|          

 

LİTVA RESPUBLİKASI PREZİDENTİNİN XANIMI

ALMA  ADAMKİENE "AZƏRBAYCAN XALÇASI

QALEREYASI"NDA   OLMUŞDUR

 

Ölkəmizdə rəsmi səfərdə olan Litva Respublikası Prezidentinin xammı Alma Adamkiene iyunıın 8- "Azər-İlmə" MMC-nin "Azərbaycan xalçası qalereyası"nda olmuşdur. Hörmətli qonaq burada səmimiyyətla gül-çiçəklə qarşılandı.

Xanım Adamkieneyə məlumat verildi ki, xalçaçılıq Azərbaycan xalqının ən qədim sənətlərindən biridir. Qədim səyyahlar, salnaməçilər ölkəmizdə toxunan xalı-xalçanın yüksək keyfiyyyəti, zəngin çeşniləri barədə yazılı məlumatlar vermiş, Şirvan, Təbriz, Qarabağ, Qazax, Gəncə, Quba xalçalarının Böyük İpək yolu üstündəki bütün ölkələrdə məşhur olduğunu bildirmişlər. Azərbaycan xalı xalçaları indi dünyanın bir çox muzeylərinin ən nadir eksponatlarından sayılır. 350 nəfərin çalışdığı bu müəssisənin məhsulları ABŞ, Almaniya, Rusiyada keçirilən satış sərgilərində xüsusi mükafat sertifikatlara layiq görülmüşdür. Sapları boyamaq üçün ancaq təbii rənglərdən istifadə edilir, eskizlər yalnız milli naxış çeşnilərdən götürülür.

Xanım Adamkiene qalereyanın zəngin eksponatlarına baxdı boyama, toxuma prosesini maraqla izlədi, xalçaçı qızlarla xatirə şəklik çəkdirdi.

Litvalı qonaqlar muğam üçlüyünün ifasında klassik musiqi sənətimizin nümunələrini zövqlə dinlədilər.

Hörmətli qonağa nəfis xalça hədiyyə edildi.

Xanım Alma Adamkiene qalereyanın xatire kitabına yazdığı ürək sözlərində Azərbaycan xalçalarından zəngin, unudulmaz təəssürat aldığını bildirdi.

 

Yaddaş.- 2006.- 10 iyun.- S. 1.