Nəzakət

 

"Yaddan çıxmaz Qarabağ"

adlı ümumrespublika mədəni-siyasi aksiya -həftəsinə yekun vuruldu

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında "Natəvan" operası oynanıldı

 

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin gənc nəslin vətənpərvərlik ruhunun yüksəidüməsi, mənəvi dəyərlərimizin yenidən qiymətləndirilməsi, Qarabağ mövzusuna həsr olunmuş yüksək səviyyəli sənət əsərlərinin yaradılması və təbliği məqsədilə keçirdiyi "Yaddan çıxmaz Qarabağ" adlı ümumrespublika mədəni-siyasi aksiya - İncəsənət həftəsi dünən sona yetdi. Bu çərçivədə bildiyimiz kimi, "Açıq qapı" günü elan olunmuş, respublikanın mədəniyyət ocaqlarında müxtəlif tədbirlər həyata keçirilmişdir. Belə ki, "Nizami", "Araz", "Vətən", "Dostluq" kinoteatrlarında "Fəryad", "Arxada qalmış gələcək", "Ağ atlı oğlan", "Girov" bədii filmləri, "Haray", "9 dəqiqə" sənədli filmləri nümayiş etdirilmişdir. Bir çox aparıcı teatrlarda isə dramaturqların əsərləri səhnəyə qoyulmuşdur.

Aksiyanın sonuncu günü, yəni oktyabrın 31-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında İncəsənət həftəsinin bağlanışı münasibətilə mərhum sənətkar Vasif Adıgözəlovun "Natəvan" operası təqdim olundu. Bu tamaşanın həmin gün səhnəyə qoyulması heç də təsadüfi deyildir. Əslən qarabağlı olan Natəvan xanımın vətənpərvərlik ruhunu əks etdirmək, Qarabağla olan tarixi dövrə nəzər salmaq məqsədüə "Natəvan" tamaşasının oynanılması məqsədyönlü idi. Həmin gün Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı da Hüseynbala Mırələrnovun "Yaddaş ağrısı" tamaşasını teatrsevərlərin ixtiyarına verdi.

Bir həftə davam edən İncəsənət həftəsində Qarabağla bağlı olan tamaşalar səhnədə oynanılmış, bu istiqamətdə müxtəlif tədbirlər həyata keçirilmişdir. Mədəniyyət Nazirliyi tərəfindən keçirilən aksiyanın gənclərin vətənpərvərlik ruhunun yüksəldilməsindəki rolunun xüsusi əhəmiyyət kəsb etdiyini qeyd etməliyik.

 

Səs.- 2006.- 1 noyabr.- S. 12.