Mədəniyyət sahəsində
çalışanların sosial müdafiəsi gücləndiriləcək
Noyabrın 1-də Milli Məclisin
Mədəniyyət məsələləri
daimi komissiyasının iclası keçirildi. İclasda "Azərbaycan
Respublikasının 2007-ci il Dövlət büdcəsi haqqında" qanun layihəsi müzakirə edildi.
Komissiya sədri Nizami Cəfərov bildirdi ki, mədəniyyət sahəsində çalışan, Dövlət büdcəsindən
maliyyələşən təşkilatların
işçilərinin sosial rifah halının yaxşılaşdırılması
məqsədilə ildən-ilə
vəsaitlərin həcmi
artırılır. Onun sözlərinə
görə, ayrılan vəsaitlərin düzgün sərf edilməsinə də diqqət artırılmalıdır.
2007-ci ilin Dövlət büdcəsindən mədəniyyət
sahəsinə ayrılacaq
vəsaitlər barədə
Maliyyə Nazirliyinin idarə rəisi Xaqani Rzayev məlumat
verdi. Öncə bildirdi
ki, vahid tarif cədvəli üzrə Dövlət büdcəsindən maliyyələşən
mədəniyyət işçilərinin
vəzifə maaşlarının
artırılacağı gözlənilir.
İdarə
rəisi qeyd etdi ki, minimum əməkhaqları qalxdıqca mədəniyyət işçilərinin
də maaşları adekvat yüksələcəkdir.
Bütövlükdə, 2007-ci ilin
Dövlət büdcəsi layihəsində mədəniyyət,
incəsənət, bədən
tərbiyəsi sahəsinə
90,2 milyon manat vəsaitin ayrılacağı nəzərdə
tutulur. X.Rzayev əlavə etdi ki, 2007-ci ildə mədəniyyət sahəsinə
sərf ediləcək
vəsaitin həcmi 2006-cı
illə müqayisədə
19,4 milyon manat və yaxud
27,5 faiz çox olacaqdır.
Maliyyə Nazirliyinin idarə rəisi diqqətə çatdırdı ki, gələn ilin Dövlət büdcəsindən kitabxana fondunun latın qrafikalı kitablarla təmin edilməsi, eyni zamanda, yeni
ədəbiyyatın alınması,
bu sahədə beynəlxalq əməkdaşlığın
gücləndirilməsi məqsədilə
15,1 milyon manat vəsait ayrılması nəzərdə tutulub. Büdcə layihəsində muzeylərin tərtibatının
yaxşılaşdırılması üçün isə 5,3 milyon
manat ayrılacağı proqnozlaşdırılır.
Deputatlar
layihəyə müsbət
münasibətlərini bildirdilər
və layihənin Milli Məclisin müzakirəsinə çıxarılmasını
tövsiyə etdilər.