Vəfa Zeynal

 

Qərbi Azərbaycan abidələri

 

Erməni faşizminin son iki əsrdə başımıza gətirdiyi müsibətlərdən, soyqırımı və deportasiyalardan, onların ulu keçmişimizi və qədim soykökümüzü tarixin yaddaşından silmək üçün Qərbi Azərbaycandakı bütün maddi mədəniyyət abidələrini dağıdıb yerlə yeksan etmələrindən söz açan, dəqiq tarixi faktlarla zəngin hər bir əsər əlimizdə kəsərli bir silahdır.
Tanınmış tədqiqatçı Əziz Ələkbərlinin gərgin elmi axtarışlarının bəhrəsi olan "Qərbi Azərbaycan abidələri" kitabı bu cəhətdən diqqəti cəlb edir. Azərbaycan Qaçqınlar Cəmiyyətinin sifarişi, Qaçqınların Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin maliyyə dəstəyi ilə nəşr olunmuş bu qiymətli tədqiqat əsəri ulu öndərimiz Heydər Əliyevin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin erməni faşizminin son iki əsrdə xalqımızın başına gətirdiyi ağlasığmaz faciələri ifşa hədəfinə çevirən fikirləri ilə açılır. Möhtərəm Prezidentimizin qeyd etdiyi kimi, "Azərbaycanlılara qarşı soyqırımı siyasəti erməni şovinist millətçiləri tərəfindən yüzillər boyu planlı surətdə həyata keçirilmişdir. Bu siyasətin mahiyyəti azərbaycanlıları öz doğma torpaqlarından sıxışdırıb çıxarmaq fiziki cəhətdən məhv etmək yolu ilə bu ərazilərdə mifik "Böyük Ermənistan" dövləti yaratmaq idi. Ayrı-ayrı dövrlərdə böyük dövlətlərin müəyyən dairələrinin təhriki ilə yeridilən bu siyasət hərbi, ideoloji, mədəni, saxta elmi vasitələrlə davam etdirilmiş, tarixi faktların arxiv sənədlərinin saxtalaşdırılmasından, dezinformasiyadan, dünya ictimai fikrinə ünvanlanmış bədii psixoloji təsir metodlarından istifadə edilmişdir". Müəllif yazır ki, "bu gün çağdaş dünyada "Ermənistan Respublikası" adı ilə erməni - hay dövləti kimi tanınan bu torpaqdakı qədim yaşayış məskənləri, maddi mədəniyyət nümunələri, kurqanlar, nekropollar, əzəmətli qalalar, dağıdılmış saray istehkamlar, körpülər, karvansaralar, qəbirüstü sənduqələr, at-qoç heykəlləri, məbədlər, məscidlər, pir ocaqlar bu ərazinin qədim türk-oğuz yurdu, tarixi Azərbaycan torpağı olduğunun təsdiqidir". Həmin maddi mədəniyyət nümunələrinin bir hissəsi işğalçı dövlətlərin hərbi yürüşləri zamanı qanlı-qadalı müharibələrin qurbanı olub. Bir hissəsi bədnam Türkmənçay müqaviləsindən sonra digər ölkələrdən köçürülüb bu ərazilərdə məskunlaşdırılmış ermənilər tərəfindən yandırılıb, dağıdılıb, məhv edilib. Digər hissəsini isə ermənilər özəlləşdirərək mənimsəyiblər. Lakin bütün bu vəhşiliklərə baxmayaraq, həmin ərazilərin Azərbaycana məxsusluğunu əlahəzrət tarixin yaddaşından silmək yadellilərə heç həmişə qismət olmayıb. Eramızdan əvvəl V-II minilliklərə aid Soyuqbulaq Qarakilsə qayaüstü təsvirləri ilə Qobustan Altaydakı qayaüstü təsvirlər arasındakı oxşarlıq, Nüvədi-Qarqadaşı yazıları ilə Orxan-Yenisey kitabələrinin dil əlifba eyniliyi, qədim saray, qala məbədlərin müxtəlif tarixi mənbələrdə əbədiləşən adları bu ərazilərin ən qədim dövrlərdən üzü bəri türk-oğuz boylarının ana yurdu olduğuna heç bir şübhə yeri qoymur. Kompleks antropoloji-arxeoloji tarixi tədqiqatlar göstərir ki, Cənubi Qafqaz regionunda heç vaxt erməni dövləti olmayıb. Hətta açılan qədim qəbirlərdəki insanların kəllə sümükləri bu ərazidəki etnosların yalnız türk-oğuz tayfaları olduğunu sübut edir. Arxeoloji qazıntılar zamanı Qafqaz ərazisində ermənilərə aid heç bir mədəniyyət abidəsi tapılmayıb.
Müəllifin qeyd etdiyi kimi, qədim tarixi mənbələrdə "məscid minarələr şəhəri" kimi qeydə alınmış İrəvanda bu gün yalnız bir məscid qalıb ki, onu da ermənilər dünya ictimaiyyətinə "fars məscidi" kimi təqdim etməkdədirlər. Müti, satqın riyakar ermənilərin yeganə himayədarı olan rus imperiyasının 25 illik fasiləsiz hücumlarına polad sipər olan məşhur İrəvan qalasından bu gün kiçik bir nişanə belə qalmayıb. Ermənilərin bu torpağa ilk qədəm qoyduqları vaxtdan çox-çox əsrlər əvvəl öz əsrarəngiz heyrətamiz gözəlliyi ilə dünya səyyahlarını şok vəziyyətinə salan möhtəşəm Sərdar sarayı onun güzgülü salonuna gəldikdə isə, bu gün o, ancaq tarixin yaddaşında yaşamaqdadır. Ermənilərin türk-oğuz yurdunun canlı nişanələri olan həmin qiymətli abidələrin üstündən qara bir xətt çəkməklə tariximizin saxtalaşdırılmasına cəhd etmələri onların çirkin xislətinə murdar mənəviyyatına əyani sübutdur.
Akademik Budaq Budaqovun, tarix elmləri doktoru, professor, AMEA-nın müxbir üzvü Vəli Əliyevin memarlıq doktoru, AMEA-nın müxbir üzvü Cəfər Qiyasinin redaktorluğu ilə nəfis tərtibatla, materialları Azərbaycan ingilis dillərində dərc olunmuş bu qiymətli əsər türk dünyasının qatı düşməni ermənilərə qarşı ideoloji mübarizədə təsirli vasitələrdən biri kimi dəyərləndirilməlidir.

 Azərbaycan.-2006.-22 noyabr.-S.7.