AzərTAc

 

Litva Prezidenti Valdas Adamkus Azərbaycan Dövlət Televiziyasına müsahibə vermişdir

 

İyunun 9-da Litva Prezidenti Valdas Ädamkus onun üçün ayrılmış iqamətgahda -"Ulduz" sarayında Azərbaycan Dövlət Televiziyasına müsahibə vermişdir.

-  Cənab Prezident, bu, Sizin Azərbaycana ilk rəsmi  səfərinizdir.  Səfəriniz başa çatır, Azərbaycandan hansı təəssüratlarla ayrılırsınız?

-  İlk növbədə onu deməliyəm ki, Azərbaycan xalqının qonaqpərvərliyi dostluq

hissləri bizə çox böyük təəssürat bağışladı. Siz ölkənizin inkişaf etdiyini birmənalı olaraq bir daha nümayiş etdirdiniz. Mən şəhəri gəzərkən böyük inşaat işlərinin getdiyini müşahidə etdim. Yəni genişmiqyaslı   biznes   fəaliyyəti aparılır. Bu, yalnız bir şeyə dəlalət edir - ölkəniz irəliyə doğru addımlar atır siyasi rəhbərliyinizi  dinlədikdən sonra  parlaq  gələcəyinizlə bağlı heç bir şübhəm qalmadı. Yaxın gələcəkdə siz bu regionda ən inkişaf etmiş çiçəklənən ölkəyə çevriləcəksiniz.

-          Cənab Prezident, səfərin konkret nəticələri barədə deyə bilərsiniz?

Əvvəla onu demək istəyirəm ki, bir faktı aydın şəkildə müəyyən etdik - biz real tərəfdaşıq, beynəlxalq səviyyədə eyni məqsədlərimiz var. Biz hazırda işləyirik işləri

gələcəkdə davam etdirəcəyik. iqtisadi sahədə işgüzar dairələrimiz  üçün  yeni

əməkdaşhq yollarını təyin etdik. Mən bu gün keçirilmiş biznes forumdan olduqca məmnunam. Yeni təmaslar qurulur. Mühürn fakt isə ondan ibarətdir ki, adamları, sadəcə, ünvanları mübadilə etməklə bir-birini salamlamaqla kifayətlənməmişlər, onlar hər iki ölkədə ofislərinin açılması ilə bağlı real imkanları müzakirə etmişlər.

Eyni zamanda, biz Bakıda Vilnüsdə öz səfırliklərimizi açmağa hazırlaşırıq. Bu, həmin əməkdaşlığa əlavə təkan verəcəkdir. Bunu görmək bilmək mənim üçün çox xoş oldu. Çünki buraya gəlməyim formal səfər ya nəzakət səfəri deyildi, bu, əsl məhsuldar səfər oldu hər iki tərəf isə sadiqliyini nümayiş etdirdi.       

-  Cənab Prezident, Sizin də bildiyinizə görə və beynəlxalq qurumlar da təsdiq edir ki, Azərbaycanın iqtisadiyyatı   sürətlə   inkişaf edir. Genismiqyaslı qlobal enerji layihələrinin həyata keçirilməsində fəal iştirak edən Azərbaycan Cənubi Qafqaz regionunun lider ölkəsinə  çevrilibdir.  Bütün bunları nəzərə alaraq Azərbaycanla əməkdaşlıq Litvanın xarici siyasətində hansı yeri tutur?

-   İlk növbədə onu deyim ki, Azərbaycanın istənilən baxımdan regionda lider olmasına şübhəm yoxdur. Məsələn, məmnuniyyətlə iştirak etdiyim  bir konfransda Azərbaycanın iqtisadi inkişaf cəhətdən güclü ölkə olması onun digər Cənubi Qafqaz ölkələrinə çox müsbət təsiri vurğulandı. Mən hesab edirəm ki, hazırkı vaxtdan etibarən ayrı-ayrı dövlətlərin siyasəti yox, regional siyasətin əhəmiyyəti getdikcə artacaqdır. Dövlətlərin nəinki güclü təsiri, o cümlədən bütün Avropa ailəsi çərçivəsində möhkəm mövqeyi müşahidə olunur. Avropa dəyişir, Avropa İttifaqı mövcuddur. Onun 25 üzv ölkəsi var. Mən heç şübhə etmirəm ki, Azərbaycan Avropa İttifaqına üzv ölkələr arasında özünəməxsus layiqli yeri tutmalıdır.

