Həmidoğlu A.

Rəsm müsabiqəsi

 

Yasamal rayonu ümumtəhsil məktəbləri şagirdlərinin vətənpərvərlik mövzusunda rəsm müsabiqəsi keçirilmişdir. Tədbirin təşkilatçısı rayon Gənclər və İdman İdarəsi idi.
Müsabiqəni açan idarənin rəisi İlham Səfərov bildirdi ki, bu, Azərbaycan Gəncliyi Dövlət Proqramı çərçivəsində həyata keçirilən tədbirlərdən biridir. O, müsabiqəyə 60-a yaxın işin təqdim olunduğunu qeyd etdi və iştirakçılara uğurlar arzuladı.
Rəssamlar İttifaqının üzvləri Ə.Əsgərov, İ.Əkbərov və N.Dadaşovdan ibarət münsiflər heyəti qalibləri müəyyən etdi. Birinci yerə 158 saylı məktəbin 8-ci sinif şagirdi Nərgiz Zeynalova layiq görüldü. Sonda ilk on yeri tutan şagirdlərə müvafiq diplomlar və xatirə hədiyyələri təqdim olundu.
 
Xalq qəzeti.- 2006.- 28 noyabr.- S.7.