Vəfalı T.

 

Tarixə gömülən hamamlarımız

Zemfira Budaqova: “Onları muzeyə çevirmək əvəzinə dağıdıb məhv edirlər”.

 

Bakıda respublikamızın digər bölgələrində uzag keçmişimizin canlı salnaməsi olan abidələr sırasında qədim hamamlarımızın özünəməxsus yer tutduğu məlumdur. Lakin onların sayı ilbəil azalır. Həmin abidələrdən bəzilərinin binaları əraziləri müəyyən şəxslər tərəfindən satın alınaraq yerlə-yeksan edilib yerlərində digər obyektlər salınıb.

Nəsimi rayonu ərazisində yerləşən hələ neçə on illər yaşı olan 11 nömrəli hamam 1993-cü ilin axırları, 1994-cü illərin əvvəllərində ləğv edilərək yerində hündürmərtəbəli bina tikilib. Həmin rayonda Şamil Əzizbəyov Süleyman Rüstəm küçələrimn kəsişməsində yerləşən 2 nömrəli hamam da eyni aqibətlə üzləşib. S.Rüstəm küçəsi 5-də, qədimi binada yerləşən el arasında "Moskva hamamı" kimi ad qazanmış 5 nömrəli hamam da artıq tarixə gömülüb. Qeyd edek ki, ləğv edilməmişdən öncəyə qedər həmin hamam sauna kimi fəaliyyət göstərib.

Təkcə paytaxt daxilində deyil, Bakıətrafı ərazilərdə yaşı 1000-dən artıq olan hamamlar olub. Məsələn, Əmircanda 1200-1500 il yaşlı 9 hamam olub ki, onlardan da yalnız biri - "Şor hamam" adlanan obyekt qalıb. O da 1985-ci ildən fəaliyyət göstərmir.

İstər bu obyektlər, istərsə onların yerləşdikləri qədim binaların mühafızə edilməməsi üzündən, baxımsızlıq ucbatından bəlli tarixi abidələr zaman-zaman məhv olmağa başlayıb. Digər tərəfdən hazırda duşxana, sauna, masaj salonlan başqa obyektlər kimi fəaliyyət göstərən həmin hamamlardan bəzilərinin əxlaqsızhq yuvasına çevrilməsi barədə söz-söhbətlər dolaşır.

Ovdanların aqibəti

Məsələylə bağlı Müstəqil Memarlar Assosiasiyasının prezidenti Zemfıra Budaqovaya müraciət etdik. Tanınmış memar da qədim hamamlarımıza göstərilən biganəliyi ürək ağrısı ilə qarşıladığını vurğuladı. Dediyinə görə, paytaxtın qədim yaşayış məskənlərində belə tarixi abidələr yetərincə olub: "Onlar arasında yarısı yerin altında, digər hissəsi isə  yerin üstündə yerləşənləri çox olub. İndiki Dövlət Dram Teatrının arxasındakı həyetlərdə belə hamamlar yetərincədir. Eləcə yeraltı hamamlar, yeni ovdanlar da olub ki, onlara da giriş pilləkənlə, yeraltı yolla idi. Mərkəzi univermaqdan "5 mərtəbə" adlanan əraziyə qədər olan məsafədə belə hamamlar kifayət qədərdir. Yasamal rayonu ərazisində -"Kubinka" deyilən məkanda bir neçə yeraltı sauna da aşkarlanıb ki, onların da yaşı on illərlə ölçülür. Həmçinin qədim məscidlərin yanlarında da hamamlar tikilmişdi ki, qüsl, abdəst almaq istəyənlər oradan istifadə etsinlər. İçərişəhərdə bu cür hamamlar çox idi. Bakıətrafı kəndlərdə isə yuxarısı günbəzli hamamlar vardı. Xaricdə belə hamamları göz bəbəyi kimi qoruyurlar. Ərəbistanda bir neçə əsrlik yaşı olan bir hamam var. Onun suyunu bir şamla qızdırırdılar. Həmin obyekt indi muzey kimi fəaliyyət göstərir. Amma bizimkilər belə şeyləri düşünmürlər".

Sökhasök...

Sözügedən hamamların tarixi-mədəni abidə kimi qorunub saxlanmacı üçün onların muzeyə çevrilməsinin vacibliyindən danışan müsahibimiz baxımsızlıq nəzarətsizlik üzündən onların məhv edildiyini vurğuladı: "Ümumiyyətlə, bizdə olan hamamların əksəriyyətinin bir neçə əsr yaşı olub. Amma onlar tarixi abidə kimi qorunmaq əvəzinə zaman-zaman ləğv edilib, dağıdılıb. Xüsusən İçərişəhərdə həmin abidələr sökülüb. Amma onların tarixi abidə kimi muzeyə çevrilməsi daha məqsədəuyğun olardı. Xırdalan qəsəbəsində belə bir hamamı bərpa etmək əvəzinə onu mağazaya, anbara çevirdilər".

Müsahibimiz hazırda əksər yerlərdə, xüsusən yarısı yeraltında, yarısı yerüstündə olan, həmçinin yeraltı hamamların məhvi istiqamətində müəyyən işlər görüldüyünü bildirdi: "Amma onların ləğvi məsləhət görülmür. Təkcə tarixi abidə baxımından deyil, arxitektura nöqteyi-nəzərindən onların sökülməsi kifayət qədər əngəlli prosesdir. Yeni öncə ərazidə olan köhnə kommunikasiya xətləri dəyişdirilməli, binalar sökülməlidir. Bunları reallaşdırmaq isə qeyri-mümkündür".

Nazirlik problemdən xəbərsizdir

Baş verən neqativ hallara görə aidiyyəti qurumların rəhbərliklərini qınayan Zemfira xanım onları biganəlikdə ittihamladı:

"Həmin hamamların tarixi abidə kimi qorunub saxlanması onların marağında deyil. Dəfələrlə etdiyim müraciətlərə müsbət cavab verilməməsi bunu bir daha sübut edir".

Memarın dediyinə görə, cavabsız qalan sonuncu müraciəti "Ermitaj" hamamıyla bağlı olub: "XVIII-XIX əsrlərdə tikilən bu obyekt qızılın, gümüşün minalarından, mavi rəngli kafellərdən "arı şanı"ndan düzəldilib. İtaliyadakı əksər muzeylər məhz mina daşlarından düzəldilib. "Ermitaj"ın xarici görünüşünə dəyişiklik edilməyib, amma onun daxili konstruksiyasına xeyli əl gəzdirilib. İçərisindəki mərmər kabinələr, su yerləri, duşxanalar ilkin vaxtlarına nisbətən kifayət qədər sadələşdirilib. İndi müəyyən şəxslər onu sökmək yerində "göydələn" tikmək istəyir. Lakin yerli sakinlər buna imkan vermək istəmirlər. Mən bununla bağlı dəfələrlə aidiyyəti qurumlara müraciət etmişəm. Amma faydası yoxdur".

İttihamlara aydınlıq gətirmək üçün Mədəniyyət Turizm Nazirliyinin mətbuat xidmətinin rəhbəri İntiqam Hümbətovla əlaqə saxladıq. Deyilənlərdən xəbərsiz olduğunu vurğulayan müsahibimiz mütəxəssislərlə danışdıqdan sonra bu barədə bizi məlumatlandıracağına söz verdi.

 

Həftə içi.- 2006.- 1 noyabr.- S. 6.