Mədəniyyət
işçilərinin əmək haqları artırılacaq
Pekin olimpiya oyunlarına
hazırlıq işlərinə
İS9 5,7 mln. AZN ayrılması nəzərdə tutulur
Dünən Milli Məclisin Mədəniyyət məsələləri
komissiyasında "2007-ci ilin
dövlət büdcəsi haqqında" qanun layihəsində mədəniyyət
sektoru üçün nəzərdə tutulan vəsaitlərlə bağlı müzakirələr aparılıb. Müzakirələrdə Mədəniyyət və
Turizm Nazirliyinin və digər aidiyyəti qurumların nümayəndələri iştirak
ediblər. Mədəniyyət
işçilərinin əməkhaqlarının
aşağı olduğunu deyən komissiyanın sədri Nizami Cəfərov bildirib ki, kitabxanalara yeni nəşrlərin alınması üçün də
az vəsait
ayrılır. Bu özünü
digər sahələrdə
də göstərir.
Maliyyə Nazirliyinin idarə rəisi Xaqani Rzayev isə
bildirib ki, gələn il
büdcədən maliyyələşən
təşkilatlarda çalışanların
əməkhaqlarının ödənməsi
üçün 271 mln. AZN vəsait nəzərdə
tutulub, bu da təqribən 630 min nəfərə şamil ediləcək. Digər
sahələrdə çalışanlarla
yanaşı, mədəniyyət
işçilərinin də əmək haqları artırılacaq: "Gələn
il üçün mədəniyyət,
incəsənət, informasiya,
bədən tərbiyəsi
və digər kateqoriyalara aid edilməyən
sahədə fəaliyyətlərə
büdcədən 90 milyon
AZN vəsait ayrılması nəzərdə tutulur.
Bu vəsaitin 46 AZN-i mədəniyyət və
incəsənət sahəsinə,
30 milyon AZN-i radio, televiziya və nəşriyyat işlərinə,
13,3 milyon AZN-i isə bədən tərbiyəsi, gənclər
siyasəti və turizm sahələrinə yönəldiləcək. Gələn
il "Azərbaycan gəncliyi" Dövlət Proqramına isə 1,7 mln. AZN vəsait ayrılacaq ki, bu proqram
çərçivəsində gənclərin
məşğulluğu, narkotiklə
mübarizə tədbirləri
və s həyata keçirilməsi nəzərdə
tutulur. Pekində
keçiriləcək yay olimpiya oyunlarına
hazırlıq işlərinə
isa büdcədən 5,7 mln. AZN vəsaitin
ayrılması nəzərdə
tutulur".
Gələn ilin büdcəsində pozitiv dəyişikliklərin
olduğunu deyən Mədəniyyət və
Turizm nazirinin müavini Ədalət Vəliyev isə bildirib ki, bununla
belə, teatrların fəaliyyətinə ayrılan
vəsait digər sahələrlə müqayisədə
azdır. Kitabxana fondunun zənginləşdirilməsinə
isə cəmi 460 min
AZN vəsait ayrılması nəzərdə tutulur.
Millət vəkili Rafael Hüseynov isə deyib ki, kino sahəsinə
ayrılan vəsaitlə dünyaya təqdim edilə bilən kino çəkmək mümkün deyil. Millət
vəkili kitabxanaların vəziyyətindən, onlara
az vəsait
ayrılmasından narazılıq edib. R. Hüseynov cizgi filmləri sahəsində problemin olduğunu da qeyd
edib və bu sahənin inkişafı üçün büdcədən
vəsait ayrılmasını istəyib.
Səs.-2006.- 2 noyabr.-
S. 5.