Əlil rəssamların əl işlərinin sərgi-müsabiqəsi açılmışdır

 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Mədəniyyət və Turizm Nazirliyinin birgə təşkilatçılığı ilə noyabrın 23-də Tofiq İsmayılov adına Uşaq Gənclər Yaradıcılıq Saraymın "Uşaq dünyası" qalereyasında Əlillərin VI ümumrespublika yaradıcılıq sərgi-müsabiqəsinin açılış mərasimi olmuşdur.

Üç ildən bir ənənəvi keçirilən sərgi-müsabiqədə istedadlı yaradıcı əlillərin rəssamlıq, keramika və tətbiqi sənət sahəsində əl işləri, o cümlədən suvenirlər, musiqi alətləri və sair təqdim olunmuşdur.

260 nəfərin 950 əl işinin nümayiş olunduğu sərginin açılış mərasimində əmək və əhalinin sosial müdafiəsi naziri Füzulu Ələkbərov, Milli Məclisin deputatı Hadi Rəcəbli, Mədəniyyət və Turizm Nazirliyinin məsul işçisi Yaşar Əliyev, Ordubaddan əlil rəssam Paşa Rəhimov və başqaları çıxış edərək ölkəmizdə əlillərə dövlət qayğısından, onların cəmiyyətə inteqrasiyasında, özlərinə inam yaradılmasında belə sərgilərin əhəmiyyətindən, ümummilli liderimiz Heydər Əliyevin bir neçə dəfə bu cür tədbirlərdə iştirak etdiyindən ətraflı söz açmışlar.

Çıxışlarda tədbirin keçirilməsinə təşkilati dəstək göstərdiyinə görə Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevaya dərin minnətdarlıq ifadə olunmuşdur. Vurğulanmışdır ki, sərgi-müsabiqənin sonunda münsiflər heyətinin qərarına əsasən qaliblərə diplomlar və pul mükafatları veriləcəkdir.

Sərgi-müsabiqə noyabrın 25-dək davam edəcəkdir.

 

Respublika.- 2006.- 24 noyabr.- S. 6.