Nəzakət

 

Əlillərin VI Ümumrespublika sərgi-müsabiqəsi

 

 Dünən Tofiq İsmayılov adına Uşaq Yaradıcılıq Evində Əlillərin VI Ümumrespublika sərgi-müsabiqəsinin yekununa həsr olunmuş sərginin açılış mərasimi keçirildi. Sərginin təşkilatçıları əhalinin Sosial Müdafiə Fondu, Əlillərin Baş İdarəsi və Tofiq İsmayılov adına Uşaq Yaradıcılıq Evidir. Sərgi-müsabiqədə Azərbaycanın müxtəlif rayonlarında yaşayan yaradıcı şəxslər iştirak etmiş, onların yaradıcılıq nümunələri araşdırılaraq, münsiflər heyəti tərəfindən qiymətləndirilmişdir. Sərgidə Çernobıl, Böyük Vətən müharibəsi, 20 Yanvar faciəsi, eləcə də, Qarabağ müharibə əlillərinin əsərlərinə üstünlük verilmişdir. 260 əlil rəssamın qatıldığı sərgi müsabiqədə 950 sənət nümunəsi nümayiş etdirilirdi. Rəssamlar sırasında 137 qadının, 42 nəfər 16 yaşına qədər olan uşaqların, 81 nəfər isə kişi**3** rəssamiarın əsərləri sərgi müsabiqədə yer almışdır.

Qeyd edim ki, həmin tərkibdə olan rəssamlar-dan 2-si Çernobıl əlili, 3-ü Böyük Vətən müharibəsi əlili, 2-i 20 Yanvar faciəsi əlili, 13-ü isə Qarabağ mü-haribəst əlilidir. Digər rəs-samlar isə, əsasən, göz-dən əlil olan müxtəlif təbə-qənin nümayəndələridir. Bu rəssamlar sırasında ən qoGamanı 1922-ci il təvəl-lüdlü Böyük Vətən mühari-bəsi iştirakçısı olmuş əlil-dir. Birinci, ikinci və üçün-cü qrup əlillərin əsərlərini təşkil edən şəxslər onlarm yaradıcılıq imkanlarının üzə çıxarılmasına xüsusi diqqət yetirmiş və onların maddi həyat tərzinin yaxşılaşdırılmasını belə nəzərə almışlar. Bu baxımdan, üç gün davam edəcək sərgimüsabiqədə əsərlərin satışı da təşkil edilmişdir. Sərgi-müsabiqədə əlil rəssamların müxtəlif janrda olan əsərləri nümayiş olunur. Rənkarlıq, qrafika, boyakarlıq əsərləri ilə yanaşı, onların yaradıcılıq nümunəsi olan əl işləri də sərgi salonunda öz əksini tapmışdır. Bu yaradıcı şəxslərin əksəriyyətinin gözdən əlil olmalarına baxmayaraq, onlar həyatı olduğu kimi və düşündükləri kimi bədii boyaların köməyi ilə kətan üzərinə köçürmüşlər. Həyatın özünəməxsus rənglərini duyaraq, təxəyülleri vasitəsilə əsərlərində əks etdirən rəssamlar yaşadıqları cəmiyyətin, demək olar ki, real lövhələr əks etdirməyə müvəffəq olmuşlar. Qara və ağ zolaqdan ibarət olan həyatın hər iki tərəfini işıqlandırmağa çalışan rəssamlar, bu əsərləri ilə dünya görüşlərini məhdud deyil, əksinə, fiziki cəhətdən sağlam olan şəxslərlə eyni səviyyədə olduğunu göstərə bilmişlər. Yaşamaq və yaratmaq eşqi onları, məhz belə bir tabloları yaratmağa sövq etmişdir. Mövzu, janr, həyatın təsviri baxımından rəngarəng olan əsərlərin hər birindən, rəssamların fərdi dəst-xətti, işləmə texnikası ilk andaca özünü büruzə verir.

Tofiq İsmayılov adına Uşaq Yaradıcılıq Evində təşkil olunmuş

sərgi-müsabiqə noyabrın 25-nə qədər davam edəcəkdir.

 

Səs.- 2006.- 24 noyabr.- S. 12.