqamətində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən bir sıra strateji əhəmiyyətli proqramlar və qanunlar verilmişdir. Əsas məqsəd Azərbaycanda siyasi, hüquqi, iqtisadi, sosial və digər sahələrdə beynəlxalq əlaqələrin genişlənməsinə, qloballaşan dünyada etibarlı tərəfdaş kimi möyqeyinin möhkəmləndirilməsinə, milli elektron infprmasiya fəzasının yaradılmasına, davamlı inkişafın təmin edilməsinə yönəlmişdir. Digər tərəfdən belə qanun və qəbul edilmiş proqramlar elektron hökumətə və İC-nə keçiddə texniki, təşkilati və ən əsası  psixoloji hazırlıq səviyyəsini aydın şəkildə qiymətləndirməyə təkan verir. Həyata keçən proqramlar xalqın xeyrinə yönələrək, cəmiyyətin inkişafının magistral istiqamətləndiricisidir.

IC-nə keçidin təmin edilməsi üçün Azərbaycanın mövcud potensialından səmərəli istifadə etməklə onu inkişaf etdirməli, rabitə və informasiya texnologiyaları (İT) sahəsinin təşkilati, hüquqi, texniki, kadr baxımından təkmilləşdirməklə, informasiya-kommunikasiya texnologiyaları (IKT) sənayesini formalaşdırmaqla, bu sahəyə yeni investisiyalar cəlb edilməli və sahibkarlığı genişləndirməklə, azad bazar və sağlam rəqabət prinsipləri gözlənilməli, sosial əhəmiyyətli layihələri reallaşdırmaqla müxtəlif tədbirlər həyata kecirilməlidir, Bu məsələlərin həllində rabjtə və İT-nın xüsusi yerı vardır. Azərbaycanda rabitə və İT ən dinamik inkişaf edən istiqamətlərdəndir. Müxtəlif sahələrin inkişafı İKT sektorundan asılıdır.

Respublikamızda İC-nin və biliklərə əsaslanan iqtisa-diyyatın formalaşması sahəsində məqsədyönlü fəaliyyət həyata keçirilir: rabitə və informasiya texnoiogiyaları sa-həsində iqtisadi-struktur islahatlar aparılır, təkmilləşmə və yeni texnologiyalar tətbiq edilir,. İC-nə keçid üzrə layihələr hazırlanır. Məhz İKT-dən və İnternet qlobal kompyuter şəbəkəsindən istifadənin sıçrayışlı artım inkişafı sənaye iqtisadiyyatından İC-nə keçidin əsasını qoydu.

Bu gün İnformasiya cəmiyyəti anlayışı müasir sivilizasiyanın inkişafının dərəcəsi kimi başa düşülür. Qlobal informasiya məkanının yaradılması ilə daxili məhsulların xidməti və informasiya məhsullarının, informasiya-kommunikasiya vasitələrinin artımı cəmiyyətin həyatında informasiya və biliyin rolunun artması ilə xarakterizə olunur. Bu da insanlar arasında effektiv informasiya mübadiləsini, onların dünya informasiya resurslarına müraciətini, informasiya məhsullarına yə xidmətlərinə sosial və şəxsi tələbatlarını təmin edir. İC-nə keçid istifadəçiyə təqdim edilən informasiyanın müxtəlif vaxtda, müxtəlif yerdən müraciətinin mümkünlüyünü təmin edən tamlığa, operativliyə, düzgünlüyə, aktuallığa tələbi artırmaqla, əsas informaslya massivinin elektron daşıyıcılarına keçirməklə artan informasiya axını ilə müşayiət olunur. Məhsulun istehsal və istehlakına yönəlmiş şənaye cəmiyyətilə müqayisədə İC-də, zehni əməyin artmasına səbəb olan bilik, intellekt işlədilir və hasil edilir. İnsanlardan professional və şəxsi yaradıcılığa, inkişafa peşəkarlıq qabiliyyəti, informasiya fəzasının tələblərinə cavab verən, biliklərin alınması və emal edilməsi bacarığının artması tələb olunur. Beləliklə, yüksək keyfiyyətli və yüksək texnoloji informasiya-təhsil mühitinin yaradılması təhsil sisteminə münasibətin fundamental dəyişməsinə gətirib çıxarır. İKT əsasında təhsil sahəsinin intensiv inkişafı inkişaf etmiş ölkələrin əsas milli prioritetlərindən sayılır. Yüksək inkişaf etmiş ölkələrin təcrübəsi göstərir ki, əsas maliyyə və maddi ehtiyatları təhsilə və yüksək informasiya mədəniyyətinə malik olan kadrların hazırlanmasına yönəlmnək lazımdır. Bu zaman kütləvi kompyuter istifadəçiləri hazırlamaqla kompyuter savadsızlığını ləğv etmək, eləcə də kütləvi kompyuter savadlılığı içərisindən bu sahələr üzrə peşəkar mütəxəssislər hazırlamaq əsas şərtlərdəndir.

