Turanə
"Yaddan çıxmaz Qarabağ" İncəsənət Həftəsinə
yekun vuruldu
Gənc nəsildə
vətənpərvərlik ruhunun yüksəlməsi, mənəvi dəyərlərimizin
yenidən qiymətləndirilməsi
məqsədilə Mədəniyyət
və Turizm Nazirliyinin keçirdiyi "Yaddan çıxmaz Qarabağ"
adlı ümumrespublika mədəni-siyasi aksiya - incəsənət həffəsinə
dünən yekun vuruldu. Qarabağ mövzusuna həsr olunan yüksək bədii səviyyəli sənət əsərlərinin
yaradılması və təbliği məqsədilə
reallaşan həftəlik
aksiya çərçivəsində
bir sıra sənət ocaqlarında Qarabağla bağlı sərgilər, tamaşalar və s. tədbirlər keçirildi. Layihənin ilk günü oktyabr
25-də "Qarabağ uşaqların
gözü ilə" asfalt üzərində rəsmlər nümayiş olundu. Həmin gün M.F.Axundov adına Milli
Kitabxanada KİV üçün Dəyirmi masa, ardınca isə "Yaddan çıxmaz Qarabağ"
adlı kitab sərgisi nümayiş olundu. 25-i axşam
isə Azərbaycan Dövlət Filarmoniyasında Vasif Adıgözəlovun "Qarabağ şikəstəsi"
oratoriyası muğam ustalarının ifasında dövlət simfonik orkestrlə və dövlət xor kollektivinin müşayiətilə
səsləndirildi.
Oktyabrın 26-da isə
İrəvan Dövlət Teatrı Musiqili Komediya Teatrında A.Rəhimovun "Əsgər
anası", Dövlət Akademik Milli Dram Teatrı isə H.Mirələmovun “Xəcalət”
dramını təqdim etdi. Oktyabrın 27-də Şuşa Dövlət Musiqili Dram Teatrının yaradıcı kollektivi Elçinin "Şuşa dağlarını duman bürüyüb" dramı ilə tamaşaçılar qarşısına çıxdı, Həmin gün Dövlət Mahnı Teatrı da layihəyə
qatılaraq "Yaddan çıxmaz Qarabağ" adlı konsert proqramı
ilə çıxış etdi. Oktyabrın 29-da eyniadlı foto-sərgi
açıldı. Bir həftə ərzində
paytaxtda fəaliyyət
göstərən mədəniyyət
ocaqları ilə bahəm bölgələrdə
- Gəncə, Şəki,
Sumqayıt, M/ngəçevir, Bərdə, Qax, Xaçmaz, Ağdam, Əlibayramlı və s. uşaq musiqi məktəblərinin
şagirdləri arasında rəsm yarışmaları təşkil olundu. Mədəni-siyasi aksiya çərçivəsində
dünən Akademik Opera və Balet Teatrında
Vasif Adıgözəlovun
"Natəvan" operası,
Dövlət Gənc Tamaşaçılar Teatrında isə H.Mirələmovun
'Yaddaş ağrısı" dramı oynanıldı.
Yeni Azərbaycan.- 2006.- 1 noyabr.- S. 8.