Jurnalistlər bizim işimizə mane olur


 

Əbülfəs Qarayev mədəniyyət aləmində baş verən qalmaqallara

görə qəzetləri günahlandırdı


 

Mədəniyyət turizm naziri Əbülfəs Qarayev   Muzey   Mərkəzində   mətbuat konfransı keçirib (APA). Tədbirdə çıxış edən nazir son günlərdə baş verən mədəniyyət hadisələri ilə bağlı fikirlərini bölüşüb. "May ayında Mədəniyyət Turizm Nazirliyinin strukturu ştatı təsdiqlənib.

Həm Mədəniyyət Turizm Nazirliyinin, həm Gənclər İdman Nazirliyinin 80 faiz işçiləri işlə təmin olunublar. Nazirlikdə bir neçə yeni şöbə fəaliyyətə başlayıb bir neçə şöbənin tərkibində bölmələr yaradılıb. İncəsənət şöbəsinin tərkibində musiqi, təsviri incəsənət gənclərlə işləyən xüsusi bölmə yaradılıb. Mədəniyyət Turizm Nazirliyində kadr islahatları hələ davam edəcək". Ə.Qarayevin sözlərinə görə, musiqinin ayrıca bir bölmə kimi fəaliyyət göstərməsinə ehtiyac var. O, nazir olaraq muzeylərin, mədəniyyət abidələrinin bərpasına da diqqət yetirəcəyini vurğulayıb: "Biz nazirlik olaraq artıq bu yöndə işlərə başlamışıq.

Qeyd etmək lazımdır ki, muzeylərin, kitabxanaların, abidələrin bir sıra mədəniyyət ocaqlarının bərpa olunması istiqamətində islahatlar aparılır. Hazırda Karvansaray ətrafında yerləşən yeni tikililərin sökülməsi ilə bağlı işlər gedir. Biz düşünürük ki, yaxın zamanlarda Karvansarayı turizm obyekti edək. Bundan əlavə Yanardağın qorunması üçün xüsusi mühafızə xidməti yaradılacaq".

Nazir eyni zamanda jurnalistlərə müraciət edərək obyektiv olmağı mədəniyyət sahəsində baş verənləri sensasiyaya çevirməməyi məsləhət görüb: "Son zamanlar Azərbaycan mədəniyyət aləmində bir sıra qalmaqallar baş verir. Bütün bunları şişirtməklə biz öz mədəniyyətmizi təhqir edirik. Bu gün biz mədəniyyətimizdə baş verənlərin həlli üçün çalışırıq, ancaq jurnalistlərin bu cür mövqeyi bizim siyasətimizə mane olur. Kimsə kiməsə nəsə dedi, onu təhqir etdi. Bu cür şeyləri mətbuata çıxarmaq bunları sensasiya yaratmaq düzgün deyil. Bu gün sensasiya odur ki, Azərbaycanda dünya şöhrətli qruplar konsert verirlər". Kino sahəsinə toxunan Ə.Qarayev bu gün kinoya qayğının artdığını deyib. Nazir bildirib ki, hazırda "Azərbaycanfilm" kinostudiyasında 4 film istehsal olunur: "Biz nazirlik olaraq köhnə fılmlərin bərpasını da düşünürük. Müəyyən müddətdən sonra artıq Dövlət Film Fondunun təmiri başa çatacaq. Biz heç bir sahəyə etinasız yanaşmırıq".

 

Azadlıq 2006. 9 iyun. S. 12.