Təhsil sahəsinin dinamik inkişafının dəstəklənməsi və yüksək səviyyədə saxlanılması ölkənin sosial və iqtisadi inkişafının təminatçısı olmaqla yeni texnologiyaların istehsalı və istifadəsinə yönələn müasir sahələrin inkişafına əsaslanır. Artıq müasir tələbatlara cavab verən açıq təhsil sisteminin yaradılmasına doğru inkişaf müşahidə olunmaqdadir. Cəmiyyətin informasiya ilə təmini məsələsi ən əsas şərtlərdəndir. İnformasiya təminatı dedikdə işin gedişində tapılmış, istifadəçinin informasiya tələbatını təmin edən və ona rahat şəkildə təklif olunan informasiya məhsulu başa düşülür.

İC-nin inkişafında İKT-dən istifadə əsasında təhsil sahəsinin intensiv inkişafı milli prioritetlərdən sayılır:

-          tələbə və şagirdlərin müasir cərniyyətdə yaşaması

işləməsi üçün bilik və təcrübələri artır;

-          yeni təhsil forma və metpdlarından istifadə olunması təhsilin keyfiyyətini yüksəldir;

-          yaşından asılı olmayaraq insanlara təhsillərini artırmaq imkanı yaradır, nəticədə biliklərə əsaslanan iqtisadiyyatın və İC-nin şərtlərinin adaptasiyası təmin olunur.

İnformasiya proseslərinin elmə, iqtisadiyyata, istehsalata tətbiqi müasir İT əsasında təhsil sistemində yeni modelin işlənməsini tələb edir. Təhsilin informasiyalaşdırılması - təhsil sahələrinin təlim və tərbiyənin psixoloji-pedaqoji reallaşmasına istiqamətlənmiş nəzəri, praktiki işlərlə bərabər yeni, müasir İT-ları ilə təmin edilməsi prosesidir. İnformasiyalaşdırma təhsil fəaliyyətinin üsul və tərkibində, tədris və təhsilin idarə olunmasında vacib şərt və komponentlərdən sayılır. Odur ki, respublikamızda təhsilin informasiyalaşdırılması cəmiyyətin sosial sferada inkişafı üçün prioritet təşkil edir. Reqionlarda təhsilin yeniləşməsi ümumi ləhsil sisteminin yenidən təşkilinə səbəb olur. Nəticədə informasiyaya münasibətdə yeni tələbatlar yaranır:

informasiya ilə sərbəsl işləmək bacarığı-informasiyanın axtarılması, əldə edilrnəsi, emal edilməsi, saxlanması, qiymətləndirilməsi və ötürülməsi;

obyekt və proseslərin layihələndirilməsində planların məsuliyyətlə həyata keçirilməsi;

gözlənilməz situasiyalarda düzgün qərar qəbul etmək və gələcəkdə baş verə biləcək hadisələri proqnozlaşdırmaq.

Kadr potensialının inkişafı və təhsilin informasiyalaşdırılması məsələləri İC-nin əsasını təşkil edir. İKT-dən istifadə əsasında təhsildə yeni mpdelin yaradılması təhsil prosesində tələbə və müəllimlərin üzərinə yeni tələblər qoyur. Təhsilin təkmillədirilməsində effektivlik o zaman mümkündür ki, regionlarda təhsil sahəsinin rəhbərləri informasiyalaşdırmanın əhəmiyyətini tam şəkildə görsünlər. Bu vaxtdan informatika müəllimlərinin rol və funksiyalarında dəyişikliklər etməklə onların qarşısında yeni tələblər qoyulur, nəticədə onlar İT koordinatoru olaraq informasiyalaşdırma prosesində iştirak edir.