Litvaya gəldikdə isə, biz öz təcrübəmizi ölkənizlə bölüşəcəyik. Siz bizim tam dəstəyimizə əmin ola bilərsiniz. Mən inanmıram ki, Azərbaycan digər namizəd ölkələr, o cümlədən Litva kimi on il gözləyəcəkdir. Ümid edirəm ki, gələn beş ildə ölkəniz Avropa İttifaqının tamhüquqlu üzvünə çevriləcəkdir.

-   Cənab Prezident, həm Litva, həm Azərbaycan zəngin mədəni tarixi irsə

malik ölkələrdir. Humanitar sahədə əlaqələrin  inkişafı üçün hansı tədbirlər görülə

bilər?

-   Çox şadam ki, bu gün universitetinizdə oldum, tələbələr müəllimləriniz qarşısında çıxış etdim. Mən arzumu bildirdim ki, çox yaxın gələcəkdə biz təkcə alimlər arasında yox,  o    cümlədən gənclər arasında mübadilələrə başlayacağıq. Mən Azərbaycan tələbələrini Litva Universitetinə dəvət etdim tələbələriniz ölkəmizi daha yaxşı tanıyacaqlar. Bu cür mübadilələr, xüsusən gənclər arasında birbaşa görüşlər bizim gələcəyimizdir. Biz buna çalışmalıyıq. Hesab edirəm ki, biz Bakıda düzgün istiqamətdə lazımi, çox güclü ilk addımımızı atdıq.

            -   Cənab Prezident, Sizcə, səfər çərçivəsində keçirilən Azərbaycan-Litva biznes forumu konkret iqtisadi layihələrin həyata keçirilməsinə hansı töhfəni verəcəkdir?

         -     Ən əvvəl biz birmənalı şəkildə ticarət-sənaye palatalarının nümayəndəliklərini açmalıyıq. Biz Prezident Əliyevlə hətta hökumətlərarası birgə iqtisadi komissiyanın yaradılmasını da müzakirə etdik.  Bu, qurum aparıcı qüvvəyə çevrilə bilər iki ölkənin işgüzar dairələrini daha da yaxınlaşdıracaqdır. Məsələləri araşdırdıqdan sonra növbəti biznes forumunun Vilnüsdə keçirilməsi razılaşdırıldı. Belə olduqda adamları mövcud imkanları özləri görəcəklər. Sizi ərnin edirəm ki, əsl gəlir gətirən ikitərəfli biznes etmək üçün imkanlar çoxdur.

Litva hazırda bütün dünyada öz iqtisadi mövqelərini gücləndirir. Avropa İttifaqına qoşulduqdan sonra yeni bazarlara çıxışımız təmin olundu. Təsəvvür edin ki, bu, 450 milyonluq əhalisi olan məkanın imkanlarıdır. Ona görə əgər işgüzar dairələr sadəcə görüşmək ya bəyanat vermək yox, əsl görmək istəyirsə, ölkənizin çox güclü iqtisadi inkişafı nəzərə alınmaqla, bunun üçün real şans var. Bizim tərəfdən böyük gözləntilər var. Çox qısa müddət ərzində ölkəmizin ixrac həcmi 25 faiz artmış, il ərzində ÜDM-in orta artımı təqribən 15 faiz olmuşdur. Zənnimcə, gələn on beş il ərzində bu sürətlə Litvanın iqtisadiyyatı Avropa ölkələrinin iqtisadiyyatının orta səviyyəsinə çatacaqdır. Bu baxımdan siz bizə qoşula bizimlə birgə işləyə bilərsiniz.

 

Azərbaycan.- 2006.- 10 iyun.- S. 3.