IV Bakı Kitab Bayramı.
Bədii söz və bilgi hadisəsi
Mayın 25-də Yeni Yazarlar və
Sənətçilər Qurumunun
təşkilatçılığı ilə VI Bakı Kitab Bayramı adlı respublika əhəmiyyətli kulturoloji
tədbir keçirildi. Milli nəşriyyat və müəlliflərin yeni nəşrlərindən ibarət
sərgi, həmçinin
2005-ci ilin nəşriyyatlarını,
kitablarını, gənc
yazarlarını və
kitab yayımı qurumlarını müəyyənləşdirən
«VI Bakı Kitab Bayramı» Milli Kulturoloji Mükafat qaliblərinin diplom və hədiyyələrlə
təqdimat mərasimindən
ibarət tədbir M.F.Axundov adına
Milli Kitabxanada düzənləndi.
Azərbaycan Xalq Cümhuriyyətinin
88-ci ildönümü münasibətilə
keçirilən VI Bakı
Kitab Bayramma gələnlər hər
II olduğu kimi, bu dəfə də bir stra
maraqlı kulturoloji hadisələrin iştirakçısı
oldular.
Xatırladaq ki, VI Bakı Kitab Bayramına təşkilati
dəstəyi Azərbaycan
Respublikası Mədəniyyət
və Turizm Nazirliyi, Azərbaycan Yazıçılar Birliyinin
İctimai Qurumlarla Əlaqə və Analitik-İnformasiya Mərkəzi,
Azərbaycan Respublikası
Gənclər Təşkilatları
Milli Şurası kimi qurumlar, maliyyə yardımını
isə «Texnika-Bank» ASC
göstərib.
Özəl və dövlət nəşriyyat-poliqrafiya
müəssisələrinin iştirakı ilə təşki! edilən və ölkəmizin ədəbi-mədəni ictimaiyyəti
tərəfindən maraqla
qarşılanan builki
VI Bakı Kitab Bayramı ərəfəsində
Yeni Yazarlar və Sənətçilər
Qurumu milli nəşr mədəniyyəti
və kitab yayımı problemlərinə,
perspektivlərinə həsr
olunmuş müxtəlif
tədbirlər keçirib
(sorğu, kitab bazarının
monitorinqi, Milli Məclisin Mədəniyyət
məsələləri daimi
komissiyası və Müəllif Hüquqları
Agentliyi ilə birgə «Nəşriyyat işində müəlliflik
hüquqları» mövzusunda
Dəyirmi masa və s.). Gerçəkləşdirilən
kultur-tədbirlər builki
Kitab Bayramının da həm məzmun,
həm mahiyyət, həm də format baxımından genişliyinə
dəlalət edir.VI Bakı Kitab Bayramı çərçivəsində
növbəti tədbir
- son illər nəşr
olunan yeni kitablardan ibarət sərginin açılışında
Yeni Yazarlar və Sənətçilər
Qurumunun sədri, yazıçı-kulturoloq Aydın
Xan (Əbilov), M.F.Axundov adına Milli Kitabxananın direktoru Kərim Tahirov, Mədəniyyət
və Turizm Nazirliyinin Nəşriyyat şöbəsinin müdiri
Fikrət Babayev, Gənclər Təşkilatları
Milli Şurasının
sədri, millət vəkili Fuad Muradov kitabsevərləri təbrik etdilər, mərasimi ölkəmizin
ədəbi-mədəni həyatında
əlamətdar hadisə
kimi dəyərləndirdilər.
Sonra V Bakı Kitab Bayramının Münsiflər Heyətinin
qərarına əsasən
2005-ci il üzrə Milli Kulturoloji Mükafatın müxtəlif nominasiyalar üzrə Diplom və hədiyyələri
qaliblərə təqdim
edildi.
Münsiflər Heyətinin
qərarına əsasən,
VI Bakı Kitab Bayramı Milli Kulturoloji Mükafatm 2005-ci
il üzrə
ayrı-ayrı nominasiyaları
üzrə diplomuna aşağıdakılar layiq
görülmüşdür:
1) Nominasiya:
2005-ci ilin «Dəyərli
Nəşriyyatı». Qalib:
«Təhsil» nəşriyyatı
(direktoru: Bəhruz Axundov);
2) Nominasiya:
2005-ci ilin «Xeyriyyəçi Qurumu».
Qalib: «TexnikaBank» ASC (direktoru: Etibar Əliyev);
3) Nominasiya: 2005-ci ilin
«ƏnDəyərli Kitabı».
Qalib: «Təhsil» nəşriyyatının «Qarabağ»
Ensiklopediyası (Müəlliflər:
Yaqub Mahmudov və Kərim Şükürov);
4) Nominasiya:
2005-ci ilin «Poeziya Kitabı - ədəbi irsi». Qalib: Şair-tərcüməçi
«Atlantlar» kitabı, «Aspoliqraf» nəşriyyatı;
5)
Nominasiya: 2005-ci ilin
«Bədii Nəsr Kitabı». Qalib: Yazıçı Məqsəd
Nurun «Tərs kimi...» kitabı;
6)
Nominasiya: 2005-ci ilin
«Qarabağ Mövzusunda
Bədii Nəsr kitabı». Qalib: Yazıçı Yusif Əhmədovun «Topxana meşəsində görüş»
kitabı;
7)
Nominasiya: 2005-ci ilin
«Ədəbi İrsi».