İnformasiyalaşdırma prosesi metodik dəstək, kadrların hazırlanması və ixtisaslarının artırılması olmadan mümkün deyil. Müəllimlərin ixtisasının və bütün ixtisaslar üzrə metodik vəsaitlərin artırılmasının əhəmiyyəti təhsilin təkmilləşmə prosesinə daxil olmuş informasiyalaşdırmanın  kompleks xarakteri ilə bağlıdır. İC-də əsas prinsiplərdən biri də təhsil müəssisələrinin İKT avadanlıqları ilə təminatıdır. Bir necə il öncə təhsil müəssisələrinin informasiyalaşdırılması problemlərini araşdırarkən kompyuterlərin azlığı bu proseslərin ləngidilməsinin əsas səbəbi kimi qeyd edilirdi. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 15 ayqust 2004-cü il tarixli sərəncamı ilə "Azərbaycan Respublikasında ümumtəhsil məktəblərinin informasiya və kommunikasiya texnologiyaları ilə təminatı Proqramı"nı təsdiq etməsi yaranmış problemlərin həllinə təkan verdi. Belə ki, əgər hər 1063 şagirdə 1 kompyuter düşürdüsə, bu proqram reallaşdıqdan sonra hər 33 şagirdə 1 kompyuter düşür ki, bu da təhsil sistemində yeni iş yerlərinin açılması, IKT savadlılığının sıçrayışla aradan götürülməsi deməkdir. Proqram çərçivəsində ölkəmizdə yerlı kompyuter istehsalı və yığımı da stimullaşdırılmış, elektron dərsliklərin, təhsil elektron portalının yaradılması, məktəblərin idarə olunması ilə bağlı proqram təminatının hazırlanması və fəaliyyətinə başlanmışdır.

Proqramda bütün təhsil müəssisələrinin internetə çıxışının təmin edilməsi nəzərdə tutulmuşdur. Azərbaycanda İnternet əsasən 1995-ci ildən inkişaf etməkdədir və hazırda istifadəçilərin sayı təxminən 500 min nəfərdən çoxdur. Təqribən hər 100 nəfərə 5 istifadəçi düşür. Bu rəqəmlərin ümumdünya göstəricilərindən az olmasına baxmayaraq, ölkəmizdə informasiyalaşdırma prosesinin sürətlə getməsi üçün hər bir şərait yaradılmışdır.

Hazırda respublikamızda 218 məktəb tam kompyuterləşdirilmişdir. Heydər Əliyev Fondu hesabına ötən il ölkədə 132 məktəb binası inşa edilmişdir. Bu işdə YUNESKO-nun xoşməramlı səfiri, ökənin birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın məktəblərə, məktəblərin kompyuterləşdirilməsinə, xüsusilə internat məktəblərinə və uşaq evlərinə göstərdiyi qayğını xüsusilə qeyd etmək lazımdır.

IT sahəsində kadrların hazırlanması və insan potensialının möhkəmlənməsi məqsədilə baza təhsilinə, həmçinin İT-dən istifadə vərdişlərinin inkişafı üçün təlim imkanlarının genişlənməsinə yüksək diqqət göstərilir. İT və digər aklual sahələrdə mütəxəssislərin hazırlanması, distant təhsil və yerli səviyyədə hazırlıq da daxil olmaqla yeni yanaşmaların işlənməsi, məktəblər, elmi-tədqiqat mərkəzləri, universitetlər də daxil olmaqla, bütün dövlət idarələri və institutlarda şəbəkələrin yaradılması həyata keçiriləcək məsələlərdəndir.

İT tətbiqi istiqamətlərinin işlənməsində onların elm, praktika və təhsildə rolu nəzərə alınır. Belə ki, ali təhsilli IT mütəxəssislərinin hazırlanmasında tədris-metodik hazırlıq bazasının yaradılması, professional İT tədrisinin keyfiyyətinin əsasını təşkil edən, dərin, məqsədyönlü, riyazi hazırlığa əsaslanaraq Azərbaycandakı universitet təhsilinin ənənələrinin saxlanması, Azərbaycan İT təhsilinin beynəlxalq təhsil sisteminə inteqrasiyasının təmin edilməsi və təhsil xidmətlərinin beynəlxalq bazarına çıxışı, İT təhsil sisteminin inkişafı və funksionallığı üçün tədris-metodiki, elmi, təşkilati və informasiya infrastrukturunun təşkili (tədris-metodik fəaliyyətin, müəllim kadrlarının hazırlanması sistemlərinin təşkili, elmi-praktik konfranslar, İT təhsil mövzusunda nəşrlərin və informasiya resurslarının yaradılması) vacib məsələlərdəndir.

