Norveçin
Stavanger şəhərin Arxeologiya Muzeyində “Karvansaray. Azərbaycan - Odlar Ölkəsi” adlı sərgi açılıb. Norveçin Azərbaycandakı səfirliyindən verilən
məlumata görə, sərginin açılış mərasimində Azərbaycanın
mədəniyyət və
turizm nazirinin müavini Sevda Məmmədəliyeva
və Norveçin mədəniyyət nazirinin
müavini iştirak ediblər. Gələn il aprelin 15-ə
kimi davam edəcək sərgidə
Azərbaycan Tarix Muzeyi və Xalça Muzeyinin eksponatları, eləcə də gənc rəssamların əsərləri
nümayiş olunur. Ümumilikdə, sərgidə
160 eksponat nümayiş olunur. Maliyyə dəyəri 1 milyon 300 min ABŞ dolları olan sərgini Norveçin Xarici İşlər Nazirliyi, Mədəniyyət Nazirliyi,
“Statoyl” neft şirkəti və bu ölkənin Azərbaycandakı səfirliyi
təşkil edib. Sərgi çərçivəsində
bir sıra tədbirlər, konsert proqramları nəzərdə
tutulur. Artıq Norveçdə bəstəkar Firəngiz Əlizadənin
konserti keçirilib, noyabrın 26-da Alim Qasımovun konsert proqramı ilə çıxış etməsi nəzərdə tutulub.
Ekspress.- 2006.-
24 noyabr.- S. 13.