Kəbutər

Muzeylərin bərpası üçün Dövlət Proqramı hazırlanır

Əbülfəs Qarayev: Yanardağ abidəsinin dövlət qoruğu statusu alması üçün plan hazırlanır

 

Dünən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Muzey Mərkəzində mətbuat konfransı keçirdi. Yeni yaradılmış Mədəniyyət və Turizm Nazirliyində struktur dəyişikliyinin başa çatdığı və ştatının təsdiqləndiyini deyən nazir işə başladığı bir neçə ay ərzində mədəniyyətimizin köklü problemləri ilə daha da yaxından tanış olduğunu dedi. Ə.Qarayev muzeylərin bərpası yönümündə xeyli işlər gördüklərini vurğuladı. Muzeylərin dünya standartlarına uyğun bərpası ilə bağlı dövlət proqramının artıq fəaliyyətə başladığını deyən nazir Şəki tarix-diyarşünaslıq muzeyinin və Şəkidə köhnə Karvansaray adlı abidənin bərpası üçün dövlət büdcəsindən vəsait ayrıldığını da söylədi: "Karvansarayın içərisində fəaliyyət göstərən məişət obyektləri köçürüləcək və biz inanırıq ki, bu abidə, həm də turizm obyekti kimi şöhrət tapacaq."

Nazir son bir neçə ayda Azərbaycan mədəniyyətində hadisə olacaq faktları önə çəkərək Avstriyanın paytaxtı Vyana şəhərində Azərbaycan klassik musiqisinin banisi, xalqımızın böyük oğlu Üzeyir Hacıbəyovun abidəsinin təntənəli açılışı olduğunu bildirdi. Nazir təəssüf etdiyini bildirdi ki, Azərbaycanın bəzi KİV-ləri bu hadisə haqqında yanlış məlumat veriblər. Belə ki, KİV- Vyanada Azərbaycan nümayəndələrinin iştirakı ilə keçən təntənəli tədbirin baş tutmaması, abidənin ermənilər tərəfindən təhqir olunduğu haqqında sensasiyalı xəbərlər yayılıb: "Mən bu hərəkəti Azərbaycan vətəndaşına yaraşdırmıram. Bu, Vyanada hər hansı bir insanın abidəsinin açılışı deyildi. Bu dünya şöhrətli bəstəkarımız Üzeyir Hacıbəyovun xatirəsinin əbədiləşdirilməsi mərasimi idi. Orada heç bir erməni söhbəti yox idi. Bu hərəkət onları sadəcə qıcıqlandırmağa, oğrunun yadına daş salmağa, onları bu hərəkətə məcbur etməyə hesablanmışdı". Sensasiya yaratmaq cəhdini başa düşdüyünü deyən nazir hadisələrin doğru-düzgün obyektiv şəkildə işıqlandırılması ilə diqqət cəlb etməyin mümkün olduğunu söylədi. Belə ki, Avropanın mərkəzində azərbaycanlı bəstəkarın heykəlinin qoyulması özü bir sensasiyadır, o zaman ki, bu hadisəyə vətəndaşlıq mövqeyindən yanaşa biləsən. KİV-lərin bu yöndə fəaliyyətindən narazı olduğunu gizlətməyən nazir mədəniyyət incəsənət sahəsində kifayət qədər problemli məsələlər olduğunu söylədi. Həmin məsələlərin gündəmə gəlməsində KİV-lər fəal iştirak etməsi əvəzinə, lazımsız dedi-qodularla məşğul olmasından da təəssüfləndiyini bildirdi. Səviyyəsiz söz-söhbəti şou-biznes adı ilə mətbuat səhifələrinə çıxartmaqla öz mədəniyyətimizi təhqir etdiyimizi söyləyən nazir KİV nümayəndələrinin bu gün Avropanı fəth edən musiqimizi, incəsənət hadisələrini, yeni inkişaf pilləsinə qədəm qoymuş kinomuzu diqqətdə saxlamağı məsləhət bildi: "Hazırda "Azərbaycanfilm" kinostudiyasında 4 film istehsal olunur. Biz nazirlik olaraq köhnə filmlərin kinoteatrların da bərpasını düşünürük. Hələ ki, vaxtilə kinoteatr kimi fəaliyyət göstərən binaların bugünkü tələblərə dərəcədə cavab verə bilməsi araşdırılır. Məhz bundan sonra o kinoteatrların əsaslı təmirinə başlanacaq. Müəyyən müddətdən sonra artıq Dövlət Film Fondunun təmiri başa çatacaq. Biz heç bir sahəyə etinasız yanaşmırıq."

Vyanada olarkən dahi Nizaminin Avstriya Mərkəzi Kitabxanasında saxlanılan XII əsrə aid olan "Xəmsə"sinə baxış keçirdiklərini qarşı tərəfin xahişi ilə əlyazmanın bərpasına yardım edəcəklərini deyən nazir qeyd etdi ki, bu əlyazma 150 il əvvəl bərpa olunub, amma indi bu ehtiyac yenidən gündəmə gəlib.

Daha sonra Ə.Qarayev təbii abidə olan Yanardağın yerləşdiyi ərazidə başlanan tikinti işlərinin dayandırılması üçün müxtəlif instansiyalara yazılı müraciət etdiklərini, bu abidənin dövlət qoruğu statusu alması üçün plan hazırladıqlarını dedi. "Azərbaycana gələn turistlərin əksəriyyətinin diqqətini çəkən bu abidə həm turizm obyekti kimi əvəzsizdir", deyən nazir çimərliklərin Avropa standartlarına uyğunlaşması üçün işlərə başladıqlarını bildirdi. Nazirin sözlərindən belə məlurn oldu ki, hazırda bu istiqamətdə Ekologiya, Səhiyyə, Fövqəladə Hallar, Mədəniyyət Turizm nazirlikləri arasında danışıqlar gedir: "Bu yaxınlarda 4 nazirlik tərəfindən çimərliklərlə bağlı qərarlar qəbul ediləcək. Çalışacağıq ki, çimərlikləri qaydaya salaq istifadəyə verək."

 

Yeni Azərbaycan.- 2006.- 9 iyun.- S. 5.