İT təhsil sisteminin effektiv inkişafı və funksionalhğı üçün xüsusi mexanizm işlənməlidir. Bu mexanizmə ilk növbədə İT təhsili.sahəsində illik praktik konfransların keçirilrnəsi daxildir. İT təhsil nəticəsində məhsuldarlıq artır, fərdi məşğələlərlə əlaqədar çəkilən xərclər azalır, biliklər mübadiləsi yaxşılaşır. İT təhsildə İnternet-təhsil əsas yasitələrdəndir. İnternet-təhsil yüksək keyfiyyətli təhsil xidmətini təqdim edir:

-          tələb olunan səviyyədə məlumatın öyrənilməsinə şərait yaradır;

-          müəllim heyəti üçün yeni imkanlar yaradır (ixtisasın artırılması,  sertifikatlaşdırılmış attestasiyadan keçmə, həmkarlarının təcrübəsini öyrənmək, təkmilləşdirmə keçirilməsi);

-          ali məktəblərə daha çox tələbələrlə işləmək imkanı verir (yeni texnoloji məhsulları öyrənmək, müntəzəm keçirilən zaçot və imtahan sessiyasında iştirak etmək və s.);

-          kağız dərsliklərdən istifadəni azaldır və sürətlə təzələnən kontentlərdən istifadəyə şərait yaradır, nəticədə biliyin əldo edilməsi asanlaşır.

- gunün öütün saatlarındla bilik əldə etmək mümkündür (İnternet-təhsilin istirahət günləri olmur);

- dünyanın əksər ali məktəblərində praktikada təsdiqlənmiş və müvəffəqiyyətlə istifadə olunan beynəlxalq və regional təhsil standartlarına uyğundur;

-          yüksək məhsuldarlığı təmin edir-eyni zamanda işləyən istifadəçilərin sayına məhdudiyyət ypxdur;

-          təhlükəsizlik tələbatlarını dəstəkləyir, belə ki, sistemin istifadəsi ali məktəblərin ciddi tələblərinə uyğun olaraq qurulur.

Qeyd etmək lazımdır ki, respublikamızda İT sahəsində həm kadr porensialı, həm də güclü elmi baza üçün bütün imkanlar mövcuddur. Bu sahədə işlər Rabitə və informasiya Texnologiyaları Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyasının İnformasiya Texnologiyaları İnstitutu (AMEA İTİ), Təhsil Nazirliyi yə sənayenin birgə gücü nəticəsində həyata keçirilir. Şübhəsiz ki, təhsil sahəsi yeni iqtisadiyyat üçün açar təşkil edir. 0, eyni vaxtda həm sosial, həm də iqtisadi sistemə həlledici təsır göstərir. Xidmətlərin daim bazarartımı yeni iqtisadiyyatın təşkil olunacaq infrastrukturunun mühüm elementlərindən birini təşkil edir. Digər tərəfdən təhsilin inkişafı sosial siyasətin uzunmüddətli prioritetidir. Belə ki, biliklərə əsaslanan iqtisadiyyatda təhsil sistemi təlimdə bütün vətəndaşlar üçün eyni müraciət imkanını təqdim edir.

Sosial həyatın möhkəmlənməsi və vətəndaşlar arasında informasiya bərabərsizliyinin aradan qaldırılması müasir təhsil sisteminin həll edə biləcək məsələlərindəndir. Qeyd etmək lazımdır ki, təhsilin iqtisadi və sosial funksiyaları bir-birini tamamlayır: təhsilə eyni müraciətin təmini bütövlükdə ölkənin intellektual potensialının keyfiyyətini artırır.

Təhsil insanlara yeni üfüqlər açır, dünyanın vahid mənzərəsini anlamağa, həyatda öz yerini görməyə və yolunu uğurlu gələcəyə doğru dävam etməyə kömək edir. İnformasiyalaşdırma müasir təhsilin mühüm strateji aspektlərindəndir. O, bu gün Azərbaycan təhsil sistemi qarşısında duran mühüm məsələlərin həllində - insanların yeni informasiya mühitində yaşamasına və fəaliyyət göstərməsinə hazırlıq məqsədilə təhsilin fundamentləşdirilməsində, təhsilin mümkünlülüyünün yüksəldilməsində, təhsil almaq səylərinin güclənməsində vacib şərtdir.

Bu gün AMEA İTİ-nin İT əsasında müxtəlif sahələrin informasiyalaşdırılmasında, regionların sosial-iqtisadi inkişafına yönəldilmiş intellektual tutumlu layihələr, sistemlər, proqram vasitələrinin hazırlanmasında, İT məhsullarının istehsalının inkişaf etdirilməsində, intellektual kompyuter şəbəkələri və sistemlərinin yaradılmasında, cəmiyyətiin İKT sahəsində milli kadrların hazırlanmasında əldə etdiyi nailiyyətlər böyükdür. İnstitutlar elmi-tədqiqat müəssisəsi olduğu üçün öz elmi potensialından istifadə edərək İT üzrə tətbiqi elm istiqamətində işlər aparır.

Gələcəkdə bütün sahələrdə müvəffəqiyyətin açarı İT və informasiya resurslarından düzgün istifadə olunmasındadır.

 

 

Azərbaycan müəllimi.- 2006.- 15 iyun.- S. 5.