Qalib: «Molla Nəsrəddin» (III cild) kitabı, «ÇİNAR-ÇAP» Nəşriyyatı;
8) Nominasiya:
2005-ci ilin «İctima-sənədli
publisistika kitabı». Qalib: Yazıçı-dramaturq
Hüseynbala Mirələmov və Viktor
Andriyanovun «Heydər
Əliyev» kitabı;
9) Nominasiya:
2005-ci ilin «Diaspor mövzusunda kitabı». Qalib: Şair-tərcüməçi Ədalət Əsgəroğlunun
«Məmləkətim, canım
mənim» kitabı;
10) Nominasiya:
2005-ci ilin «Tarix kitabı». Qalib: Sara xanım Aşurbəylinin «Şirvanşahlar
dövləti» və «Bakı şəhərinin
tarixi» kitabları;
11) Nominasiya:
2005-ci ilin «Dini-publisistik
kitabı». Qalib: Hacı Ağəddin Mansurzadənin «Şeyxülislamlıq
yolu» kitabı;
12) Nominasiya:
2005-ci ilin «Ensiklopedik kitabı». Qalib: Teymur Əhmədovun «XX əsr Azərbaycan yazıçıları» kitabı;
13) Nominasiya: 2005-ci
ilin «Uşaq kitabı». Qalib: İlyas Tapdığın
«Şeir sevən balalar» kitabı;
14) Nominasiya:
2005-ci ilin «Əxlaq kitabı». Qalib: Elman və Elxan
Ərəblinskilərin «Xaliq»
kitabı;
15) Nominasiya:
2005-ci ilin
«Stolüstü mətbəx
kitabı». Qalib: Cabir Xəlifəzadənin «Azərbaycan milli mətbəxinin süfrə
nemətləri» kitabı,
"Adiloğlu" nəşriyyatı;
16) Nominasiya:
2005-ci ilin
«Dərslik kitabı».
Qalib: Bəhruz Axundov və Mahmud Mahmudovun «Nəşriyyat işinin əsasları» - «Aspoliqraf»
nəşriyyatı;
17)
Nominasiya: 2005-ci ilin
«EImi-publisistik kitabı». Qalib: Azər Əliyev «Mirzə Cəlil və Azərbaycan mətbuatı»
kitabı;
18) Nominasiya:
2005-ci ilin «Filoloji Nəşriyyatı>>. Qalib:
«Mütərcim»;
19) Nominasiya:
2005-ci ilin «Perspektivli nəşriyyatı». Qalib: «Kitab aləmi»;
20) Nominasiya:
2005-ci ilin «Bədii nəşriyyatı». Qalib:
«Vektor»;
21) Nominasiya:
2005-ci ilin «Qadın yazarı». Qalib: şairə Şəfəq
Sahib;
22) Nominasiya: 2005-ci
ilin «Tərcüməçisi-şairi». Qalib: şairə-mütərcim
Narıngül;
23) Nominasiya:
2005-ci ilin «Yeni nəsil şair-tərcüməçisi». Qalib: gənc şairə-mütərcim
Həyat Şəmi;
24) 21) Nominasiya:
2005-ci ilin «Yeni nəsil yazıçısı».
Qalib: gənc yazıçı-dramaturq Rəvan
Tohidoğlu;
25) Nominasiya: 2005-ci
ilin «Ədəbi
qəzeti». Qalib:
«525-ci qəzet»;
26) Nominasiya: 2005-ci
ilin «Ədəbi
televiziyası». Qalib: İctimai Televiziya və Radio Yayımları
Şirkəti;
27) Nominasiya: 2005-ci
ilin «Ədəbi
jurnalı». Qalib: «Vəfa»;
28) Nominasiya: 2005-ci
ilin «Ədəbi
İnternet saytı». Qalib: Qloballaşan Azərbaycan Sivil İnkişaf Mərkəzinin
«qasim-az.com» saytı.
Eyni zamanda
VI Bakı Kitab Bayramının Təşkilat
Komitəsinin qərarıyla
kitab mədəniyyətinin
inkişafındakı xidmətlərinə
görə aşağıdakı
qurum və şəxslər VI Bakı
Kitab Bayrammın Fəxri Fərmanı ilə təltif olunublar:
1) M.F.Axundov adına Milli
Kitabxana;
2) Bakıda
Atatürk Mərkəzi;
3) Türkiyə
Cümhuriyyətinin Azərbaycan Respublikasmdakı səfirliyinin Mədəniyyət və
Tanıtma müşaviri
Fəthi Gədikli;
4) "Yayım"
Assosiasiyası;
5) "Kitab"
Cəmiyyəti və
Miniatür Kitab Muzeyi.
Azərbaycan mədəniyyəti və incəsənəti.- 2006.- 1 iyun.- S. 3.